Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə8/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Ekoliji audit təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi və daxil olmaqla təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədi ilə onların təsərrüfat və digər fəaliyyətinin yoxlanılmasıdır. Ekoloji audit prosesində təbiətdən istifadəçinin fəaliyyəti ekoloji qanunvericilik üzrə qəbul olunmuş normativ hüquqi sənədlərə, standartlara və normalara uyğun olaraq qiymətləndirilir. Ekoloji auditin əsas mahiyyəti təbiətdən istifadəçilərin fəaliyyətinin düzgün və səmərəli qurulmasına zəruri kömək göstərməklə yanaşı dövlətin ekoloji siyasət sahəsində qəbul etdiyi tələblərin tam həyata keçirilməsinə şərait yaratmaq, ölkənin təbii resurslarının, ətraf mühitin qorunmasının səmərəli istiqamətlərini müəyyən etməkdir
Dövlət auditinin bilavasitə məqsədi dövlətin fəaliyyətinin səmərəliliyini təmin etməkdir. Dövlət maliyyə nəzarətinin köməyi ilə planlaşdırılmış bütün vəsaitlərin vaxtında dövlət fondlarına daxil olmasına, habelə dövlət vasitələrindən məqsədyönlü istifadəyə nəzarət edir. Dövlət maliyyə nəzarətinin obyekti ətraf mühitin və texniki mexanizmlərin vəziyyəti deyil dövlət pul vəsaiti fondlarının formalaşdırılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar maliyyə prosesləridir. Dövlət maliyyə nəzarətinin bilavasitə predmeti mühasibat hesabatları, balanslar, smetalar və digər sənədlərdir.
Audit standartlarının məqsədi və əsas prinsipləri
Auditor standartları öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmalı olduqları normativ materiallardır. Bu standartlar auditə dair vahid baza rəhbərini formalaşdırır, auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirir. Başqa sözlə standartlar aparılmış auditin keyfiyyətini sübut etmək və auditorların məsuliyyət dərəcəsini müəyyənləşdirmək üçün əsasdır. Eyni zamanda audit standartları elə bir bazadır ki, onun əsasında auditorların hazırlanması, təkminləşdirilməsi və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi üzrə tədris proqramları hazırlanır.
Azərbaycan Respublikasında bazar iqtisadiyyatının mühüm ünsürlərindən biri kimi auditor xidməti təşəkkül tapdıqca və inkişaf etdikcə Respublikanın səciyyəvi xüsusiyyətlərini və beynəlxalq təcrübəni nəzərə almaqla milli audit standartları yaradılması zərurətləri meydana çıxır. Auditor fəaliyyətinin hər hansı bir sahəsi haqqında milli standart olmadıqda auditorlar öz fəaliyyətlərini beynəlxalq əsasında aparmalıdırlar. Audit keçirilməsinin beynəlxalq standartlarına 51 standart daxildir.
Audit üzrə peşəkarlıq norma və standartlarının işlənib hazırlanması ilə bir neçə beynəlxalq təşkilat , o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası, Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə və başqaları məşğul olur. Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə 2 məqsədə xidmət edir:
1. Audit üzrə peşəkarlıq səviyyəsi ümumdünya səviyyəsindən aşağı olan ölkələrdə auditi inkişaf etdirmək.
2. İmkan daxilində beynəlxalq səviyyədə auditə yanaşmağı öyrətmək.
Bir sıra ölkələrdə icazə verilib ki, beynəlxalq audit standartlarının bazasında öz milli standartlarını işləyib hazırlasınlar.Bəzi ölkələrdə isə öz milli standartlarını işləyib hazırlanmasına icazə verilməmişdir. Onlar yalnız beynəlxalq audit standartlarından öz standartları kimi istifadə edə bilərlər.
Milli audit standartlarına 39 standart daxildir:
1. Maliyyə hesabatlarının yoxlanmasında məqsəd və yoxlamanın həcmi
2. Audit keçirilməsinə razılıq haqqında məktub
3. Planlaşdırma
4. Başqa auditorların işinin nəticələrindən istifadə
5. Auditin keyfiyyətinə nəzarət
6. Sənədlər
7. Audit keçirilməsinin əsas prinsipləri
8. Auditorun seçməsi
9. Auditor sübutları
10. Təkrar audir və s.



Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin