Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə92/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   89   90   91   92   93   94   95   96   97
Oxu təliminin metodikası 18.03.23

ÜÇ MİRVARİ
(Azərbaycan xalq əfsanəsi əsasında)
Qədim zamanlarda Nardaran qalasının qırağında, Xəzər dənizinin axar-baxarında tikilmiş bir evdə Piri baba adlı qoca ilə onun nəvəsi Gülbala olurdu. Baba və nəvə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, meynələrin dibini belləyir, bostan becərir, pis-yaxşı dolanırdılar. Bir dəfə səhər tezdən yerindən qalxıb həyətə düşən baba və nəvə qum üstündə qəribə ləpirlər gördülər. Bu ləpirlər böyük balıqqulağının izinə oxşayırdı. Piri baba ilə Gülbala bir-birinin üzünə heyrətlə baxıb dinməz-söyləməz ləpirlərin izinə düşdülər. Gedib Xəzərin sahilində ətəklərini dalğalar döyəcləyən sal qayaya çatdılar…
Gördülər ki, üç mirvari balıqqulağıdan çıxıb və qayanın üstündə qərar tutub. Piri baba nəfəsini dərib incinin birindən soruşdu:
– Adın nədir? – Var-dövlət!
Gülbala babasının ətəyindən tutub dedi:
– Gəl bunu götürüb evimizə aparaq, bir dəfəlik yoxsulluğun daşını ataq! Piri baba əlini qaldırdı, səbirli olmağa çağırdı.
– Qoy o birindən soruşaq! – deyə qoca ikinciyə tərəf döndü.
– Sənin adın nədir?
– Xoşbəxtlik!
– Ay baba, daha bundan gözəl nə olar?
– Gülbala sevincindən atılıb-düşdü.
– Gəl xoşbəxtliyi evimizə aparaq. Bizim də üzümüz gülsün, həmişə xoşbəxt olaq!
Piri baba üçüncü mirvariyə müraciət etdi:
– Bəs sənin adın nədir?
– Dostluq, doğruluq!
– Bax, bala, yapış bundan, onu özümüzlə aparaq!
– Niyə, ay baba? Quru dostluqdan, doğruluqdan nə çıxar?
– Dostluq, doğruluq quru, boş şey deyil. Bir gün var-dövlət əldən gedə bilər! Piri baba bir neçə tanışın adını çəkdi. Onların necə yoxsullaşdığını, əl açıb dilənməyə məcbur olduqlarını dedi. Piri babanın dedikləri Gülbalanın ağlına batdı. O soruşdu:
Bəs xoşbəxtlik necə, baba? – Oğlum, insan necə xoşbəxt olsa da, bir gün qəfil bədbəxtlik baş verib onu çox ağır vəziyyətə sala bilər. Piri baba yenə də tanışlardan bir neçəsinin əvvəlcə xoşbəxt yaşadıqlarından, sonra fəlakətə düşüb bədbəxt olduqlarından danışdı. Babanın gətirdiyi bu misallar nəvəni inandırdı.
Gülbala yenə soruşdu:
Bəs dostluq, doğruluq necə, baba?
– Dostluq hər zaman sənin karına gələ bilər. Var-dövlətini itirib yoxsullaşanda həqiqi dost qolundan yapışar, dayaq olar. Qoymaz ki, sən boynuna torba salaraq ona-buna əl açıb dilənəsən. Doğru dost son tikəsini də səninlə bölüşər. Sənsiz boğazından bir qurtum su da keçməz!..
Piri babanın müdrik misallarını diqqətlə dinləyən Gülbala sal qayaya qalxdı. Dostluq, doğruluq incisini götürüb bağrına basdı və aşağı düşdü, qaça-qaça evlərinə apardı…
Süleyman Rəhimov
(Azərbaycan dili. 4-cü sinif, 2019, s. 118)



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin