Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


b) Qanun və qanunauyğunluq kateqoriyaları



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
304 felsefe m N9dialektika eyani

b)
Qanun və qanunauyğunluq kateqoriyaları
.
c)
Mahiyyət və
təzahür 
- dialektikanın ən ümumi, universal kateqoriyalarından 
biridir. 
Mahiyyət-cisim, hadisə və
prosesin müəyyənliyidir, mənliyidir, onu başqa 
cisim, hadisə və proseslərdən fərqləndirən, onu məhz
həmin cisim və hadisə edən 
başlıca keyfiyyətdir.
Mahiyyət cisim, hadisə və prosesin daxili mənası,
 
nisbi sabit cəhəti, 
özünəməxsusluğudur. Fəlsəfə üçün "mahiyyət" anlayışı hər hansı sistemi, substansiyanı 
başqalarından fərqləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. 
Təzahür - mahiyyətin xarici ifadəsi, formasıdır; təzahür - elə konkret cisim, 
hadisə və prosesdir ki, onun vasitəsilə
gerçəkliyin və
onun müxtəlif tərəflərinin 
mahiyyəti, müəyyənliyini zahirən ifadə olunur; təzahür edir. 
Mahiyyət təzahür 
vasitəsilə özünü göstərir. 
Mahiyyət və təzahür (hadisə) arasında möhkəm qarşılıqlı əlaqələri vardır. Təsadüfi 
deyildir ki, mahiyyət anlayışından danışarkən onun məzmun anlayışına yaxın olduğu 
qeyd olunur. Lakin onlar bir– birinin eyni deyildir. Çünki məzmun müəyyən predmeti 
təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda, mahiyyət predmetin 
başlıca daxili, nisbətən sabit tərəfidir və ya onun tərəfləri və münasibətlərinin 
məcmusudur. Mahiyyət predmetin təbiətini müəyyən edir, predmetin bütün qalan 
tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Təzahür isə mahiyyətin bilavasitə xarici 
vasitəsidir, onun meydana çıxması formasıdır. 
Dialektik fəlsəfə elmi və əməli fəaliyyətin nailiyyətlərini ümumiləşdirərək, 
mahiyyət ilə təzahürün vəhdət təşkil etdiyini irəli sürür. Doğrudan da məzmun və 
formada olduğu kimi, mahiyyət ilə təzahür də qarşılıqlı əlaqədədir, qırılmazdır. Əslinə 
qalanda mahiyyət təzahür edir, təzahür mahiyyətlidir. Təzahür eyni mahiyyətdir, lakin 
bilavasitə gerçəkliklə meydana çıxması cəhətdən götürülmüşdür. Təzahür gerçəkliyin 


28 
xarici, səth tərəfidir, şeylərin ayrı – ayrı xassələri, momentləri, cəhətləridir. Mahiyyət 
həmin təzahürlər, müxtəlif momentlər, tərəflərdir, lakin ən sabit, dərin, ümumi şəkildə 
götürülmüşdür. Bəzən mahiyyəti obrazlı şəkildə sürətli çayın nisbətən sakit, güclü, dərin 
axını ilə müqayisə edirlər. 
Maraqlı cəhətlərdən biri budur ki, bir təzahürdə hökmən mahiyyət aşkara çıxır, 
lakin tam şəkildə deyil, onun müəyyən bir hissəciyi aşkara çıxır. Əslində təzahür 
mahiyyəti tamamilə əhatə etmir, onu yalnız hər hansı bir tərəfdən səciyyələndirir. 
Bununla yanaşı, xalis mahiyyət, yəni heç bir şeydən meydana çıxmayan mahiyyət də 
yoxdur. Hər bir mahiyyət özünü bir sıra təzahürlərdə büruzə verir. 
Bir məsələni də qeyd etmək lazımdır ki, mahiyyət ilə təzahür nəinki vəhdət təşkil 
edir, habelə onlar bir – birinə əksdir, bunlar heç zaman bir – birinə mütabiq gəlmir. 
Onların əksliyi gerçək predmetlərinin özlərinin daxili ziddiyyətlərinin ifadəsidir. Çox 
vaxt mahiyyət də üzdə olmur, yəni görünmür. O, gizlidir, bilavasitə müşahidə oluna 
bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli öyrənilməsi prosesində aşkara 
çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir – birinə bilavasitə müvafiq olsaydı, onda 
hər hansı bir elm gerçəksiz olardı (K.Marks). Bu, o deməkdir ki, elmin vəzifəsi məhz 
gerçəkliyin çoxlu təzahürləri, xarici tərəfləri, cəhətləri arxasında mahiyyəti, bunların 
əsasını təşkil edən daxili, dərin prosesləri axtarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip 
olur: 1. Adekvat təzahürlər və 2. Adekvat olmayan təzahürlər. Zahirilik qeyri – adekvat 
tipi kimi iki növə bölünür: a) mahiyyət daxili və b) mahiyyətlərarası. 
Ümumiyyətlə, «təzahür» və «mahiyyət» kateqoriyalarının təhlili zamanı həmin 
tiplər onların hər ikisinə aid edilir. Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm 
proses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin