Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 40,36 Kb.
səhifə3/4
tarix14.12.2023
ölçüsü40,36 Kb.
#179110
1   2   3   4
Neft kimya sənayesinin proses və aparatları

Plan 2. Rektifikasiya kalonları.
Xammal texnoloji proseslərdən alınan aralıq əsas məhsullar əksər hallarda maye və qaz qarışıqlarından ibarət olurlar. Bu qarışıqları texniki təmiz halda komponentlərinə ayırmaq tələb olunur.Yuxarıda tədqiq edilən buxarlanma və kondensləşmə proseslərdən heç biri alçaq qaynayan və ya yüksək qaynayan komponentləri praktik cəhətdən istənilən miqdarda və kifayət qədər xalis halda almağa imkan verir.Bu məsələ yalnız rektifikasiya kalonları deyilən aparatlarda aparılan rektifikasiya prosesi vasitəsi ilə həll oluna bilər və bəzən çoxdəfəli buxarlandırma və kondensləşmə yolu ilə qatılığın ayrılması kimi izah edilir. Rektifikasiya prosesi eyni təzyiq şəraitində P=const şəraitində komponentlərin müxtəlif temperaturlarda qaynamalarına əsaslanır. Bu proses əks axınlı kalon tipli aparatlarda aparılır ki, bunlara rektifikasiya kalonları deyilir.
Fərz edək ki,şaquli silindrik aparat verilmişdir,onun daxilində müəyyən hündürlükdə n sayda kontakt tərtibatları quraşdırılmışdır. Kalonun aşağı hissəsindən yuxarıya doğru istiqamətdə buxar axını yuxarıdan aşağı istiqamətdə isə maye axını hərəkət edir. Kalon boyunca əks istiqamətlərdə hərəkət edən bu axınlar kontakt tərtibatlarının səthində görüşürlər, onların arasında aşağıdakı üç ardıcıl proses gedir.
1. Mexaniki proses. Bu proses maye və buxar fazalarının mexaniki qarışmasından ibarətdir. Belə ki, kontakt tərtibatı səthində olan maye səviyyəsindən buxar səviyyəsinə keçərkən intensiv qabarcıqlı qarışma prosesi yaranır, buna texnikada barbataj hadisəsi deyilir.
2. İstilik mübadiləsi prosesi. Buxar və maya fazanın qarışması nəticəsində bu axınlar arasında istilik mübadiləsi baş verir. Ona görə ki, buxar axını nisbətən yüksək temperatura, maye axını isə nisbətən aşağı temperatura malik olurlar (tb>tm), nəticədə buxar ilə maye arasında temperaturlar fərqi yaranır. t=tb-tm, oC. Bu temperaturlar fərqi hesabına onlar arasında istilik mübadiləsi gedir, başqa sözlə isti buxar istiliyinin bir hissəsini aşağı temperaturlu mayeyə verir.
3. Maddələr mübadiləsi prosesi. Görüşən buxar və maye axınları arasında aşağıdakı prinsip üzrə maddə mübadiləsi gedir. Bu görüşən axınlar arasında gedən istilik mübadiləsi maddələr mübadiləsi ilə nəticələnir. Belə ki, buxar axını üz istiliyinin bir hissəsini mayeyə verərək, müəyyən qədər soyuyur, qismən kondensləşir və alınan kondensat maye axınına qarışır. Kondensləşən hissə tərkibcə əsasən yüksək qaynayan komponentdən (AQK) ibarət olur. İstiliyi alan maye isə müəyyən qədər qızır, qaynayır və bir hissəsi buxara çevrilir, buxar axınına qarışır. Buxarlanan hissə tərkibcə alçaq qaynayan komponentdən ibarət olur. Beləliklə hər bir kontakt tərtibatı səthində görüşən buxar və maye axınları arasında nəzərdən keçirilən üç proses ardıcıl gedir, onların sonuncu nəticəsi axınlar arasında komponent mübadiləsi ilə nəticələnir. Sadə və mürəkkəb qarışıqları bir birindən dövrü və fasiləsiz işləyən 
rektifikasiya kalonlarında ayrılır. Daha təmiz və çoxlu fraksiyalara ayırmaq 
istədikdə dövrü işləyən kalonlardan istifadə olunur. Rektifikasiya olunan maye hər 
hansı bir kubda lazımi temperaturadək qızdırılır, kalona vurulur və burada 
rektifikasiya prosesi nəticəsində lazımi fraksiyalara ayrılır. Kubun aşağısında qalan qalıq soyudularaq kubdan xaric olunur, sonra kub yeni maye ilə doldurulur və 
proses yenidən təkrarlanır. Dövrü proseslərdə çoxlu istilik sərf edilir, məhsuldarlıq az olur,qurğunun aparat və avadanlıqlardan tam istifadə edilmir.Fasiləsiz işləyən kalonlarda isə bu çatışmamazlıqlar aradan qaldırılır. 


Yüklə 40,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin