Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA


Auditin növləri və onların xarakteristikası



Yüklə 107,75 Kb.
səhifə6/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Auditin növləri və onların xarakteristikası
Audit yoxlaması əsas 2 yerə ayrılır: daxilikənar audit.
Daxili audit - müəssisənin rəhbərliyinin yaratdığı nəzarət sistemidir. Nəzarətin bu formasının vasitəsi ilə aktivlərin hərəkətinə, menecment siyasətinə və onun keyfiyyətinə nəzarət olunur. Bu cür nəzarəti həm müəssisənin işçiləri, həm də dəvət olunmuş mütəxəssislər həyata keçirə bilərlər. Daxili audit icra fəaliyyəti növlərindən biri kimi müəssisənin rəhbərliyi tərəfindən təşkil olunur. Daxili audit idarəetmə nəzarətinin ayrılmaz və mühüm elementidir. Daxili auditə tələbat onunla əlaqədar yaranır ki, rəhbərliyin yuxarı pilləsi təşkilatın və aşağı idarəetmə strukturlarının fəaliyyətinə gündəlik nəzarətlə məşğul olunur. Daxili audit bu fəaliyyət barədə informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir.
Kənar audit - müəssisənin rəhbərliyi tərəfindən əvvəllər tərtib olunmuş hesabatın düzgünlüyünü müəyyən etmək üçün kənar obyektiv baxışı təmin edən müstəqil nəzarət formasıdır. Bu cür audit mülkiyyətçinin ilk növbədə kollektiv mülkiyyətçilərin və səhmdarların, habelə kreditorların maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabatın düzgünlüyünə əmin olmaq üçün təşkil olunur. Kənar audit müstəqil tərəflər: müəssisə və auditor təşkilatı arasındakı müqaviləyə əsasən həyata keçirilir. Kənar audit təsərrüfat subyektinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü obyektiv qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır. Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.
Bundan başqa məcburikönüllü auditor xidməti var. Əgər könüllü auditor yoxlaması iqtisadi subyektin qərarı ilə aparılırsa bunun əksi olaraq, məcburi yoxlama onun istəyindən asılı olmayaraq aparılır. Yoxlama Azərbaycan Respublikasının qanununda nəzərdə tutulan qaydada həyata keçirilir. Azərbaycanda iri sənaye qrupları banklar, sığorta şirkətləri, investisiya təsisatları və s. məcburi audit xidmətindən keçməlidirlər. Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı olan bütün ölkələrdə qanunvericiliyə əsasən müəssisələrin bir qismi auditdən keçməyə borcludur, digərləri isə bunu könüllü edirlər. Məcburi audit - bilavasitə qanunvericiliklə müəyyən edilmiş hallarda və ya dövlət orqanlarının qərarı ilə auditorla müqavilə əsasında həyata keçirilir. Belə auditin xarakterini və həcmini sifarişçi müəyyən edir.
Auditin birdəfəlikmüntəzəm forması da mövcuddur.

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin