Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏT



Yüklə 179,34 Kb.
səhifə21/56
tarix22.03.2023
ölçüsü179,34 Kb.
#89052
1   ...   17   18   19   20   21   22   23   24   ...   56
ELMİ-TƏDQİQAT İŞİNİN METODİKASI

Mətnin ümumiləşdirilməsi. Mətnin səciyyəvi göstə­ricisi ondan ibarətdir ki, ümumi iş əsas informasiyaların cəmlənməsinə gətirilir. Mətnin ümumiləşdirilmiş şəkildə, yığcam yazılması, oxunan mətnin aktiv mənimsənmə meto­du olması ilə bərabər, onun üzərində çox intensiv işləməni tələb edir. Bundan əlavə, həm də yığcam elmi bilik yaddaşı rolunu oynayır.
Ümumiləşdirmənin üç əsas metodu yararlılığına görə belə sıralanır: 1 – mətnin dənlənməsi, 2 – kənar qeydlərin formulə edilməsi, 3 – vurğulamaq. Metodların seçilməsi za­manı nəyə nəzər salmaq lazımdır?
Verilmiş mətndə vacib olanı digərindən fərqlən­dir­mək üsulu əsas olan hissənin müəllifin yaddaşında vurğu­lanmasıdır. Buna çox az vaxt sərf olunur və onu oxuma zamanı rəngli qələmlə ayırd etmək olur. Burada da müəy­yən təcrübə tələb olunur. Professionallar oxuduqca mətn­dəki vacib hissələri kateqoriyalara bölərək müxtəlif rənglər­dən (qırmızı – vacib, mavi – terminlər, yaşıl – misallar və s.) istifadə etdikləri halda, yenicə təhsilə başlayanlar rəngli nişanlamadan həddən ziyadə istifadə edirlər və nəticədə yalnız nişanlanmamış mətn gözə çarpır.
Elmi ədəbiyyatın oxunmasındakı sonrakı mərhələ kənar qeydlərin formulə edilməsidir. Burada da sistematik yanaşma məsləhət görülür.
Kənar qeydlərlə işləyəndə mətni məzmununa və ya məntiqinə görə bölmək mümkündür. Birinci halda abzas­la­rın kənarında onun mətninə uyğun gələn termin (və ya terminlər) qeyd edilir. İkinci halda isə kənar qeydlər abzas­dakı mətnin məntiqi strukturunu ifadə edir.
Tədqiqatçı mətnin dənlənməsində əldə olunan biliyin ümumiləşdirilməsi zamanı seçilmiş məzmunu olduğu kimi, sözbəsöz yazmaqdan yan keçməli, seçdiklərini öz sözləri ilə qeyd etməlidir. Burada anlayış və xüsusi fikirlər olduğu kimi götürülüb sitat şəklində verilir.


ƏLYAZMANIN HAZIRLANMASI


Ümumi tələblər. Elmi işlərin yazılmasına müəyyən formal tələblər qoyulur. Lakin təkcə bu tələblərə riayət etməklə “elmi iş”i ərsəyə gətirmək mümkün deyil. Kreativ yazma işin ikinci tərəfidir. Yalnız hər iki tələb birgə yerinə yetirildikdə keyfiyyətli iş üzə çıxartmaq mümkündür.
Əlyazma tədqiqatçının elmi iş prosesində hazırladığı qeydlər, ideya eskizləri və konspektləri bazasında müəyyən məntiqə əsasən tərtib etdiyi mətndir. Əlyazma yalnız qoyulmuş tələblərə uyğun korrektə edilib və tamamlan­dıq­dan sonra elmi iş formasını alır. Əlyazmanın tərtibinin ilk mərhələsində müəllif heç də dəqiq yazmağa çalışmır. Bu mərhələdə onun əsas məqsədi ideyaları və fikirləri vaxt itirmədən kompüterin yaddaşına köçürməkdir. Mətnin elə başdan “ağlama” şəklində tərtib edilməsindən fərqli olaraq, bu yol tədqiqatçıya daha çox motivasiya verir. Mətni oturub birnəfəsə yazmaq cəhdi də düzgün deyil. Çox vaxt yazma prosesi heç də arzulanan kimi getmir, bu zaman “Yazma blokadası” deyilən psixoloji hal yaranır. Belə olanda hə­vəsdən düşməyə əsas yoxdur. Bunlar normal hal sayılır və müəyyən metodlarla aradan qaldırıla bilir.
“Dəftər və qələm”dən istifadə edərək yazmanın ilkin “qaralama” formasına salınması mümkün olsa da, onun “ağlama” şəklində tərtibi üçün vacib olan kompüter proq­ramlarının tətbiqi müəyyən tələblər irəli sürür. Rəqəmsal şəkildə tərtib olunan əlyazmaların əvvəlcədən format­laş­dırılmış fayllarda yaddaşa verilməsi məsləhət görülür.
Əlyazma həcmindən və məqsədindən asılı olmayaraq, müəyyən səbəblərdən kağızda yazılarsa A4 formatındakı vərəqlərdən istifadə edilməsi məsləhət görülür. Vərəqin sağ tərəfində qeydlər üçün enli zolaq nəzərdə tutulur. Mətn vərəqin yalnız bir üzündə yazılır. Bu yolla onun arxasındakı qeydlərin nəzərdən qaçma ehtimalı azalır. Yazma zamanı vərəqlərin hamısının A4 formatı ölçüsündə olması vacibdir, çünki kiçik ölçülü vərəqlərin böyüklər arasında itmə, yəni onun nəzərdən qaçma ehtimalı vardır.
Kompüterdə yazma zamanı isə öncədən hazırlanmış mətn formatlarından istifadə etmək məqsədəuyğundur. Bu, sonrakı mərhələdə formatlaşdırma və bununla bağlı yarana biləcək problemlərin (məsələn: mətnin qısaldılması, yeni­dən yazılması və s.) aradan qaldırılmasına imkan yaradır.
Elmi işdə bütün səhifələr ardıcıl olaraq nömrələnir və imkan daxilində oraya tarix də əlavə edilir. Tarixin səhi­fələrə əlavə edilməsi yazma prosesi zamanı görülmüş işləri xronoloji olaraq izləməyə imkan yaradır.

Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin