Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə1/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
  1   2   3   4   5   6   7   8   9   10
Audit


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
ADNSU-NUN NƏZDİNDƏ SƏNAYE VƏ TEXNOLOGİYA
KOLLECİ

Şöbə: İqtisadiyyat və idarəetmə


İxtisas:Bələdiyyə işi
Qrup:B102
Kurs:II
Fənn:Audit xidməti
Mövzu: Auditin yaranma tarixi
Tələbə:Allahverdiyeva Aytac
Müəllim:Mirzəyev Zəfər

Bakı: 2023


Mündəricat
Audit anlayışı................................................................................................3
Auditin yaranması və tarixi...........................................................................5
Azərbaycanda auditin yaranması.................................................................7
Auditin növləri və onların xarakteristikası.....................................................8
Audit standartlarının məqsədi və əsas prinsipləri.......................................10
Audit xidmətləri.........................................................................................12
Auditorun məsuliyyəti və peşə etikası.........................................................12
Ədəbiyyat siyahısı..................................................................................15

Audit anlayışı


Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluğunun, müəssisənin fəaliyyətinin mühasibat hesabatlarında əks etdirilməsinin tamlığının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat hesabatlarının müstəqil ekspertizasıdır.
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin qarşılıqlı marağı təşkil edir.
Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki, məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə hesabatlarının yoxlanılması kimi səciyyələndirir.
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır.
"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır. Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.
Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumatların kütləvi axını şəraitində onların ümumiləşdirilməsi və səmərəli istifadə olunması menecerin və təsərrüfat rəhbərinin qarşısında duran ən vacib məsələlərdir. Digər tərəfdən, müəssisələrdə uçot və nəzarətin yüksək səviyyədə qurulması ilə resursların səfərbər edilməsini, onlardan səmərəli istifadə olunmasını, məhsulun maya dəyərinin minimum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzifələri bu prinsiplər üzərində qurulur.
Auditor nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:

  1. hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);

  2. əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi haqda əsasın olması);

  3. qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün hesablanması);

  4. təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin hesablara aid olmasına inanmaq üçün əsasın olması);

  5. bölgü (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);

  6. dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında və jurnallarında əks olunan məlumatlara uyğunluğu, onların yekununun düzgünlüyü, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu);

  7. açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçürülməsi və hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).

Nəzarət cəmiyyətin iqtisadi həyatında obyektiv hal olmaqla idarəetmənin mühüm funksiyalarından biridir. Maliyyə vəsaitlərinin idarə edilməsi sferasında nəzarət tənzimlənmənin ümumi sisteminin tərkib hissəsıdir. Maliyyə nəzarəti audit və təftiş nəzarəti olmaqla iki növə bölünür. Aşağıda audit və təftiş arasında prinsipial fərqlər verilmişdir:

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin