Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə86/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Epitetməcazın ən sadə və tez anlaşılan növüdür. O, sözə bədiilik, əlvanlıq, emosionallıq və cazibədarlıq verir. Epitet latın sözü olub mənası əlavə deməkdir. Məhz bu məna epitetin nitqdə funksiyasının təyin olunmasına imkan yaradır. Belə ki, epitet olmadan da söz vasitəsilə obyekt insan təxəyyülündə canlana bilir. Məsələ obyektin necə canlanmasındadır. Epitet obyekti insan təxəyyülündə ona xas olan əlamət və keyfiyyətlərlə birgə canlandırır, bununla da nitqə parlaqlıq və obrazlılıq gətirir. Epitet haqqında danışılan obyekti (əşya, hadisə və ya şəxs) söz vasitəsilə hərtərəfli təsvir edir. Sanki təbiətdəki rənglər, boyalar, formalar, ölçülər və s. nitqdə öz funksiyasını epitetlərə verir. Belə oxu isə öz təsirliliyi ilə fərqlənir.
Epitetə bədii təyin də deyilir. Çünki o, qeyd etdiyimiz kimi, müxtəlif obyektləri əlamət və keyfiyyətlərinə görə təyin edir. Bədii təyin vəzifəsində çıxış edən epitet həm həqiqi, həm də məcazi məna ifadə edə bilir. Məsələn, Al - əlvan çiçəklə dolu çəmənlik xalçaya bənzəyir, Soyuq küləklər əsir və s. nümunələr göstərmək olar. Bu nümunələrdə epitet sözün həqiqi mənasından törəmişdir. Bu cür epitetlər cümlədə obrazlılıq yarada bilmir. Həmçinin belə nümunələr müəllifin təsvir olunan obyektlə bağlı münasibət və ya hisslərini ifadə etmir. Məcazi mənadan doğan epitetlər isə əşyanın daha qabarıq və təsirli şəkildə təsvirinə imkan verir. Məsələn, Yaman günün ömrü az olar.; Şirin gecələrdə yuxuma girən...; Ürək açan mənzərələr... və s.
Bəzi ədəbiyyatlarda sözün həqiqi mənasından törəmiş təyinedici sözlər epitet hesab edilmir. A.Rəhimov bu haqda yazır: “Epitetlərin gücü və onların yaratdığı təsirin emosional çalarlığı özünü harada və necə işlənməsində tapır. Yerində işlənməyən, hədəfə düzgün və sərrast tuşlanmayan epitet çox zaman sönük təsir bağışlayır. Onlarda müəllifin əşyalara olan münasibəti göstərilsə də, o qədər də hiss, həyəcan ifadə edilmir”[8, s.49]. Nitqi obrazlı qurmaq üçün elə təyinedici sözlər seçilməlidir ki, onlar nitqə yeni rəng versin, ona ahəngdarlıq gətirsin. Məsələn, Buludlar al-qızıl Qana boyandı.....; Günəşli, işıqlı bir baharı sev!; Yaxasında qızıl şəfəqli düymə; El başçılarının əzəmətli səsi gurladı və s. Göstərilən nümunələrdə əzəmətli, qızıl şəfəqli, günəşli, işıqlı və al-qızıl sözləri epitet olub nitqə xüsusi çalarlıq gətirir.
Müşahidələr göstərir ki, uşaq məktəbə gələnədək onda əşyanın necəliyi haqqında müəyyən təsəvvürü olur. Savad təliminə hazırlıq dövründən başlayaraq isə bu istiqamətdə daha sistemli iş aparılır. Belə ki, şəkil üzərində işləyərkən təsvir olunmuş obyektin adını deməklə yanaşı, eyni zamanda onun necə olması- rəngi, forması, ölçüsü, dadı, keyfiyyəti və s. də qeyd olunur. II sinifdə şagirdlər əlamət bildirən sözləri öyrənir və III sinifdən etibarən sifət termin kimi daxil edilir və onun haqqında daha geniş informasiya verilir. Bu mövzuda müxtəlif xarakterli çalışmalar üzərində iş aparılır ki, bu da şagirdlərdə obyektləri hərtərəfli təsviretmə qabiliyyətini inkişaf etdirir. Araşdırmalar göstərir ki, epitetlər üzərində işin sifətin tədrisi ilə əlaqələndirilməsi həm şüurluluğun təmin olnması, həm də şagirdlərin epitetin cümlədə və nitqdə rolunu, əhəmiyyətini dərk etməsi baxımından olduqca faydalıdır. Bu məqsədlə müxtəlif iş formalarından istifadə olunmalıdır.
Epitetlərin oxunan mətnin və nitqin zənginləşdiril­məsindəki rolunun dərk edilməsində müqayisə priyomundan istifadə çox əhəmiyyətlidir. Bu priyomdan istifadə imkan verir ki, şagirdlər əyani olaraq məzmunun zənginləşməsini və ekspressivlik qazanmasını müşahidə etsinlər.
Epitet üzərində işə ilk olaraq onun izahından başlamaq lazımdır. Mətnin oxusu zamanı şagird dərk etməlidir ki, nə üçün şair və ya yazıçı obyekti məhz bu cür təsvir edib. Epitetlərin cümlədəki rolu və əhəmiyyətinin dərk edilməsi istiqamətində işlər aparıldıqdan sonra başlıca məsələ şagirdlərin nitqini bu ifadələrlə bəzədilməsinə nail olmaqdan ibarətdir. Buna isə mətndən epitetlərin seçilməsi, verilmiş əşyaya aid əlamətlərin müəyyənləşdirilməsi, verilmiş əlamətlər əsasında əşyanın tapılması, cümlələrin və ya mətnlərin epitetlər vasitəsilə genişləndirilməsi kimi iş formalarından istifadə yolu ilə nail olmaq olar.
III-IV siniflərdə şagirdlərin bədii ifadə vasitələri haqqındakı biliklərini möhkəmləndirmək məqsədilə mətnlərin oxusu və təhlili aparılmalıdır. Bu zaman onların həm yazılı, həm də şifahi nitqləri bədii təsvir vasitələrindən istifadə etməklə zənginəşir. Bura həmçinin mətndən təşbehlərin seçilməsi, mətnin və ya cümlənin təşbehlər yaratmaqla genişləndirilməsi, təşbehlərin komponentlərinin müəyyən edilməsi və s. aid etmək olar.
Oxu mətnindəki təşbehlərin seçərkən və ya müəy­yənləşdirərkən üç şeyin mövcud olması şərti şagirdlərə izah olunmalıdır: a) nə müqayisə edilir; b)nə ilə müqayisə edilir; c) nəyə əsasən müqayisə edilir. Bu üç şərti şüurlu şəkildə dərk edən şagird bənzətmə əsasında yaranan obrazlı ifadələri seçməkdə, hətta özü bu cür ifadələr yaratmaqda çətinlik çəkməyəcək. Şübhəsiz ki, bu istiqamətdə sistemli və müntəzəm işlər aparılarsa. Bənzətmələr üzərində iş bir tərəfdən şagirdin dünyagörüşünün inkişafına təkan verirsə, digər tərəfdən şagirdlər tərəfindən bənzətmələrin yaradılması yüksək hazırlıq tələb edir. Çalışmaq lazımdır ki, təşbehlərin üzərində iş apararkən burada müqayisə olunan obyektlər əyaniləşdirilsin ki, mənimsəmənin şüurluluğu təmin edilsin.
Beləliklə, şagirdlərin bu sahədəki biliklərini möhkəm­ləndirmək və təkmilləşdirmək məqsədilə aşağıdakı iş formalarından istifadə edirlər:

  • Bənzəyənə əsasən bənzədiləni təsəvvürdə canlandır­maq və onun nəyə necə oxşadılmasını aydınlaşdırmaq;

  • Bənzədilənə əsasən bənzəyəni təsəvvürdə canlan­dırmaq və onun nə dərəcədə oxşadıldığını müəyyənləşdirmək və söyləmək;

  • İki əşya, hadisə arasında müstəqil müqayisə aparmaq və onların ümumi əlamətlərindən ən qüvvətlilərini müəyyən etmək.


Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin