Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


STRATEGİYALI OXUNUN NÖVLƏRİ VƏ TƏDRİSİ TEXNOLOGİYASI



Yüklə 0,51 Mb.
səhifə14/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   10   11   12   13   14   15   16   17   ...   97
Oxu təliminin metodikası 18.03.23

STRATEGİYALI OXUNUN NÖVLƏRİ VƏ TƏDRİSİ TEXNOLOGİYASI

Strategiyalı oxu” nədir? Strategiyalı oxu ilə bağlı müxtəlif yanaşmalar var. Mütəxəssislərin fikrincə, strategiyalı oxu oxunun idarə edilməsi, mətni dərk edərək, düşünərək oxumaqdır. Onlardan bir qismi düşünür ki, strategiyalı oxu şagirdə daha məharətlə düşünməyi öyrədir, bir qismi isə strategiyalı oxunu təlimin əsas məqsədi hesab edir. Yəni, bu cür oxu anlamaya, tətbiqə və təhlilə aparan əsas yoldur. Bununla şagird sürətli düşünmək, sual vermək, əvvəlki biliklərin əsasında yeni biliklər qazanmaq, fikir mübadiləsi aparmaq, oxuduqlarından nəticə çıxarmaq və bütün bunlardan həyatda qarşılaşdığı problemlərin həllində istifadə etmək bacarıqlarına yiyələnir.


Strategiyalı oxuda şagird özü oxu fəaliyyətinin təşkilini və idarə edilməsini həyata keçirir. O, mətnin mənasını dərk etməyi problem kimi, mətnin oxusunu isə problemin həlli kimi görür və beləliklə, məqsədinə nail olmaq üçün öz fəaliyyətlərini düşünülmüş şəkildə təşkil və idarə edir...”[47].
Belə ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamaz­dan əvvəl aydın təsəvvür etməyi bacarır. Qeyd etmək lazımdır ki, uğurlu təlim düşünmənin üç mərhələsində baş verir: təlimdən əvvəl, təlim prosesi və təlimdən sonra. Strategiyalı oxu şagirdi düşünmənin hər üç mərhələsinə cəlb edir.
I mərhələ -düşünməyə yönəltmə və ya “planlaşdırma mərhələsi” beyini təlimə hazırlayır.
II mərhələ-dərketmə və ya “qarşılıqlı fəaliyyət mərhələsi” təlim zamanı düşünərək yadda saxlamağı təmin edir.
III mərhələ-düşünmə mərhələsi təlimdən sonra inreqrasiya edir, əlaqələndirir və fikirləri tətbiq edir.
Düşünməyə yönəltmə mərhələsi təlimin ən məsuliyyətli mərhələsidir. Öyrənən tapşırığı təhlil edib, təlimin daha səmərəli təşkili üçün planlaşma aparır. Bu mərhələdə olan hazırlıq keyfiyyətli olarsa, şagirdin uğurlu fəaliyyəti meydana çıxır.
Dərketmə mərhələsi təlim prosesində baş verir, oxunun təşkili zamanı reallaşır və şagirdlərin düşünməsini və təliminin nəticələrinin qiymətləndirməsini təmin edən metokoqnitiv (yüksək idraki) strategiyaların tətbiqini tələb edir.
Təlimdən sonrakı mərhələdə, yəni mətnin oxusundan sonra tətbiq edilən strategiyalar şagirdin düşünməsinin təşkilinə yönəldilir. Şagird bu mərhələdə öyrəndiklərini təhlil və müqayisə etməklə daha əhatəli düşünür, ümumiləşdirmələr aparır.
Strategiyalı oxucular təlimin bu üç mərhələsi ilə yalnız tanış olmur, həm də onları oxu zamanı tətbiq edirlər. Çünki oxu materialı oxudan əvvəl lazımi fəaliyyətlər yerinə yetiriləndə daha yaxşı dərk edilir. Təlim o zaman başlayır ki, şagird oxunun məqsədini müəyyənləşdirir, oxunacaq mətnlə bağlı proqnozlaşdırma aparır.
Oxunun fəal mərhələsi dərketmənin yüksəldilməsinə xidmət edir. Əgər hər hansı parça anlaşıqlı deyilsə, şagirdlər oxunu saxlayır, həmin parçanı yenidən, aramla və ya ucadan oxuyur, kənarda sadə qələmlə qeydlər edirlər. Şagirdləri oxuduqları materiallarla bağlı suallar verməyə istiqamətləndirmək təlim prosesinin nizamlanmasında şagirdlərə kömək edir. Oxu zamanı şagirdlərin indicə öyrəndiklərini və ya artıq bildiklərini proqnozlaşdırdıqları məslələrlə müqayisə etmək imkanları yaranır.
Con Dyui demişdir: “Biz gördüyümüz işlər haqqında düşünən zaman öyrənirik”. Strategiyalı oxucular oxuduqları materiallar üzərində düşünür, məqsədə çatıb-çatmadıqları haqqında qərarlar qəbul edir, tapşırığı yerinə yetirir, əldə edilmiş yeni bilikləri mövcud biliklərlə əlaqələndirirlər[47, s.34].
Qeyd etmək lazımdır ki, strategiyalı oxu haqqında fikirlər müxtəlifdir. Bəzi metodistlər strategiyalı oxunu düşü­nərək oxu adlandırır, bəzilər strategiyalı oxunu şagirdə düşünməyi, dərk etməyi öyrədən oxu adlandırırlar. Strategiyalı oxunu təlimə, tətbiqə və təhlilə aparan əsas yol kimi, təhsilin məqsədi kimi dəyərləndirənlər də vardır. Beləliklə, strategiyalı oxu üç mərhələdə təsnif edilmişdir:

  • Strategiyalı oxu şagirdlərin öz oxu fəaliyyətlərini təşkil və idarə etməsidir. Yəni şagirdlər oxu üçün təqdim edilən mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problem həll etmə forması kimi dəyərləndirərək məqsədə nail olmaq üçün fəaliyyətlərini düşünülmüş şəkildə təşkil edir, yəni strategiyasını qururlar. Oxuya strategiyalı yanaşma ona xidmət edir ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamazdan əvvəl aydın təsəvvür edir. O, problemi dəqiq müəyyənləşdirir:

-Hansı suallar cavablandırılmalıdır?
-Hansı plana əsasən oxu təşkil edilməlidir?
-Bu haqda artıq nələri bilir?
-Uğura nail olmaq üçün nələr etmək lazımdır?

  • Strategiyalı oxu şagirdlərə müstəqil olaraq öz oxu nəticəsini yoxlamaq imkanı verir. Şagirdlər oxu zamanı gəldikləri qənaətlər üzərində düşünürlər. Bu zaman onların mühüm idraki bacarıqları inkişaf etdirilir: əsas məsələnin aşkar edilməsi, onların oxudan əvvəl mövcud biliklərlə əlaqələndirilməsi, digər mətn materialları ilə müqayisə edilməsi, mətnin ssenarisinə uyğun xəyalların qurulması... Bu təfəkkürün inkişafının yüksək mərhələsi olaraq təxəyyülə doğru yönələn inkişaf kimi dəyərləndirilə bilər. Bu zaman şagirlər yalnız mətndəki mənanı dərk etmir, həm də mənanın dərk edilməsi prosesini şüurlu təşkil edirlər.

  • Strategiyalı oxu-mətnlər (oxu materialları) əsasında oxunun təşkili, idarə edilməsi və nəticənin qiymətləndirilməsi mərhələlərindən sonra məzmundan əldə edilən qə­naət­lərin müxtəlif həyati problem və tapşırıqların həllin­də istifadə edilməsinə və şagirdin dünyagörüşünün zənginləş­dirilməsinə xidmət edən vasitə kimi dəyərləndirilə bilər.

Yuxarıda göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, strategiyalı oxu “oxu qaydaları”nın praktik tətbiqi ilə düşünmə mühitinin yaradılması kimi dəyərləndirilə bilər[47].
İbtidai siniflərdə elə şagirdlər var ki, oxu zamanı ciddi çətinlik çəkirlər. Belə hallarla üzləşən müəllim həmin şagirdlərlə fərdi məşğul olmaqla bərabər, fəal təlim texnologiyalarına əsaslanan qrup işinin köməyindən faydalanır.
Müəllim şagirdlərin maraq sferasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim edir, onları qüdrətli söz dünyasından zövq almağa yönəldir.
Müəllim sinifdəki şagirdlərin idrak səviyyəsini bildiyi üçün işini düzgün qurmaqda çətinlikləri az olur. O, sinifdə strategiyalı oxu təşkil etdikdə əvvəllər əldə olunan nailiyyətləri nəzərə almaqla, necə fəaliyyət göstərəcəyini müəyyənləşdirir. Oxu üçün mətnlər seçilərkən müəllim çox diqqətli olmalıdır. Strategiyalı oxu üçün seçilən mətn çox asan olarsa, onda belə oxuya heç bir ehtiyac qalmaz. Oxu materialı çox mürəkkəb olduqda isə şagirdin oxuya olan marağı azalacaqdır.
Oxu materialının məzmunu şagirdi cəlb etməli, o, mətnin mənasını dərk etmək üçün ardıcıl fəaliyyət göstərməyə can atmalıdır.
Şagirdlərin idrak səviyyələri və oxu bacarıqları fərqli olduğu üçün oxu materiallarının seçimində bu nəzərə alınmalıdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da, məna baxımından mövzular əlaqəli olmalıdır.
I siniflərdə kiçik mətnlər üzrə oxu texnikasına, II-IV siniflərdə nisbətən iri həcmli mətnlərlə oxu vərdişlərinə yiyələnən şagirdlər strategiyalı oxu fəaliyyətinin təşkilində yaxşı nəticələr əldə edirlər.
Belə ki, kiçik mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Strategiyalı oxu dedikdə elə düşünmək olmaz ki, şagird sözləri ucadan və düzgün oxuyursa, deməli, o oxuyur. Lakin təkcə ucadan və düzgün oxu problemi həll etmir. Məsələ oxunun dərk edilməsi və uyğun strategiyanın nəzərdə tutulmasıdır. Ola bilər ki şagird düzgün və rəvan oxuyur, lakin oxunan mətnə dair əsas fikirləri şərh etməkdə çətinlik çəkir. Elə şagird də olur ki, oxusunda çətinlik var, ancaq mətndəki əsas fikri dərk edir və təhlillər apara bilir. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir.
Strategiyalı oxu həm də şagirdə öz oxu nəticələrini yoxlamaq və əldə etdiyi biliklər üzərində düşünmək imkanı verir. Beləliklə, şagirddə vacib idraki bacarıqlar ̶ əsas ideyanı müəyyən etmək, onları əvvəlki biliklərlə əlaqələndirmək, oxuduğu mətni başqa mətnlərlə müqayisə etmək, mətndə təsvir olunan­ları təsəvvüründə canlandırmaq kimi bacarıqlar formalaşır. Bunları isə təfəkkürün yüksək mərhələsinə ̶ təxəyyülə doğru atılan ilk addımlar kimi qiymətləndirmək olar. Bununla şagirdlər həm mətni qavrayır, həm də qavrama prosesinin mərhələlərini strukturlaşdırırlar” [47, 61].
Axtarıb tapmaq, öyrənmək üçün şagirdərin mövzu ilə bağlı sevinc, şadlıq, fərəh, qəm, qüssə, kədər, qəzəb, nifrət, qorxu, həyəcan və s. kimi emosional keyfiyyətlərdən lazımı məqamlarda düzgün istifadə etməsi üçün müəllim strategiyalı oxu prosesində səmərəli texnologiyalardan istifadə etməlidir.
Strategiyalı oxu zamanı əsas məsələnin aşkar edilməsi, onların oxudan əvvəlki mövcud biliklərlə əlaqələndirilməsi, digər mətnlə müqayisə edilməsi, mətnin yaradıcı fikirlərlə yenidən qurul­ması və s. şagirdlərin idraki bacarıqlarını inkişaf etdirir. Belə ki, şagirdlər yalnız mətndəki mənanı dərk etmir, həm də mənanın dərk edilməsi prosesini şüurlu təşkil edirlər. Bu, təfəkkürün inkişafına təkan verir, təxəyyüldə doğan ilkin “yaradıcı” fikirlər üzə çıxır. Məsələn:
- yaxşı oxumaq vərdişi aşılanır;
- təbiət və cəmiyyət hadisələri, eləcə də insanların əməyi haqqında anlayışlar verilir;
- şagirdlərin şüuru aydın və bədii obrazlarla zənginləşdirilir;
- onlarda yüksək əxlaqi keyfiyyətlər tərbiyə edilir;
- Azərbaycan dilinə, kitaba məhəbbət və müstəqil kitab oxu­mağa həvəs oyadılır;
- şagirdlərdə vətənpərvərlik, milli iftixar anlayışı yaradılır;
- uşaqların estetik zövqü inkişaf etdirilir;
- uşaq ədəbiyyatının ən gözəl nümunələri ilə tanış edilir;
- şagirdlərdə ədəbiyyata dair ilkin təsəvvürlər yaradılır;
- müxtəlif janrda yazılmış əsərlərlə tanışlıq təmin edilir;
- klassik və müasir dövr yazıçı və şairləri ilə tanışlıq davam etdirilir­;
-şagirdlər Azərbaycan dilinin zənginlikləri ilə tanış olur, onun tükənməz imkanlara malik olduğunu hiss edirlər;
-şagirdlərin lüğət ehtiyatı zənginləşir, nitq bacarıqları, nitq mədəniyyəti inkişaf etdirilir.
Ümumiyyətlə, tədqiqatçılar strategiyalı oxunun 8(səkkiz) prinsipini müəyyənləşdirmişlər. Strategiyalı oxu öyrənən şagird:

  • idraki və yüksək idraki bacarıqları əlaqələndirir;

  • məqsədləri müəyyənləşdirir və inkişafı haqqında düşünür;

  • yeni məlumatları mövcud biliklərlə əlaqələndirir;

  • mətnin mənasının dərk edilməsində fəal iştirak edir;

  • təşkilati simvollardan istifadə edir;

  • fərdi oxu üslubunu faydalı hesab edir;

  • təlim zamanı özgələrlə əməkdaşlıq edir.

Oxu prosesində şagirdlərin diqqəti düşünmənin üç mərhələsinə cəlb edilir: 1)düşünməyə yönəltmə; 2) dərk etmə; 3) düşünmə.
Oxu-mətni oxumaqla düşünmək deməkdir. Şagird oxumaqla mətndəki mənanı dərk edir. Sonra isə şagird oxuduğu materialdan anladığı mənanı, yazıçının yazdığı və ya nəzərdə tutduğu məna ilə müqayisə edir. Müqayisə Venn diaqramı ilə aparılır. Bu zaman mənanın dərk edilməsi üçün ilkin biliklər cəlb edilir və müvafiq strategiyalardan istifadə edilir. Strate­giyalı oxu idraki (koqnitiv) və yüksək idraki (metakoqnitiv) bacarıqları əlaqələndirir [47].

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin