Giriş 1. Fəlsəfədə materia anlayışı........................................................................səh.1
Plan
Plan 1: Fəlsəfədə materiya problemi...................................................səh. 2
Plan 2: Materiyanın elmi-fəlsəfi anlayışı.............................................səh. 3
3.İstifadə olunan ədəbiyyatların siyahısı:.............................................səh. 6
GİRİŞ Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır. Varlıq kateqorisıda məhz bu cür universal əlaqənin predmetlərin, hadisələrin, ideyaların və s.mövcudluğunu ifadə edir. Sözün ən geniş mənasında son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır.Varlıq-dünyanın real mövcudluğunun məcmusu, təbiət və cəmiy-yətin, maddi və mənəvi aləminin vəhdətinin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır. Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
A) təbii və ya maddi varlıq. Buraya insanı əhatə edən maddi gerçəkilik daxildir ki, onun da iki aspektini qeyd etmək olar: təbii mühit və insan əməyi ilə yaradılmış süni mühit və ya “ikinci təbiət”
B) mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq: mədəniyyət, elm incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məcmusu daxildir.
C)əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin, sosial -siyasi, strukturun durduğu sosial-siyasi varlıq.
D)insanın obyektiv real mövcudluğu və ya varlığı. Bunu da iki qismə ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.
Platon isə varlıq anlayışının hiss olunan tərəfini ataraq, onu “xalis ideya”-həqiqi dünya mövcudluğu kimi səciyələndirirdi.Aristotel isə varlğa “forma və materiyanın vəhdəti” kimi baxaraq onun müxtəlif səviyyəsindən (hissi, “ideal” “insani”və s.)bəhs etmişdi.Orta əsr və sonrakı dövrlər şərq və Azərbaycan fəlsəfəsində varlığı “zəruri varlığa”bütün gerçəkliyin və mümkün varlığın səbəbi və ilkin substansional əsası kimi baxmışlar.
Materiya haqqındakı təsəvvürlər öz kökləri etibarı ilə mədəniyyətin ağlagəlməz qədimliyinə aparıb çıxarır. Materiya haqqındakı fəlsəfi təlim öz mənşəyinə görə qədim insanların zamanca başlanğıcı olmayan,yəni heç kim tərəfindən yaradılmamış və bütün dəyişmə və çevrilmələrində həmişə özünə bərabər qalan,heç vaxt tox olmayan əbədi varlığın mövcudluğuna inamı ilə bilavasitə bağlıdır.Materiya haqqındakı təsəvvürlərin inkişafında yeni dövrün xarakterik xüsusiyyəti diqqəti mütləq varlığı bütün mövcudatın əsasını təşkil edən ilk başlanğıc şəklində axtarmaq üzərində deyil, bu varlığın ayrılmaz xassələrinin-atributlarının axtarılıb tapılması üzərində cəmləşməsidir. Dekarta görə materiyanın bu əsas xassəsi uzunluqdur.Son dərəcə universal həcmə malik olan materiya kateqoriyasının mahiyyətini yalnız ona əks olan kateqoriya ilə subyektlə münasibətini aşkar çıxarmaqla aydınlaşdırmaq olardı.Bu münasibətin isə iki başlıca momenti vardır:
1) Materiya subyektdən kənarda,ondan asılı olmayaraq mövcuddur.
2) Materiya subyektə təsir edərək onda duyğu oyadır.
Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Bəzən maddilikdə “obyektiv reallıq”kateqoriyalarını eyni mənada işlədirlər.Lakin predmet və hadisələr arasında elə münasibətlər vardır ki,onların mövcudluğu subyektdən asılı deyildir (məsələn,məkan və zaman münasibətləri,materiyanın “yeganə xassəsini obyektiv reallıq”hesab etmək belə münasibətlərə materiya statusu vermək deməkdir.