Giriş Neft kimya sənayesi.................................................................................səh. 3
2. Plan Plan 1. Neft kimya sənayesinin yaranma tarixi.......…............................səh. 4
Plan 2. Rektifikasiya kalonları................................................................səh. 6
Plan 3.Doldurma tipli kalonlar…………………………….....................səh. 8
3. İstifadə olunan ədəbiyyatların siyahısı:.............................................səh. 10
GİRİŞ Azərbaycanın gələcək iqtisadi və sosial inkişafının əsas istiqamətlərində motor yanacaqları, habelə kimya, neft kimyası və mikrobiologiya sənayesi üçün xammal istehsalının genişləndirilməsi,onların keyfiyyətinin yaxşılaşdırılması neft emalı sənayesinin qarşısında duran əsas məsələlərdəndir.Kimya neft emalı, neft kimya sənayesində müxtəlif kimyəvi texnoloji proseslər nəticəsində xeyli sayda məhsullar alınır. Emal edilən maddənin kimyəvi çevrilməsi, yaxud da fiziki kimyəvi xassələrinin dəyişməsi ilə gedən istehal proseslərinə kimyəvi- texnoloji proseslər deyilir. Mürəkkəb kimyəvi texnoloji proses ayrı-ayrı fərdi proseslərdən fiziki, kimyəvi, fiziki- kimyəvi proseslərdən ibarətdir. Emal edilən madənin kimyəvi tərkibi dəyişmədən formasının, ölçüsünün, rənginin yaxud digər fiziki xassələrinin dəyiməsilə gedən proseslərə fiziki proseslər deyilir. Maddənin kimyəvi tərkibinin və daxili quruluşunun reaksiya nəticəsində dəyişməsilə gedən proseslər kimyəvi proseslər adlanır. Fiziki proseslərlə yanaşı sistemi təşkil edən fazalar arasında maddələr mübadiləsilə gedən proseslər fiziki- kimyəvi proseslərə aid edilir. Kimyəvi texnoloji proseslərin aparılmasında müxtəlif konstruksiyalı aparatlardan və maşınlardan istifadə olunur.Proseslər və aparatlar elmi kimya texnologiyasının nəzəri əsaslarını öyrənən elmdir və aşağıdakı vəzifələri vardır:
kimyəvi texnoloji proseslərdə baş verən qanun və qanunauyğunluqları öyrənir;
kimyəvi texnoloji proseslərin hesablanması üçün hesablama üsülları işləyib hazırlayır;
texnoloji prosesləri aparmaq üçün tələb olunan maşın və aparatların quruluşunu və işləmə prinsipini öyrənir;
maşın və aparatların hesablanması üçün hesablama üsulları işləyib hazırlayır.