Azərbaycan respublikasi DİNİ qurumlar üZRƏ DÖVLƏt komiTƏSİ azərbaycan ilahiyyat institutu fakültə: Dinşünaslıq



Yüklə 55,42 Kb.
səhifə4/7
tarix09.05.2022
ölçüsü55,42 Kb.
#56894
1   2   3   4   5   6   7
Fatima-y2

1.3 Möcüzələri.

Həzrət Musa (ə) Fironu Bəni-İsrailə zülm etməkdən əl çəkməsi və onları azad buraxmaları üçüm müxtəlif yollardan istifadə etməklə təzyiq altına saldı. Qurani-Kərim və Tövratda qeyd olunduğuna əsasən Allahu-Taala Həzrət Musaya (ə) möcüzə etmək bacarığı verdi. Həzrət Musa (ə) əsa ağacını (tövratda qardaşı Harunun da əsası qeyd olunmuşdur) əjdəhaya çevirə bilirdi və əli ağ nur saçırdı. Firon bir dəstə cadugərlərini çağıraraq Musa (ə) ilə yarışmalarını istədi. Qeyd etdiyimiz əjdəha onları bütün cadugərlik sehirlərini və alətlərini uddu. Onlar Həzrət Musanın (ə) gördüyü işlərin sehir olmadığını anladılar. Qurani-Kərimdə qeyd olunmuşdur ki, cadugərlər Fironun heç bir hədə-qorxusuna baxmayaraq Allahu-Taalaya iman gətirdilər. Onların iman gətirmələri Tövratda qeyd olunmamışdır və kitab əhli tərəfindən qəbul olunmur. Bu möcüzələrdən sonra Misirlilərə bir neçə əzab nazil oldu. Firon isə Bəni-İsraili azad buraxacağı barədə dəfələrlə vədə versə də öz vədələrinə dönük çıxdı. Tövratda on cür əzab qeyd olunmuşdur:

1. Misirlilərin suyunun qana çevrilməsi

2. Sularda qurbağaların çoxalması

3. Ağcaqənədlərin çoxalması

4. Milçəklərin çoxalması

5. Vəba xəstəliyi nəticəsində Misirlilərin heyvanlarının kütləvi şəkildə tələf olması

6. Misirlilərin və onların minik heyvanlarının dəri xəstəliklərinə düçar olmaları və bədənlərində yaraların (cüzamın) çıxması

7. İri həcimli dolunun yağması və çoxlu sayda heyvanın və əkin sahələrinin tələf olması

8. Çəyirtkənin çoxalması

9. Üç gün ərzində Misirlilərin yaşadıqları hər yerin qaranlığa qərq olması

10.Misirdə yaşayan bütün insanların, heyvanların, hətta Fironun özünün də ilk övladlarının həlak olması




Yüklə 55,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin