Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Plan 1: Fəlsəfədə materiya problemi



Yüklə 20,5 Kb.
səhifə2/2
tarix31.10.2022
ölçüsü20,5 Kb.
#66896
1   2
Fəlsəfə

Plan 1: Fəlsəfədə materiya problemi
Materiya anlayışını fəlsəfəyə Platon gətirmişdir. Onun fikrincə, materiya istənilən həndəsi fiqur forması alan formasız, qeyri-müəyyən makandan ibarətdir. Materiya insana öz duyğuları ilə bəlli olan, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla əks olunan. surəti alınan, şəkli alınan, inikas edılən obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın mövcudluq formalarından əsasən hərəkət, məkan və zamanı göstərmək olar. Hərəkət materiyanın atributu, onun mövcudluq üsulu olmaqla ümumiyyətlə dəyişiklik deməkdir.
F.Engels «Təbiətin dialektikası» əsərində hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir: (mexaniki, fiziki, kimyəvi, biıloji, sosial)
mexaniki hərəkətə - məkanca yerdəyişməni, kütlələrin hərəkətini;
fiziki hərəkətə - elektromaqnetizm, istilik, səs və s.
kimyəvi hərəkətə - maddələrin atom və molekullarının şevrilməsini;
bioloji hərəkətə - canlızülalı, maddələr mübadiləsini;
sosial hərəkətə - cəmiyyətdə baş verən dəyişiklikləri.
Məkan materiyanın strükturunu, uzunluğunu, yanaşı mövcud olmasını, müəyyən sıraya düzülməsini və o materiyanın varlıq formasıdır. Zaman isə maddı obyektlərin mövcud olmasının, sürəkliliyini, halların və vəziyyətlərin dəyişilmək ardıcıllığını ifadə edərək materiyanın atributu, varlığının forması kimi çıxış edir.
Plan 2: Materiyanın elmi-fəlsəfi anlayışı
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın konkret növlərini, onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi təlimdə "materiya" anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman kateqoriyalarına müraciət etmədən keçinə bilməz.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və təbiətşünaslığa aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin eksperimental tədqiqi əsasında, təbiət haqqında məsələləri zəruri təcrübi faktlara əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll etməyə çalışan və özünü "elmlər elmi" kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll olunurdu. Həmin mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim Dövr materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə qavranılan konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər. Məsələn, Qədim Şərq (Misir, Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s. kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və məhv olaraq çevrildiyi ilk əsas kimi götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim Yunan fəlsəfəsində Milet məktəbinin (e.ə.VI-V əsrlər) nümayəndələrindən Fales suda, Anaksimen havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ gəldiyi və məhv olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar. Həmin məktəbin digər nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk əsası-materiyam onun konkret hissi formalarından hər hansı birinə müncər etməyərək hər şeyin əsasında sonsuz, qeyri-müəyyən və daim dəyişilən maddi başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o, materiyanın fəlsəfi anlayışının işlənməsi yolunda ilk addım atmışdı. Qədim dövrün görkəmli 8 dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün şeylər oddan əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil, başqa cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir elmin də qəbul etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların əsasında duran, bütün şeylərin təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə etməkdən ötrü fəlsəfədə substansiya (lat. substantio-əsasda duran deməkdir) kateqoriyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə, o cümlədən materiyanın ayrı-ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu halda, substansiya olmaq etibarilə materiyanın mövcudluğunun səbəbi onun özündədir: materiya özü-özünün səbəbidir.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti olan bu vacib məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin baniləri fəlsəfi kateqoriya olmaq etibarilə materiya anlayışının məzmununu açaraq göstərdilər ki, materiya şüurdan asılı olmadan mövcud olan və duyğu orqanlarımıza təsir edərək şüurumuzda əks olunan obyektiv reallığı ifadə edir. Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz duyğu ilə qavranılan müxtəlif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvürlərlə eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX əsrin sonu XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş verən və materiya haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiətşünaslıqda əsl inqilab yaradan kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mühüm əhəmiyyət kəsb etmişdi.
Materiyanın fiziki quruluşu haqqında məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll etməlidir. Məhz bu sadə və mühüm həqiqəti anlamadıqlarından "fiziki" idealistlər materiyanın mürəkkəb quruluşa malik olduğunun aşkar edilməsini "materiyanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın quruluşu haqqında elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi qətiyyən "materiyanın yox olmasına" dəlalət etmir.
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klassik mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların aradan qalxmasına "əsaslanırdılar".

ƏDƏBİYYAT
1. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999
2. Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997
3. Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
4. Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
5. İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
Yüklə 20,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin