Mezofauna torpaqda və ya torpaq səthində üzvi tullantılarda yaşayan uzunluğu 0,1 mm ilə 2 mm arasında olan bütün onurğasız canlıları əhatə edir. Bəzi gənə, buğumayaqlılar, ağ qurd və sıçrayışquyruq növləri bu qrupa aiddir. Mezofauna mikroorqanizmlər, heyvan materialları, canlı və ya çürümüş bitki materialları, göbələklər, yosunlar, sporlar və tozcuqlar da daxil olmaqla müxtəlif materiallarla qidalanır. Onlar karbon dövriyyəsində mühüm rol oynayırlar və iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdırlar.
2 mm-dən böyük canlılara makrofauna deyilir. Bu qrupa porsuq, dovşan və yer dələsi kimi ömrünün bir hissəsini torpaqda keçirən iri heyvanlar və bütün ömrünü torpaqda keçirən digər canlılar, məsələn, köstəbək, ilbiz, zəli, yer qurdları, qarışqalar və qırxayaqlar daxildir. Makrofauna torpaq daxilində hərəkətləri ilə torpağın parçalanması və yayılmasında iştirak edir. Makrofauna qrupuna daxil olan soxulcanlar dünyanın bütün torpaqlarında, hətta Antarktidada da rast gəlinir və torpağın münbitliyinə töhfə verən orqanizmlərdir. Torpaq qazma fəaliyyətləri sayəsində yaxşı bir torpaq quruluşu yaratmağa kömək edir. Əslində bəzi qurd növləri vermikompost adlı qurd üzvi gübrə istehsalında istifadə olunur.
Lakin bizim kənd təsərrüfatı torpaqlarımızda düzgün gübrələmə və kənd təsərrüfatı kimyəvi maddələrdən istifadə ucbatından canlılıq çox aşağıdır. Bu, məhsuldarlığa mənfi təsir göstərir.
Torpağın mikrofaunası
Torpağın biomüxtəlifliyini təşkil edən orqanizmlər həyat dövrünün bütün və ya bir hissəsini torpaqda və ya torpaq səthindəki qatda, başqa sözlə, üzvi maddələrlə zəngin təbəqədə keçirirlər. Torpaq orqanizmləri ölçülərinə, qidalanma vərdişlərinə və yaşadıqları torpağın dərinliyinə görə müxtəlif yollarla təsnif edilə bilər. Ölçülərinə görə onlar təsnif edildikdə 3 qrupa bölünürlər: Mikrofauna, mezofauna, makrofauna Torpaq yerin ən səthi qatı olub, müxtəlif mikrobların olduğu əsas rezervuar və təbii mühitdir. Torpaqda maddələrin bolluğu, rütubətin olması mikroblar üçün əlverişli yaşayış məskəni olmasını təmin edir. 1 q torpaqda bir-neçə milyard mikrob hüceyrəsinə rast gəlinir. Torpaq günəş şüasının təsirinə, qurumaya məruz qaldığı üçün səthində - mikroblar az olur, 10-20 sm dərinlik-də daha çox olur, 1 m dərinlikdə minimum olur, 3-4 m dərinlikdə mikroblar olmur. Gübrələnmiş və əkilib-becərilən torpaqların 1q-da-4,8- 5,2 mlrd, meşə torpaqlarında 2-3 mlrd, səhra torpaqlarında 0,9-1,2 mlrd mikrob rast gəlinir.
Torpağın mikrob tərkibi. İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa müxtəlif patogen və şərti-patogen mikroblar düşə bilər. Torpaq vasitəsilə yoluxan xəstəliklər. Torpağın sanitar göstərici mikroorqanizmləri bağırsaq çöpləri (Escherichia coli) və Clostridium perfringens-dir. Torpağın sanitar mikrobioloji müayinəsində: - 1 q torpaqda olan bakteriyaların ümumi sayı; sanitar göstərici mikroorqanizmlərin (E.coli C.perfringens) titri; - 1 q torpaqda olan termofil bakteriyalar; epidemioloji göstərişlər olduqda isə patogen mikroorqanizmlər (salmonellalar, şigellalar, tetanusun, botulizmin törədiciləri və bəzi viruslar) təyin edilir.
Torpaqlarda da üç əsas mikrofauna növü vardır. Bunlar bakteriya, göbələk və viruslardır. Bakteriyalar, adətən mm-nin 1/1000-i (1 mikronmetr) olan tək hüceyrədən ibarət kiçik orqanizmlərdir. Torpaqda çoxlu sayda və müxtəlif bakteriya var. Bir çay qaşığı münbit torpaq adətən 100 milyon ilə 1 milyard arasında bakteriya ehtiva edir. Bu, hər iki hektardan bir inəyin kütləsinə bərabərdir. Hər hektar torpaqda bir ton mikroskopik bakteriya aktiv ola bilər. Karbon və enerji təmin etmək üçün torpaqda canlı və ölü maddələrə ehtiyacı olan göbələklər torpaqda çox olur. Göbələklərin ən mühüm rolu onların hüceyrədənkənar fermentləri ilə üzvi maddələrin parçalanmasını təmin etməkdir. Torpaq göbələkləri arasında mikoriza göbələkləri xüsusi yer tutur. Bütün bitkilərin təxminən 80-90 faizi hif şəbəkələrini meydana gətirərək simbiotik mikorizal göbələk əlaqələri yaradır. Hiflər əksər bitki kökcüklərinin diametrinin 1/60-ı qədərdir və bitkinin istehsal etdiyi şəkərlər müqabilində bitkiyə azot, fosfor, mikroelementlər və su əldə etməyə kömək edir. Viruslar torpaqda yaşayan ən kiçik, ən sadə canlılardır. Bütün viruslar parazitdir, yəni digər flora və faunada yaşayırlar. Torpaq virusları böyük əhəmiyyət kəsb edir, çünki onlar həm genləri anadan ev sahibinə ötürmək qabiliyyəti ilə, həm də mikrob ölümünün potensial səbəbi kimi torpaq bioloji icmalarının ekologiyasına təsir göstərə bilirlər. Torpaqda bir sıra bitki, həşərat və insan viruslarına rast gəlmək olar. Virusların sayına təsir edən torpaq şəraiti rütubət, torpaq aqreqatlarının və struktur vahidlərinin səthləri, bitkilərin kök sistemləridir.
Tərkibində üzvi və mineral maddələrin, eləcə də rütubətin olması torpaqda mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Bu canlıların sayı 5-20 sm dərinlikdə daha çox olur. Dərinliyə getdikcə onların miqdarı azalır, 1m dərinlikdə isə minimuma enir.
Tipindən və iqlim qurşaqlarının növündən asılı olaraq torpağın mikroflorası dəyişir. Cənub qurşaqlarında münbit və gübrələnmiş torpaqlarda mikroorqanizmlərin miqdarı çox olur. Torpaqda azotfiksəedici,nitrifikasiya, denitrifikasiya, sellüloza parçalayıcı bakteriyalara, göbələklərə, şibyələrə və bir sıra ibtidailərə təsadüf edilir. Bunlar maddələr dövranının həyata keçməsində mühüm rol oynayır.
Mikroorqanizmlər üzvi maddələri qeyri-üzvi maddələrə parçalayır, atmosfer havasındakı azotu bitkilər tərəfindən mənimsənilə biləcək hala gətirir. Bununla da torpağın münbitləşməsində və öz- özünü tənzimləmə prosesində iştirak edir. İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa düşən mikroorqanizmlərin əksəriyyəti müxtəlif ekoloji amillərin təsirindən məhv olsa da, bir qismi uzun müddət yaşama qabiliyyətini saxlayaraq yenidən insanları yoluxdurur və müvafiq xəstəliklər törədir.
Bakteriyaların sporları torpaq vasitəsilə yara nahiyəsinə daxil olub tetanus və qazlı qanqrena yaradır. Botulizm törədicisi torpaqdan tərəvəz və meyvələrə, eləcə də müxtəlif qida məhsullarının tərkibinə keçməklə insanı yoluxdurur və xəstəlik törədir.
Bəzi helmintlərin də əsas yaşayış mühiti torpaqdır. Yaşayış məntəqələrinin, məntəqələr daxilində müxtəlif obyektlərin tikilməsi üçün torpaq sahəsi seçərkən, eyni zamanda epidemioloji göstətişlər olduqda torpağın Sanitar-mikrobioloji müayinəsi aparılır. Bu zaman 1q torpaqda olan bakteriyaların, o cümlədən patogen mikroorqanizmlərin miqdarı təyin edilir.
T orpağın sanitar mikrobioloji nümayəndə : • 1q torpaqda bakteriyaların ümumi sayı ; • Sanitar göstərici mikroorqanizmlərin – bağırsaq çöplərinin miqdarı ; • 1q torpaqda olan termofil bakteriyalar ; • Epidemioloji göstərişlər olduqda patogen mikroorqanizmlər (salmonellalar, tetanus və botulizm törədiciləri, bəzi viruslar) təyin edilir.