Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə2/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

a) məqsədinə görə:
auditin məqsədi – mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında fikir söyləmək, xidmət, kömək göstərmək, müştəri ilə əməkdaşlıq;
təftişin məqsədi – çatışmazlıqların müəyyən edilməsi, onların aradan qaldırılması və təqsirkarların cəzalandırılması.
b) xarakterinə görə:
audit – sahibkarlıq fəaliyyətidir;
təftişicra fəaliyyətidir, göstərişlərin yerinə yetirilməsidir.
c) qarşılıqlı əlaqələrin əsasına görə:
audit – könüllü (müqavilə əsasında həyata kеçirilir), məcburi (öz maliyyə hеsabatlarını dərc еtdirməli olan təsərrüfat subyеktləri üçün);
təftiş – məcburilik, yuxarı orqanların və ya dövlət orqanlarının sərəncamı ilə həyata keçirilir;
d) idarəetmə əlaqəsinə görə:
audit – üfüqi əlaqə, müştəri ilə qarşılıqlı əlaqədə eyni hüquqluluq, onlar qarşısında hesabat verilməsi;
təftişşaquli əlaqə, yuxarı bölmə tərəfindən təyin olunur, icrası haqqında onlar qarşısında hesabat verir.
e) xidmətin ödənilməsi prinsipinə görə:
auditödəməni müştəri həyata keçirir;
təftiş – ödəməni yuxarı və ya dövlət orqanı həyata keçirir.
f) praktiki vəzifələrinə görə:
audit – müştərinin maliyyə vəziyyətınin yaxşılaşdırılması, passivlərin (investorların, kreditorların) cəlb edilməsi, müştəriyə köməkliyin edilməsi, məsləhət verilməsi;
təftiş – aktivlərin qorunması, mənimsəmələrin aşkar olunması və qarşısının alınması.
g) nəticələrə görə:
audit – auditor rəyinin (bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, yerli idarəetmə orqanları və məhkəmə orqanları üçün hüquqi mahiyyət kəsb edən rəsmi sənəd) tərtibi ilə tamamlanır;
təftiş – təftiş aktının (bütün aşkar edilən çatışmazlıqların əks etdirildiyi idarədaxili sənəd) tərtib еdilməsi ilə başa çatır. Akt təftişi təyin edən orqana (yuxarı təşkilata, istintaq orqanlarına və b.) təqdim edilməlıdir

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin