Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi


Standart: 1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir. 2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir. Mövzu



Yüklə 0,51 Mb.
səhifə72/97
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173589
1   ...   68   69   70   71   72   73   74   75   ...   97
Oxu təliminin metodikası 18.03.23

Standart:
1.2.2. Dialoji mətnlər qurur və təqdimatlar edir.
2.1.3. Mətndəki obrazlı ifadələri fərqləndirir.
Mövzu: Əksmənalı sözlər (antonimlər)
Təlim nəticəsi:

  1. Əksmənalı sözlərə dair təqdimatlar edir.

  2. Mətndəki obrazlı ifadələrlə əksmənalı sözləri fərqləndirir.

İnteqrasiya: Azərbaycan dili və ədəbiyyat
İş forması: böyük və kiçik qruplarla iş
İş üsulu: beyin həmləsi, müzakirə, debat
Resurslar: şəkillər, iş vərəqləri, flamasterlər, rəngli karandaşlar, pozan, marker və s.
Dərsin gedişi
Motivasiya. Problemin qoyuluşu. Müəllim lövhədən şəkillər asır. Hündür və alçaq ağac şəkli. Baba və nəvə şəkli. Sonra suallarla şagirdlərə müraciət edir:
-Birinci şəkildə nə təsvir olunub? (ağaclar).
-Bunlar bir-birindən necə fərqlənir? (hündür və alçaq olduğuna görə).
-Bəs, ikinci şəkildə nə görürsünüz? (baba və nəvə).
-Onları necə fərqləndirə bilərsiniz? (qoca və cavan kimi).
- Fərqliliyi yaradan sözlərə necə ad verə bilərik? (əksmənalı sözlər).
-Belə sözlərə elmi dildə antonim sözlər deyilir.
Tədqiqat sualı: Əksmənalı sözlər (antonimlər) haqqında daha nə öyrənə bilərik?
Tədqiqatın aparılması: Kiçik qrup yaratmaq üçün fəsil adları ilə bölgü aparılır(yaz, yay, payız, qış). Hər bir qrupa iş vərəqi təqdim edilir.
İş vərəqi 1
1.Verilmiş sözlərin antonimlərini müəyyənləşdirin:
Gülmək, alçaq, söndü, yaxşı, ağlaya-ağlaya, ağ, acı, arıq, boş.
2.Atalar sözlərində verilmiş antonimləri müəyyənləşdirin.
Toxun acdan xəbəri olmaz.
Qurunun oduna yaş da yanar.
Yol böyüyündür, su kiçiyin.
Qələm əyri yonulsa da, düz yazar.
İş vərəqi 2
1. Aşağıda verilmiş sözlərin sinonim və ya antonim olduğunu müəyyənləşdirin.
Danışmaq-susmaq, qaçmaq-yüyürmək, ürək-qəlb, gülmək-ağlamaq, sevinc-kədər, ucuz-baha, qarşı-ön, irəli-geri, təzə-yeni, gözlük-eynək.
2.Atalar sözlərində nöqtələrin yerinə uyğun gələn əksmənalı (antonim) sözləri yazın:
Yaman gündə düşmən gələr .... olar.
... demək, cavandan əmək.
Qorxaq gündə yüz yol ölər, ... ömründə bir yol.
Qara da özünü ... sayan zaman
Vicdan ləkələnir, inam ağlayır.
İş vərəqi 3
1.Verilmiş antonimləri qarşı-qarşıya yazın.
Böyük, iri, şirin, buraxmaq, zəif, açmaq, acı, kiçik, yanmaq, xırda, tutmaq, bağlamaq, güclü, sönmək.
2.Aşağıdakı atalar sözləri və zərb-məsəllərdə buraxılmış antonim sözləri tapın.

  1. Dost ... baxar, düşmən ayağa.

  2. ... yerin buğdasından, yaxın yerin arpası yaxşıdır.

  3. Vaxt atlı, biz ... .

  4. Qocanın biliyi, ... biləyi.

  5. ... artar, haram batar.

İş vərəqi 4
1.Mətndəki antonimləri tapın.
Külək təbiətdə kiçik yox, böyük işlər görür. Bu işlər dağıdıcı və yaradıcı ola bilər. Əgər külək əsməsəydi, hava hərəkətsiz olardı. Onda isti ölkələrin havası daha isti, soyuq ölkələrinki isə daha soyuq olardı.
2.Özündə əksmənalı sözləri (antonimləri) əks etdirən iki şəkil çəkin.
İş vərəqi 5
1.Verilmiş sözləri müqayisə edərək antonim cütlükləri müəyyən edin.
Sülh, isti, düz, yumşaq, dost, durmaq, müharibə, düşmən, əyri, oturmaq, soyuq, bərk
2.Aşağıdakı zərb-məsəllərdəki əksmənalı sözləri (antonimləri) müəyyənləşdirin.
Ağzı var, dili yox.
Cahil ilə bal yemə, alim ilə daş daşı.
Yaman günə səbr edən yaxşı günə tez çatar.
Acı yesən də, şirin danış.
Yüz eşitməkdənsə, bir görmək.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin