Ziddiyyətlərin növləri və tipləri. Ziddiyyətlər müxtəlif və rəngarəngdir. Ayrı-ayrı
konkret elmlər gerçəkliyin bu və ya digər sahəsində, hərəkətin bu və ya digər növündə
təzahür edən ziddiyyətləri öyrənir, aşkar edir, onlardan əməli məqsədlərlə istifadə
olunması və həll edilməsi yollarını öyrənir. Lakin fəlsəfə gerçəkliyin bütün sahələri
üçün ümumi olan universal ziddiyyətləri öyrənir. Həmin ən ümumi ziddiyyətləri
daxili və xarici, əsas və qeyri-əsas, başlıca və başlıcaolmayan, antaqonist və qeyri- antaqonist və s. kimi növlərə ayırmaq olar. Daxili ziddiyyətlər - predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks
tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir.
Xarici ziddiyyətlər isə - müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və sosial
mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir.
Daxili ziddiyyətlər mühüm və aparıcıdır, inkişafın mənbəyidir, "özhərəkətin" səbəbidir.
Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir gücünə malikdir, inkişaf üçün, daxili və
aparıcı ziddiyyət məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətdir.
Onu tənzim və həll etmədən cəmiyyət yaşaya bilməz. Lakin cəmiyyət üçün xarici
ziddiyyət hesab olunan müharibə də onun mövcudluğu və inkişafı üçün mühüm təsir
gücünə malikdir. Müharibə ilə bağlı ziddiyyətin kəskinləşməsi, daxili ziddiyyəti də daha
da dərinləşdirə, münaqişə doğura bilər, cəmiyyətin inkişafı gedişinə çox əhəmiyyətli
təsir göstərə bilər. Onu da qeyd edək ki, xarici və daxili ziddiyyətlərin qarşılıqlı
münasibəti nisbidir. Müəyyən sistemin daxili və xarici ziddiyyətləri başqa sistem
daxilində və sistemlərarası miqyaslarda yerlərini dəyişib, bir-birinə keçə də bilərlər.
İnkişaf prosesində çoxsaylı ziddiyyətlərlə qarşılaşmaq olar. Lakin onlardan baş
açmaq, gerçəklikdə onların rol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas
ziddiyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək, ayırmaq
lazımdır.
Əsas ziddiyyət –inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox başqa
ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyildir. Məsələn,
19
canlı orqanizm üçün maddələr mübadiləsinə girmək orqanizm və mühit arasındakı
ziddiyyətlər əsas ziddiyyətlərdir.