15
çəkisi dəyişməklə kimyəvi elementlər bir başqasına və s. çevrilirlər. Məhz
bu mənada
F.Engels qeyd edirdi ki, "kimyanı kəmiyyət tərkibinin dəyişilməsi təsiri altında
cisimlərin keyfiyyət dəyişmələrinə keçməsi haqqında elm adlandırmaq olar".
Kəmiyyət dəyişmələrinin ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət
dəyişmələri doğurması, köhnə keyfiyyətdən yeni keyfiyyətə keçilməsi də düzxətli,
birbaşa baş verən proses deyildir. Burada kəsilməzlik və kəsilənlik, tədricilik və
sıçrayışlı inkişaf formaları vəhdət halında özünü göstərir.
Kəsilməzlik
(və ya
fasiləsizlik, tədricilik) - yavaş-yavaş baş verən, çox az nəzərə çarpan, kəmiyyət yığımı
prosesidir. Bu mərhələdə mövcud olan artır və ya azalır, lakin keyfiyyət dəyişmir, cisim
və hadisə köhnə halında qalır.
Kəsilənlik
(və ya sıçrayışlı inkişaf) mərhələsində (ona
fasiləlik də deyilir) cisim və hadisənin keyfiyyətində dəyişiklik əmələ gəlir, köhnə
keyfiyyətin mövcudluğu sanki kəsilir, yeni keyfiyyət halına keçilir, köhnə keyfiyyət
artıq köhnə forma və şəraitdə mövcud ola bilmir.
Dostları ilə paylaş: