Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə5/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Azərbaycanda auditin yaranması
Respublikamızda auditin inkişafı və formalaşması aşağıdakı xronoloji ardıcıllıqla getmişdir.
1991-ci il iyulun 31-də AR NK-nin «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzi yaradılması haqqında» qərar qəbul edildi. Nəzarət-təftiş işini təkmilləşdirmək, bütün mülkiyyət formalarının qorunmasını təmin etmək, sui-istifadə və rəqəmləri şişirtmə faktlarının qarşısını almaq üçün AR NK MN yanında Təsərrüfat Hesablı Auditor Mərkəzi haqqında Əsasnaməni təsdiq etmişdir.
AR NK-nin 1992-ci il 27 mart tarixli 157 saylı qərarına əsasən AR MN-də audit xidmətinə xüsusi razılıq verilməsinə dair Lisenziya Komissiyası yaradılmışdı.
16 sentyabr 1994-cü ildə «Auditor xidməti haqqında» AR-nın Qanunu qəbul edildi və həmin Qanunun qüvvəyə minməsi barədə 20 iyun 1995-ci ildə xüsusi qərar qəbul edilmişdir
Respublikamızda auditin struktur formalaşması və fəaliyyəti üçün AR MM 19 sentyabr 1995-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnamə təsdiq etmişdir. Audit fəaliyyətinin respublikamızda daha da təkmilləşdirilməsi məqsədi ilə AR MM 12 mart 1996-cı ildə iki mühüm qərar qəbul etmişdir: “Azərbaycan Respublikasında auditorların və auditor təşkilatlarının qeydiyyatı barədə”; “Azərbaycan Respublikasının Audıtorlar Palatası haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər haqqında. 1996-cı il aprelin 4-dən AR Auditorlar Palatası müstəqil qurum kİmi öz fəaliyyətinə başlamışdır. Hazırda Auditorlar Palatası respublikamızda auditor fəaliyyətini tənzimləməklə yanaşı, bu sahənin inkişafına, təkmilləşdirilməsinə dair mütəmadi tədbirlər sistemi hazırlayaraq dövlətin təsərrüfat subyektlərinin və auditorların mənafeyinin müdafiəsini təmin edir və audit xidmətinin beynəlxalq standartlarda qurulması istiqamətində əməli-praktiki işlər görür. Milli Məclisin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının “Auditorlar Palatası haqqında”əsasnaməni təsdiq etmişdir. Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:
-Auditor xidməti işlərini təşkil edir və tənzimləyir.
-Sərbəst auditor və auditor təşkilatlarıın nizamnamələrinin auditor xidməti haqqında qanuna uyğunluğuna nəzarət edir.
-Sərbəst auditorların və auditor təşkilatlarının qeydiyyatını keçirir, uçotunu aparır və qeydiyyat haqqında şəhadətnamə verir
-Təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatları üzrə auditor rəyinin formsalarının, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını işləyib hazırlayır və təsdiq edir
-audit xidmətinin göstərilməsinin forma və metodları üzrə normativ sənədlər tərtib edir,
-Sərbəst auditorların və auditor təşkilatlarının hüquq və vəzifələrinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir.


Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin