Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə9/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   5   6   7   8   9   10   11   12   ...   97
Oxu təliminin metodikası 18.03.23

Oxunun optimal sürəti. Savad təliminin ilk mərhələsində şagirdlərin hələ oxu texnikasına yenicə yiyələndikləri dövrdə oxunun aşağı sürətlə, aramla aparılması vacibdir. Sonralar tədri­cən sürət artırılmalıdır. Oxu prosesində normal oxu sürətinə nail olmaq zəruridir. Nə ləng, nə də hədsiz sürətli oxu məqbul sayılmır və qarşısı alınmalıdır. Normal sürətli oxu fəal yara­dıcı idrak prosesidir, bu proses zamanı şagird faktları, hökm­ləri təhlil edir, nəticədə yeni biliyin təməli qoyulur. Oxunun normal sürəti məzmunun şüurlu başa düşülməsini və ifadəliliyi təmin edir. Həddən artıq ləng oxu sözlər və cümlələr arasında əlaqənin pozulmasına səbəb olur, bu da məzmunun qavran­ılma­sını çətinləşdirir, ifadəliliyi azaldır və oxu prosesinin mexaniki şəkildə olmasına səbəb olur.
Oxunun sürəti (rəvanlığı) oxunan materialın tam və keyfiyyətli mənimsənilməsini təmin edən oxu prosesidir. Psixoloq L.S.Vıqotski hələ 1931-ci ildə yazırdı ki, adətən, hesab edirlər ki, ləng oxu zamanı anlama daha yüksək olur, əslində isə sürətli oxu zamanı anlama daha yaxşı olur, çünki müxtəlif proseslər müxtəlif sürətlə baş verir və anlama sürəti oxunun daha sürətli tempinə cavab verir. Sürətli oxu nitqi eşitmənin, görmənin idarə edilməsini tələb edir. Sürətli oxu oxunmuş mətnin keyfiyyətli mənimsənilməsini ləng oxudan daha yaxşı təmin edir. I-IV siniflərdə ən çox sürətli oxuya müəy­yən dərəcədə norma qoyulur. Bu normalar əsasında şagirdin oxu fəaliyyəti qiymətləndirilir.
Cədvəl 1.

Siniflər

Sürətli oxu

Orta oxu

Aram-aram oxu


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin