Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə4/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Mühasib-auditorların meydana çıxması XVIII əsrə təsadüf edir. İlk professional mühasib Corc Uotson bəzi şotland sahibkarlara özlərinin hesabatlarını yoxlamağı məsləhət görmüşdür. Yoxlama yüksək nəticə verdiyindən şotlandlar belə yoxlamaların aparılmasına üstünlük verməyə başladılar. Eyni zamanda maliyyə-təsərrüfat proseslərinin inkişafı və mürəkkəbləşməsi professional mühasib-auditorların formalaşmasını şərtləndirmişdir. Artıq 1773-cü ildə Edinburqun ünvan kitabında yeddi auditorun adı, 1805-ci ildə ayrıca nəşr olunmuş ilk auditor məlumat kitabında 17 auditorun adı göstərilmişdir. Uilyam Velş Deylot ilk professional auditorlardan biri sayılır. O, auditor yoxlamalarında özünü göstərmiş mütəxəssis kimi məşhur idi. Deylot ingilis dəmir yolu və mehmanxana biznesi üzrə maliyyə hesabatı sistemini işləyib hazırlamışdır ki, həmin sistemin əsasları indi də onun vətəni Ingiltərədə tətbiq edilir.
Almaniyada da 1870-ci ildə auditin tətbiqi üzrə müəyyən cəhdlər olmuşdur. Belə ki, səhmdar cəmiyyətləri haqqında qanunda balansın yoxlanması vacib şərt kimi öz əksini tapmışdır. Lakin həmin qanunda yoxlamanın kim tərəfindən – müəssisənin daxili nəzarətçiləri və ya kənardan dəvət olunmuş mütəxəssislər tərəfindən аparılmаsı göstərilmirdi. Xarici auditorlar tərəfindən məcburi yoxlamaların daha dolğun təsviri 1931-ci ildə verilmişdir.
Auditorların fəaliyyətinin təşkili və reqlamentləşdirilməsinə dövlətin müdaxiləsi dərəcəsi müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, Böyük Britaniyada dövlət bu işlərə müdaxilə etmir, Fransada, İtaliyada, Almaniyada dövlət tərəfindən ciddi nəzarət və idarəetmə mövcuddur. Sonuncu ölkələrdə auditor kadrlarının formalaşması, onların peşəkar hazırlanması və cari fəaliyyətinə dövlət tərəfindən birbaşa nəzarət olunur.
Maliyyə hesabatları göstəricilərinin dürüstlüyünün təsdiq edilməsinə istifadəçilərin marağının artması auditorların hazırlanmasında keyfiyyətin yüksəldilməsinə təsir göstərmiş və artıq 1854-cü ildə İngiltərədə ilk diplomlu mühasib şəhadətnaməsi verilmişdir. Müfəttişlərin rəsmi adları müxtəlif ölkələrdə fərqlidir. Məsələn, İngiltərədə və bir sıra ingilisdilli ölkələrdə mühasibat uçotu peşəkarları "imtiyazlı mühasiblər", ABŞ-da "yüksək ixtisaslı diplomlu mühasiblər", Fransada - "mühasibekspertlər və "hesablar üzrə komissarlar", Almaniyada - "təsərrüfat nəzarətçiləri" və ya "kitabların nəzarətçiləri" adlandırılır. Əksər ölkələrdə auditorların yüksək təhsil alması, müəyyən iş statusuna malik olması, ixtisas imtahanlarını verməsi və nəhayət, təmiz imicinin olması əsas şərtdir.
1950-ci ildən sonra ikinci mərhələ başlayır deyə bilərik. Əksər ölkələrdə öz filiallarını və nümayəndəliklərini yaratmış iri transmilli auditor - məsləhət firmaları inkişaf etməyə başlamışdır. Bu dövrdə auditor xidməti bazarının əsas meyli peşəkar qaydada xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış şirkətlərin möhkəmlənməsi, konsaltinq (məsləhətlərə) tələbatın nəzərə çarpacaq artması ilə xarakterizə olunurdu. Şirkətlərin birləşməsi və ya ayrılması və müəssisənin maliyyə sabitliyi ilə bağlı məsələlər üzrə məsləhət xidmətlərinə tələbat böyükdür. Son dövrlərin təcrübəsi göstərir ki, məsləhət xidməti xarakterli auditə tələbat demək olar ki, yoxdur və bu baxımdan onun potensial inkişafı üçün zərurət aradan qalxmışdır.

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin