14
səviyyələrinin, növlərinin
hər biri olduqca mürəkkəb olub, çox müxtəlif ünsürlərdən təşkil
olunmuş sistemlər kimi çıxış edirlər.
Sual 3. Hərəkət, məkan və zaman materiyanın mövcudluq formalarıdır
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar belə bir ümumfəlsəfi nəticə
çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir. Bizi
əhatə edən hər bir predmet və hadisədə həmişə bir-birinə əks olan iki momenti görmək
mümkündür: bir tərəfdən obyekt öz keyfiyyət müəyyənliyini, bütövlüyünü və dayanıqlığını
müəyyən zaman intervalı ərzində qoruyub saxlayaraq, sanki özünə bərabər qalır. Digər tərəfdən
isə bəşər praktikası
sübut edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər
qalması nisbi xarakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez
predmetin
yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet və ya hadisənin
sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına gətirib çıxaran dəyişilmələr
isə arasıkəsilməz proses olduğundan obyektlərin zəruri tərəfləri kimi çıxış edən sükunət
momenti nisbi, dəyişkənlik isə mütləq xarakter daşıyır. Dünyaya olan bu dinamik baxış tarixən
müxtəlif formalar alan fəlsəfi hərəkət konsepsiyanı meydana gətirmişdir.
Fəlsəfədə
hərəkət
dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə
görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd
etdiyimiz kimi,
dəyişkənlik
prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət
materiyanın atributu, onun "mövcudluq üsulu" kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə
geniş təfsiri bütün tarixi dövrlər üçün xarakterik deyildir.
Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili fəallığı və
hərəkətliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt kimi təsəvvür olunurdu,
Belə
bir dünyaduyumu, ümumiyyətlə dəyişkənlik kimi başa düşülən, mücərrəd hərəkət
kateqoriyasını doğula bilməzdi. Təsadüfi deyildir ki, ilk yunan filosoflarının əsərlərindən bizə
qədər gəlib çatmış fraqmentlərin heç birində hərəkəti ifadə edən
mücərrəd terminlərə rast
gəlmirik. Məsələn, Anaksimandr heç vaxt dünyanın ilk başlanğıcını - apeyronu əbədi hərəkətdə
olan varlıq kimi deyil, "qocalmayan", "ölməyən'' və "məhv olmayan" kimi xarakterizə edir.
Hətta qədim yunan dialektikasının nəhəng siması olan Heraklit belə ''hərəkət'', "dəyişiklik" və s.
kimi mücərrəd sözlər işlətmir; universal ümumdünya prosesini o, "yuxarı - aşağı yol" - oddan
dünyanın təşəkkül tapması və axırıncının yenidən oda çevrilməsi kimi ifadə edir.
Hərəkət və sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız Eley filosofları diskussiya
predmetinə çevirdilər. Bu vaxta qədər sarsılmaz və özlüyündə aşkar bir həyat faktı qavranılan
hərəkətin mövcudluğuna olan "anadangəlmə" inam şübhə altına alındı. Eley fəlsəfəsi hərəkət
məsələsini məhz bir problem kimi bütün kəskinliyi ilə qədim yunan mütəfəkkirləri qarşısında
15
qoydu. Lakin Eley məktəbi hərəkət problemini yalnız qoymaqla kifayətlənərək,
onu nəzəri
təhlilə cəlb etmədi. Fəlsəfi hərəkət konsepsiyasının formalaşmasında son dərəcə mühüm bir
addımı Empedokl və Anaksaqor atdılar: onlar ilk dəfə olaraq hərəkətin mənbəyi (Empedoklda
məhəbbət və nifrət,
Dostları ilə paylaş: