Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 0,51 Mb.
səhifə70/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   66   67   68   69   70   71   72   73   ...   97
Oxu təliminin metodikası 18.03.23

MƏLUMATLANDIRICI MƏTNLƏRİN OXUSU

Məlumatlandırıcı mətnin “süjeti” spesifikdir: burada müəl­lif oxucunu həqiqət axtarışı prosesinə cəlb edir. Oxucu müəllifin ardınca bütün yolu qət edib gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin kompozisiyası elmi tədqiqat mərhələlərinin ardı­cıllığını əks etdirir:



  • giriş hissəsi-(poblemin (tədqiqat sualının) dərk edilməsi və məq­sədin müəyyənləşdirilməsi);

  • əsas hissə-(problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi və fərziyyələrin irəli sürül­məsi);

  • nəticə-(cavabın alınması və onun yoxlanması).

Məlumatlandırıcı mətn oxuyarkən aşağıdakı ardıcıllığa əməl edilir:

  • Başlıq və birinci abzası oxuyun və qərar verin. Bu mətni oxumaq üçün sizin kifayət qədər məlumatınız varmı? Əgər sizə əlavə hazırlıq lazımdırsa, başqa mənbəyə müraciət edin.

  • Əsas ideyaları nəzərdən keçirin, başlıq və yarımsərlövhələri təhlil edin. Mühüm fərziyyələri qeyd edin, şəkil, sxem və diaqramları öyrənin.

  • Terminləri müəyyənləşdirin. Əgər oxu zamanı naməlum sözlərə rast gəlirsinizsə, lüğətə baxın.

  • Dərketmənizi yoxlayın. Ara-sıra dayanıb özünüzdən so­ru­şun: “Mən nə anladım?” Bunu artıq bildiklərinizlə əlaqələndirin.

  • Əgər ideyanı anlamamışsınızsa, mətni yenidən oxuyun. Mürəkkəb fikirləri öz sözlərinizlə söyləyin.

  • Axıradək oxuyun. Oxuduqca ideyalar aydınlaşa bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız ideyaları bir də oxuyun

  • Oxu zamanı qeydlər aparın. Vacib fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın. Bütün bunlar fikrinizi material ətrafında cəmləməyə kömək edəcək.

Oxu zamanı məlumatverici mətnlərin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Məlumatverici mətnlərin dərk olunması üçün müxtəlif təlim üsullarından, o cümlədən fəal təlim üsullarından istifadə səmərəlidir.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin