Azərbaycan respublikasi DİNİ qurumlar üZRƏ DÖVLƏt komiTƏSİ azərbaycan ilahiyyat institutu fakültə: Dinşünaslıq



Yüklə 55,42 Kb.
səhifə2/7
tarix09.05.2022
ölçüsü55,42 Kb.
#56894
1   2   3   4   5   6   7
Fatima-y2

1.1Hz.Musanın Misirdən çıxışı.

İsrail övladlarının Levi nəslindən gələn , Hz. Musanın hekayəsi İbranilərə tarixindəki ən çətin dövrdə başlayır. İsrail övladları Fironun əmri ilə öldürüldükləri üçün Misirdə kölə vəziyyətində qaldılar və cəmiyyət olaraq mövcud olmaları təhdid edildi. Çıxışdakı rəvayətə görə İncilin ikinci kitabı Hz. Musa, Misir fironunun bacısı tərəfindən himayə olunan firon sülaləsinin üzvü olaraq böyüdü. Hz. Musa Misirdə belə bir mühitdə bir İbrani ailəsində anadan olub. Ancaq Hz. Musa qüvvədə olan qaydalar altında öldürülmək əvəzinə fironun sarayında böyüdülmüşdür. Yetkinlik yaşına çatanda Hz. Musa, ibraniləri fironun zülmündən qurtarmaq üçün Allah tərəfindən göndərildi. Musanı tapşırır.

Tövratın Xuruc bölümünün ikinci fəslində belə qeyd olunmuşdur ki, Bəni-İsraildən bir nəfər 2 öz qəbilələrindən olan qızlardan biri ilə ailə qurur və onların oğulları dünyaya gəlir. Yeni doğulmuş körpənin anası onu Fironun məmurlarının əlindən xilas etmək üçün üç ay gizlədir. Uşağı daim gizli saxlamaq mümkün olmadığı üçün anası bir sandıq düzəldir, taxtaların birləşən yerlərini qırla arasında suya buraxır. Körpənin bacısı isə həmin ətrafda dayanaraq onun başına nə gələcəyinə tamaşa edir. Qısa bir müddətdən sonra yuyunmaq üçün Nil çayının sahilinə gələn Fironun qızının gözü sandığa sataşır və kənizlərdən birini sandığın arxasınca göndərir. Sandığı onun yanına gətirirlər və o sandığı açanda içərisində ağlayan uşaq görür. Onun ürəyi uşağın halına yanır, amma həmin körpənin Bəni-İsraildən olduğunu bilir. Bu zaman körpənin bacısı Fironun qızına yaxınlaşır və uşağa süd vermək üçün qadın tapmasını ona təklif edir. Fironun qızı onun bu təklifini qəbul edir və qız öz anasını onların yanına gətirir. Fironun qızı həmin xanıma deyir: “Uşağı özünlə apar, ona süd ver və mən də sənin bütün xərcini ödəyəcəm.” Bir neçə ildən sonra uşaq böyüyür və anası onu Fironun qızının yanına aparır. Fironun qızı onu oğulluğa qəbul edir və ona Musa (Muşe, İbri dilində “Sudan çıxarılmış”) adını verir. Bu hadisə Qurani-Kərimin Qisəs surəsində qeyd olunmuş hekayə ilə yaxındır. Bəzi tarixi hesablamalara və hadisələrin analizinə görə bu hadisənin eradan 1250-1300 il öncə baş verməsi bildirilir.


Yüklə 55,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin