7
Sual 2. Materiyanın elmi-fəlsəfi anlayışı
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində
mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın
konkret növlərini,
onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi,
heç bir fəlsəfi
təlimdə "materiya" anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən
varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal,
habelə hərəkət, məkan və zaman
kateqoriyalarına müraciət etmədən keçinə bilməz.
Materiya anlayışı mühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin öyrənilməsi
prosesində işlənmişdir. Öz əməli fəaliyyətində canlı və cansız təbiətin bir-birlərindən kəmiyyət
və keyfiyyətcə fərqlənən çox müxtəlif predmet və hadisələri ilə qarşılaşan insanları lap
qədimdən belə bir məsələ düşündürmüşdür: Dünyadakı müxtəlif cisim və hadisələri bir-birilə
bağlayan maddi əsas varmı, dünyanın sonsuz müxtəlifliyinin vəhdəti haqqında danışmaq
olarmı? Həyat təcrübəsinin, sonralar, isə həm də elmi biliklərin inkişafı gedişində filosoflar belə
bir ümumi əsasın olması fikrinə gəlmişlər. Bu ümumi əsas onların hamısının insan şüurundan
xaricdə və ondan asılı olmadan mövcud olmalarıdır. Məhz insan
şüurundan xaricdə və ondan
asılı olmadan obyektiv reallıq kimi mövcud olanı ifadə etmək üçün fəlsəfədə materiya anlayışı
işlədilir. Onun haqqında ilk təsəvvürlər hələ qədim fəlsəfədə irəli sürülmüşdür.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və təbiətşünaslığa
aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin eksperimental tədqiqi əsasında, təbiət
haqqında məsələləri zəruri təcrübi faktlara əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll
etməyə çalışan və özünü "elmlər elmi" kimi qələmə verən naturfəlsəfə
mövqeyindən həll
olunurdu. Həmin mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim
Dövr materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə qavranılan
konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər. Məsələn, Qədim Şərq (Misir,
Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s. kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və
məhv olaraq çevrildiyi ilk əsas kimi götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim
Yunan fəlsəfəsində Milet məktəbinin (e.ə.VI-V əsrlər) nümayəndələrindən Fales suda,
Anaksimen havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar
ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ gəldiyi və məhv
olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar. Həmin məktəbin digər
nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk əsası-materiyam
onun konkret hissi
formalarından hər hansı birinə müncər etməyərək hər şeyin əsasında sonsuz, qeyri-müəyyən və
daim dəyişilən maddi başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o,
materiyanın fəlsəfi anlayışının işlənməsi yolunda ilk addım atmışdı. Qədim dövrün görkəmli
8
dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün şeylər oddan
əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər
yaransalar da heçdən deyil, başqa
cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir elmin də qəbul
etdiyi belə nəticə çıxırdı ki,
əbədi şeylər yoxdur, ancaq onların əsasında duran, bütün şeylərin
təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə etməkdən ötrü fəlsəfədə
Dostları ilə paylaş: