Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə7/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Birdəfəlik audit - auditor həmni sifarişçi üçün ilk dəfə keçirir və yoxlama birdəfəlik xarakter daşıyır. Bu isə auditor üçün riski və çəkilən zəhməti xeyli artırır. Çünki belə hallarda sifarişçinin fəaliyyətinin xüsusiyyətləri, onun daxili nəzarət sistemi və s. barədə auditorların əlində lazımi informasiya olmur.
Müntəzəm audit - auditor tərəfindən sifarişçinin sfesifik xüsusiyyətlərinə, mühasibat uçotunun təşkilində onun müsbət və mənfi cəhətlərinə bələd olmağa, sifarişçi ilə üzün müddətli əməkdaşlığın nəticələrinə əsaslanır. Digər ölkələrin auditor təşkilatlarının topladığı təcrübə müntəzəm auditin üstünlüklərini sübut edir. Belə əməkdaşlıq həm bir çox illər ərzində sifarişçinin fəaliyyətini əsaslı surətdə öyrənən auditorlar üçün, həm də uzunmüddətli əməkdaşlığa əsaslanan yüksək ixtisaslı, hərtərəfli kömək və qiymət almaq üçün sifarişçiyə əlverişlidir.
Əməliyyat auditi - bu auditdə müəssisənin rəhbərliyinin fəaliyyətinin düzgünlüyü, baş vermiş maliyyə təsərrüfat əməliyyatlarının qanunauyğunluq səviyyəsini müəyyən etmək məqsədi ilə müvafiq qayda və normalara əməl olunması baxımından təsərrüfat subyektinin konkret fəaliyyət sahələrinin yoxlanılması nəzərdə tutulur. Əməliyyat auditi məhsuldarlığı və səmərəliliyi qiymətləndirmək məqsədi ilə təsərrüfat sisteminin fəaliyyət prosedurları və metodlarının hər hansı bir hissəsinin yoxlanılmasıdır. Bu audit başa çatdıqdan sonra, adətən, menecerə əməliyyatları təkmilləşdirməyə dair tövsiyyələr verilir. Əməliyyat auditində yoxlamalar mühasibat uçotu ilə məhdudlaşmır. Əməliyyat auditinin yerinə yetirilməsi və onun nəticələri haqqında məlumat başqa növ auditlərdə olduğu qədər asan müəyyənləşdirilmir. Bu mənada əməliyyat auditi adi auditdən çox, müdiriyyətin konsaltinqinə bənzəyir.
Maliyyə hesabatının auditi - ümumi maliyyə hesabatının müvafiq təlimata uyğunluq dərəcəsinin müəyyən etmək məqsədi ilə aparılır. İqtisadi subyektlərin pul vəsaitlərinin hərəkəti, mühasibat balansı, mühasibat maliyyə hesabatları yoxlanılır. Maliyyə hesabatının auditi subyektin hesabatının müəyyənləşdirilmiş meyarlara və mühasibat uçotunun hamılıqla qəbul edilmiş qaydalarına uyğunluğu haqqında rəy vermək məqsədi ilə həmin hesabatı yoxlamaqdan ibarətdir. Həmin audit hesabatlarıyoxlanılan şirkətin dəvət etdiyi kənar auditorlar tərəfindən aparılır. Adətən meyar olaraq hamılıqla qəbul edilmiş mühasibat prinsipləri götürülür. Maliyyə hesabatı auditinin nəticələri dərc olunaraq, istifadəçilərin geniş dairəsinə səhmlərin sahiblərinə, kreditorlara, dövlət tənzimləmə orqanlarına və başqalarına göndərilir. Maliyyə hesabatının auditi belə bir mülahizəyə əsaslanır ki, ondan müxtəlif qruplar, müxtəlif məqsədlər üçün istifadə ediləcəkdir.

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin