Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


OXU TƏLİMİNİN ƏHƏMİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ



Yüklə 0,51 Mb.
səhifə2/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   2   3   4   5   6   7   8   9   ...   97
Oxu təliminin metodikası 18.03.23

OXU TƏLİMİNİN ƏHƏMİYYƏTİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Oxu dərsləri müstəqil ölkəmizin inkişafının, gələcəyinin, daha da çiçəklənməsinin gələcək qurucularının tərbiyə olunmasını təmin edir. Oxu bacarıqları şagirdlərin konkret təsəvvür və anlayışlarını daha da genişləndirir, lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir və fəallaşdırır, fikirlərini şifahi və yazılı şəkildə ifadə etmək bacarığını artırır, onların nitq mədəniyyətinin formalaşmasına imkan yaradır.


Oxu nədir? D.B.Elkonin oxunu sözün səs formalarının onların qrafik (hərf) modeli üzrə yenidən hasil olması prosesi kimi dəyərləndirir [36, s.17].
Oxu şagirdlərdə düzgün, sürətli, şüurlu və ifadəli oxumağı, oxunmuş materialın məzmununu nağıletmə bacarığını yaradır. Oxu təliminin yüksək səviyyədə təşkili üçün müəllim yalnız Azər­­baycan dili dərslərində deyil, digər fənlərin tədrisində, şagirdlərin sinifdənxaric fəaliyyətində də ona xüsusi əhəmiyyət verməlidir.
Oxu təliminin məqsədi şagirdlərdə oxu bacarıq və vərdişlərinin yaradılması, bu zəmində onların savada, oxu sənətinə yiyələnməsi, oxu zamanı əldə etdiyi biliklərlə zənginləşməsi, onlarda oxu mədəniyyətinin, kitaba məhəbbətin yaradılması və ümumdünyagörüşünün formalaşdırılmasııdır.
Nizami Gəncəvinin oxuya, kitablara verdiyi dəyər hər bir məktəbli üçün örnək olmalıdır.
“Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəzinədən bir dür çıxardım”(N. Gəncəvi).
Oxu prosesində birinci dərəcəli məsələ uşaqlarda ətraf aləm haqqında həqiqi, düzgün, obrazlı təsəvvürlərin formalaşdırılmasıdır.
Oxu dərslərinin keyfiyyətinin yüksəldilməsi hər şeydən əvvəl, oxu təliminin tərbiyəedici vəzifələrinin gücləndirilməsindən asılıdır. Oxu dərslərində şagirdlərdə vətənə məhəbbət və sədaqət tərbiyə olunur, onlara xeyirxahlıq, ədalət­lilik, mərdlik, fədakarlıq, düzlük və doğru olmaq kimi sosial-əxlaqi keyfiyyətlər aşılanır, onların dünyagörüşünün formalaş­ması üçün ilkin bünövrə qoyulur.
Tədqiqatlar göstərir ki, oxu texnikası eşitməyə, görməyə, tələffüzə, təhlilə, sözün mənasına əsaslanan mürəkkəb prosesdir. Bu prosesin müvəffəqiyyətlə keçməsi üçün I sinifdən aşağıdakı vəzifələrin həyata keçirilməsi vacibdir:
1. Sözlərdəki səsləri fərqləndirmək;
2. Təkcə hərfləri deyil, səsi də qavramağı öyrənmək, hərf birləşməsini görmək və ona uyğun lazımi səsin tələffüzünü dəyişmək: (na-na), (ru-ru), (li-li);
3. Sözdəki səsləri bütöv şəkildə tələffüz etmək;
4. Sözü tanış olan hər hansı əşya, hərəkət, əlamətin ifadəsi kimi başa düşmək.
Oxu dərsində şagirdlər tədricən oxunun ən mühüm keyfiyyətlərinə yiyələnirlər. Onlarda kitaba maraq və məhəbbət güclənir, oxunun idrakı əhəmiyyətini dərk edirlər. Oxu dərsləri uşaqlarda oxuya, mütaliəyə meyli gücləndirir.
Təlim müəllimlə şagird arasında qarşılıqlı təsirə malik məq­sədyönlü prosesdir. Bu prosesdə müəllim və şagirdlərin əmək­daşlığı ilə bilik, bacarıq və vərdişlər əldə edilir. Fəal/interaktiv təlim metodları təcrübəni nəsildən-nəsilə ötürməyə xidmət edir.
Oxu vərdişlərinin inkişaf etdirilməsi üzrə işlər həm savad təlimi, həm də savad təlimindən sonarkı dövrdə müəllimin diqqətində olan mühüm məsələlərdən biridir.
İbtidai siniflərdə oxu bacarıqlarının inkişaf etdiril­məsi üzrə işlər sadə süjetli bədii əsərlər, folklor nümunələri üzrə və məlumat xarak­terli mətnlər üzrə aparılır. “Azərbaycan dili” dərsliklərində ve­ri­lən mətnlər şagirdlərin təxəyyülünün, təfəkkür və nitqinin in­kişaf etdirilməsində, onların mənəvi aləminin formalaş­ma­sında və həmçinin oxu vərdişlərinin inkişaf etdirilməsində mü­hüm rol oynayır [6; 7; 8; 9].
Savad təlimi dövründə oxu texnikasına yiyələnmiş şagird­lər kiçik mətnlərin oxusu ilə ilk oxu bacarıqlarına yiyələnirlər. Mütəmadi davam etdirilən oxu nəticəsində, müəyyən müddət keçdikdən sonra oxu bacarıqları oxu vərdişinə çevrilir. Mətn­lərdə əks olunan hadisələr, obrazlar öyrənildikcə şagirdlər mənə­vi cəhətdən zənginləşir, mətnlərdəki məsələlər onları düşündürür və onların oxuya marağı artır. Mətnlərin məzmunu və həcmi dəyişdikcə, şagirdlərin oxu vərdişlərinin keyfiy­yəti də dəyişir. Azərbaycan dili (I-IV siniflər) kurikulu­munda şagirdlərin oxu bacarıq və vərdişlərinə yiyələnməsi ilə bağlı standartların reallaşdırılması oxu dərslərindən məqsəd­yönlü istifadəni zəruri edir.
M.A.Rıbnikova oxunun sistemli aparılması tələbini irəli sürərək qeyd edirdi ki, metodik sistem materialın bütövlükdə və onun ayrı-ayrı hissələrinin başa düşülməsi, şagirdlərin qavrama və inkişaf qanunauyğunluqlarının nəzərə alınması, sinifdən-sinfə keçdikcə ifadəli oxu vərdişlərinin mürəkkəbləşdirilməsi əsasında yaradılmalıdır.
I-IV siniflərdə bir neçə yox, xeyli variantlı oxu vərdişlərindən istifadə olunur: Ucadan oxu, rəvan oxu, sərbəst oxu, müstəqil oxu, şüur­lu oxu, səssiz oxu, dialoqlu oxu, nəqli, sual, nida, əmr, müxtəsər və geniş cümlələr üzrə oxu, ton, ritmli oxu, məntiqi vurğu üzrə oxu, təbiət təsviri və təbiət hadisələri üzrə oxu, epizodlar üzrə oxu, rollar üzrə oxu, müşahidə məqsədli, nəzarətli oxu, suallar üzrə oxu, şəkil əsasında oxu, qəhrəmanın həyat səciyyəsi üzrə oxu, xorla oxu, maraqlandığın hissə üzrə oxu, arzu və istəyə görə oxu, bədii təsvir və yaradıcılıq üzrə oxu, leksik oxu, orfoq­rafik, fonetik, qrammatik oxu və s.[12, s. 259].

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin