Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sıçrayış  -  köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
304 felsefe m N9dialektika eyani

Sıçrayış 

köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və 
hadisənin açıq, sürətli keyfiyyət
dəyişkənliyinin ifadəsidir. 
Keyfiyyət dəyişkənliyinin 
tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə keyfiyyət halından 
yenisinə keçilir. Buna görə də sıçrayışın da iki növü fərqləndirilməlidir: 
tədrici 
(yavaş-
yavaş) və 
ani, 
sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişikliklərini ifadə edən 
sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə qəflətən, ani olaraq da baş verə bilər, illərlə 
davam edən bir müddət ərzində də baş verə bilər. Məsələn, Yer üzərində insanın əmələ 
gəlməsi milyon illərlə davam edən ən böyük keyfiyyət sıçrayışıdır. Müəyyən bir sosial 
inqilab isə bir il müddətində və ya bir ay, bir neçə gün və bir an içərisində baş verə bilər. 
Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir saniyədə baş verirsə, kosmik proseslərdə 
milyard illəri əhatə edir. 
Məhz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasını da qeyd 
etmək olar. Təkamül tədrici kəmiyyət artımı mərhələsinə, inqilab isə keyfiyyət 
dəyişikliyi mərhələsinə, sıçrayışlara uyğundur. Təkamül - mövcud olanın tədricən, 
kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab mövcud olanın əsaslı keyfiyyət 
dəyişikliyidir, sıçrayışdır. Onlar qarşılıqlı əlaqədədir və inkişaf prosesində biri digərinə 
keçə bilər. Lakin fəlsəfə tarixində təkamül və inqilabın qarşılıqlı təsir əlaqələrini qəbul 
etməyən baxışlar da olmuşdur. Məsələn, inkişaf haqqında metafizik konsepsiya 
tərəfdarları inkişaf prosesində inqilabi sıçrayışları rədd edir, ancaq təkamül artımını, 
azalma və artmanı, təkrarı qəbul edir, keyfiyyət dəyişkənliyini deyil, təkamülü, tədrici 
inkişafı məqbul sayırlar. 
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət 
dəyişmələrinə qarşılıqlı keçməsi - "öz hərəkətin", "özinkişafın" mexanizmini, 


16 
xarakterini, mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini 
müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. 
haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün 
inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin