1.4 Dənizdən Keçiş
Tövratda qeyd olunduğuna əsasən, sonda Firon təslim oldu, Həzrət Musa və Həzrət Harunu (ə) gecə vaxtı yanına çağırtdırdı və onlara dedi: “Bəni-İsraillə hara istəyirsəniz gedə bilərsiniz.” Onlar Misirin şərqində yerləşən Qırmızı dənizə tərəf yola düşdülər və həmin məkanda çadır qurdular. Bir müddətdən sonra Firon peşiman oldu və öz ordusu ilə onların arxasınca getdi. Musanın (ə) qövmü uzaqdan Fironun öz qoşunuyla gəlməsini gördülər. Həmin anda Musa (ə) əlini dənizə tərəf uzatdı, dəniz parçalandı, qurudu və Bəni-İsrail asanlıqla dənizdən keçə bildilər.1 Onların ardınca Fironun döyüşçüləri dənizə daxil oldular və Həzrəti Musa (ə) Allahu-Taalanın əmrinə əsasən bir əlinin işarəsilə onların hamısını suda boğdu. Tövratda Fironun özünün dənizdə qərq olması barədə heç nə yazılmamışdır və kitab əhli bunu inkar edirlər. Tövratda qeyd olunanlara əsasən Misirdən çıxan zaman uşaqları çıxmaq şərtilə Bəni-İsrailin sayı altı yüz min nəfər olmuşdur. Bəni-İsrailin Həzrət Yusifin (ə) zamanında Misirə daxil olduğu vaxtla onların Həzrət Musanın (ə) rəhbərliyi altında Misirdən çıxarılmarı vaxtı arasında dörd yüz otuz il keçmişdir. (Xuruc 12:37- 40)8
Dostları ilə paylaş: |