8
Real əlaqələri mürəkkəblik dərəcəsinə,
xarakterinə, dərinliyinə, ümumilik
dərəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız maddi
və mənəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi əlaqələri öyrənir. Bu
əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri-mühüm, zəruri
və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar.
İki və daha çox predmet bir-birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı əlaqə
müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə müstəqim, bilavasitə
əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitəli)
xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə deyil,
müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir.
Daxili əlaqə predmetin, hadisənin
cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə edən
başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində orqanizmlərin əlaqələri
daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici əlaqədir.
Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən prosesin
inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən hadisə üçün
vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr mühüm, yerdə qalan
müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür. Məsələn, bitkilərin Günəş ilə
əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi olmadan onlar yaşaya bilməz.
Bitkilərin başqa səma cisimləri ilə əlaqəsi isə qeyri-mühümdür.
Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı
gedişində əlaqələrin
müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar -
qarşılıqlı təsir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və təzahür,
imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır.
Yuxanda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri
genetik, yəni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin
aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Müəyyən hüdud və tarixi
məzmunda götürüldükdə inkişaf təbiət, cəmiyyət və təfəkkürün tarixidir, tarixilik isə öz
növbəsində dialektikanın mahiyyətidir. Buna görə də inkişaf prinsipi materialist
dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın obyektiv aləmin
predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı olduğunu göstərir.
Obyektiv aləmdə qarşılıqlı təsir sayəsində heç bir şey dəyişməz qalmır, hər şey dəyişir,
bir haldan başqa hala keçir. Lakin gerçəklikdəki dəyişikliklər xarakterinə, mahiyyətinə
görə fərqlənirlər. Onlardan bəziləri sadədən mürəkkəbə keçidi ifadə edir və buna görə
yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi hərəkəti təşkil edir.
Bir qisim
dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi obyektlərinin sadələşməsinə və ya
dağılmasına səbəb olur və buna görə də tənəzzül hərəkətini təşkil edir. Buradan aydındır
9
ki, hərəkət və inkişaf nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Hərəkət
dedikdə hər cür dəyişiklik nəzərdə tutulduğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş
verən hərəkətdir.
Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm
cəmiyyətdə, həm də təfəkkürdə baş verir. Cansız təbiətdə inkişaf maddi obyektlərin
əlaqələrinin və hərəkət formalarının mürəkkəbləşməsi ilə
səciyyələnən dəyişikliklər
şəklində özünü göstərir. Məsələn, mineralların və süxurların, müəyyən fiziki cisimlərin
meydana gəlməsi; fiziki sahələrdə elementar zərrəciklərin, elementar zərrəciklər
atomların, atomlardan molekulların, molekullardan isə fiziki cisimlərin əmələ gəlməsi
buna aydın misaldır.
Canlı təbiətdə inkişaf canlıların biokimyəvi strukturunun və funksiyalarının
təkmilləşməsində ifadə olunur. Bu sahədə mütərəqqi inkişaf hüceyrəyə qədərki
canlılardan hüceyrə quruluşuna malik canlıların meydana gəlməsi, bitki və heyvanlar
aləminin yaranması və inkişaf edərək daha da təkmilləşməsi xətti ilə baş verir. İnsan
cəmiyyəti də dəyişib inkişaf edir. Həm də burada inkişaf daha sürətlə baş verir.
Ümumiyyətlə, hərəkətin daha yüksək formasına keçildikcə inkişafın sürəti artır. İnkişaf
mənəvi aləmə, təfəkkür sahəsinə də aiddir. İnsanların şüuru,
təfəkkürü, ideyaları,
nəzəriyyələri, baxışları da əks etdirdikləri maddi aləmin inkişafına uyğun olaraq dəyişir,
inkişaf edir.
Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın
fasiləsiz və qanunauyğun inkişafını qəbul etməkdir. Lakin inkişaf prinsipini qəbul etmək
özlüyündə kifayət deyildir. Əsl məsələ onun necə başa düşülməsindədir. Bununla
əlaqədar olaraq inkişafın bir-birinə əks olan iki metafizik və dialektik konsepsiyaları
meydana çıxır.
Hərəkət və inkişafın metafizik konsepsiyasında öz-özünə hərəkət, onun
hərəkətverici qüvvəsi, mənbəyi, motivi kölgədə qalır, yaxud kənara yalnız, ilk təkana və
s. keçirilir. Bu nəzəriyyə inkişafa ancaq adicə böyümə və artma kimi baxır. O, inkişafa
yalnız kəmiyyət dəyişmələri kimi baxaraq inkişafın müəyyən mərhələsində yeni
keyfiyyətə keçilməsini qəbul etmir. Həmin nəzəriyyə inkişafın mənbəyi və istiqaməti
məsələsini də düzgün həll edə bilmir.
İnkişafın dialektik konsepsiyası isə obyektiv gerçəklikdə baş verən proseslərə tam
uyğun olaraq inkişafa kəmiyyət dəyişmələrinin toplanaraq yeni keyfiyyətə keçməsi kimi
baxır. Bu nəzəriyyə inkişafın mənbəyini predmet və hadisələrdəki əks tərəflərin,
meyllərin qarşılıqlı münasibətində və mübarizəsində görür. Həm də o, inkişafa sadədən
mürəkkəbə, ibtidaidən aliyə doğru gedən irəliləmə prosesi
kimi baxaraq göstərir ki,
10
əmələ gələn yeni, inkar olunan köhnə keyfiyyətlə varislik əlaqəsində olub onun bəzi
müsbət cəhətlərini daha yüksək pillədə təkrar edir.
İnkişafın bəhs etdiyimiz metafizik və dialektik nəzəriyyələrinin müqayisəsi aydın
göstərir ki, obyektiv gerçəkliyin inkişafının düzgün başa düşülməsi yalnız inkişafın
həqiqi elmi nəzəriyyəsi olan dialektika əsasında mümkündür. Məhz həmin nəzəriyyə
dünyanın elmi surətdə, doğru-düzgün dərk edilməsinə imkan verir və obyektiv
gerçəkliyin inkişafını qanunauyğun proses sayaraq onun ümumi qanunlarını tədqiq edir.
Dialektikanın qanunlarının mahiyyətini düzgün başa düşmək üçün əvvəlcə
Dostları ilə paylaş: