inkar, varislik və inkişaf . Bu qanunun mahiyyətinin dərk edilməsi üçün "dialektik inkar" anlayışının
məzmununa daha çox diqqət yetirilməlidir. Bu isə o deməkdir ki, fəlsəfə tarixində
inkarın anlaşılmasına münasibətdə başqa mövqelər də olmuşdur. İnkarın anlaşılmasında
əsasən iki münasibət -
dialektik və metafizik mövqe fərqləndirməlidir. Fəlsəfədə iki cür
metod olan dialektika və metafizikanın "inkar" anlayışına münasibəti də fərqlidir.
Təkamülçü və təftişçi cərəyanların inkarı-inkarı tam rədd etməsinin əksinə olaraq,
metafizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onların inkarın mənasını ancaq yox
etmək, köhnənin mütləq məhv edilməsi kimi, tamamilə kənara atılması kimi şərh edirlər,
inkara dialektik münasibət isə başqa cür yanaşır, inkara köhnə ilə yeni arasında "əlaqə
momenti", köhnədə yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafda
varislik əlaqəsi kimi baxır, "yox etmək", "məhv etmək" kimi "quru", "əbəs" inkarı rədd
edir. Dialektikaya görə, köhnə inkar edilmədən yeninin meydana çıxması və
yetkinləşməsi, deməli, bütövlükdə inkişaf prosesi mümkün deyildir. İnkişaf
mərhələlərdə davam edir ki, hər bir mərhələ də özlüyündə üç yarım mərhələyə bölünür;
obyektiv çıxış nöqtəsinin öz əksliklərinə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz
əksliklərinə çevrilməsi. Dialektik İnkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək
mərhələdə ibtidainin təkrarını və i.a. ifadə edir. Məsələn, kapitalizmdə xüsusi mülkiyyət
əvvəlki quldarlıq və feodalizmdəki kimi təkrar olunur, sanki geriyə qayıdılır, lakin bu
tamam yeni keyfiyyətli xüsusi mülkiyyətdir, ancaq istehsal alət və vasitələri üzərindəki
xüsusi mülkiyyətdir, insanlar, işçi qüvvəsi üzərində yox. Deməli, dialektikaya görə
inkişaf düz xətlə deyil,
"spiralabənzər" davam edir, burada ilkin ana qayıtma,
köhnənin təkrarı vardır, lakın bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun və
zəngin baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını
mənimsəyir, yaşadır və inkişaf etdirir. Bununla da inkişafda