Müəllifin soyadını, adını və əsərin sərlövhəsini oxu.
Kitabı vərəqləyərkən illüstrasiya və şəkillərə diqqət yetir.
Kitabın təxmini məzmununu müəyyənləşdir.
Kitabı müstəqil surətdə mütaliə et.
Kitabla işin təşkili
Əgər yaxşı oxumaq istəyirsənsə gün ərzində ən azı 15 dəqiqə mütaliə etməlisən.
Oxu üçün uyğun vəziyyəti seç, uzanaraq oxumaq sağlamlığa ziyandır.
Mütaliə edərkən kitab gözdən ən az 30 sm məsafədə yerləşməlidir.
Kitab oxunan məkan düzgün işıqlandırılmalıdır. Yaxşı olar ki, işıq yuxarıdan və ya soldan düşsün. Zəif işıqda oxumaq gözləri tez yorur, görmə qabiliyyətini zəiflədir. Unutmayın ki, hər saatdan bir gözlərə 10 dəqiqə istirahət vermək lazımdır.
Kitab oxuyarkən fikrini yayındıran əşyalardan uzaq durmaq, televizoru söndürmək lazımdır. Əgər bunu etməzsən zəhmətin hədər gedəcək.
Tələsmədən, ucadan oxu, tez-tez saata baxma, yoxsa, oxuduğun mətnin məzmununu unudacaqsan.
Əgər oxuduğun kitab səni cəlb etmişsə və davamını da oxumaq istəyirsənsə, mütləq qısamüddətli fasilə etməlisən.
Qəhrəmanların hərəkətlərinə diqqət yetir, onları təhlil et, özün üçün nəticə çıxar.
Nümunəvi davranış qaydaları və xeyirxah əməlləri olan əsər qəhrəmanlarınn örnək götür.
Çox maraqlı və cəlbedici kitablar haqqında informasiyaları dostlarınla paylaş.
Oxuduğun kitabda maraqlı faktlar və ya ifadələrə, aforizmlərə rast gəldikdə mütləq özünə qeydlər götür, gələcəkdə gərəyin ola bilər.
Şüurlu, düzgün və səlis oxu vərdişlərini qazanmağa cəhd göstər (dəqiqədə 90-100 söz oxumaqla).
Əsərdə hadisələrin ardıcıllığını müəyyənləşdirməyi bacar.
Sinifdənxaric oxu ilə məşğul ol, kitab seçərkən müəllimlərin tövsiyə etdiyi siyahıdan və kitabxanaçının tövsiyələrindən istifadə et.