Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


II sinif. Oxu məzmun xətti üzrə standartlar: Şagird



Yüklə 0,51 Mb.
səhifə6/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   2   3   4   5   6   7   8   9   ...   97
Oxu təliminin metodikası 18.03.23

II sinif. Oxu məzmun xətti üzrə standartlar: Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin adlarını mü­vafiq məna qrupuna aid edir.
2.1.2. Mətndə verilmiş yaxınmənalı və əksmənalı sözləri fərq­lən­dirir.
2.1.3. Mətndə frazeoloji ifadələrin mənasını izah edir.
2. 2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.
2.2.1. Müvafiq mətnləri tələffüz normalarına uyğun düzgün və sürətli oxuyur.
2.2.2. Kiçikhəcmli bədii mətnləri janrlara görə fərqləndirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə məzmununa aid sadə plan tutur. 
2.2.4. Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.
2.2.5. Mətndəki əsas fikri həyatla əlaqələndirir.
III sinfin sonunda şagird:
•dinlədiyi fikirləri müqayisəli təhlil etməklə mövqeyini şərh edir;
•müşahidə etdiklərinə, eşitdiklərinə, oxuduqlarına münasibət bildirməklə nəql edir, dialoqlarda iştirak edir, situasiyaya uyğun jest və mimikalardan istifadə edir;
•sözlərin həqiqi və məcazi mənasını, çoxmənalı sözləri fərqləndirir; 
•müvafiq mətni düzgün sürətli və intonasiya ilə oxuyur, bədii və elmi-kütləvi mətnləri fərqləndirir, mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir, əsas fikri həyatla əlaqələndirir;
•hüsnxət və orfoqrafiya qaydalarına əməl etməklə təsvir və nəqli xarakterli inşa və sadə əməli yazılar yazır;
•sait və samit səsləri xüsusiyyətinə görə fərqləndirir, sözlərin böyük hərflə yazılmasına dair qaydaları tətbiq edir,
•yeni sözlərin mənasını müəyyənləşdirmək üçün lüğət və sorğu kitablarından istifadə edir;
•qrammatik mənalarına görə sözləri qruplaşdırır;
•cümlədə sözlərin düzgün ardıcıllığını müəyyənləşdirir, baş və ikinci dərəcəli üzvlərin rolunu sadə şəkildə izah edir;
•məqsəd və intonasiyanı dəyişməklə cümləni müxtəlif məqamlarda işlədir.
III sinif. Oxu məzmun xətti üzrə standartlar: Şagird:
2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nüma­yiş etdirir.
2.1.1. Mətndə rast gəldiyi yeni əşya və hadisələrin xarakterik əlamətlərini adlandırır.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir
2.2. Oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir
2.2.1. Müvafiq mətnləri düzgün, sürətli, intonasiya ilə (cümlə növlərinə görə) oxuyur.
2.2.2. Bədii və elmi-kütləvi mətnləri fərqləndirir.
2.2.3. Mətnin geniş planını tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin