Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə85/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   81   82   83   84   85   86   87   88   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Məcazlar. Oxu mətni sözlərlə ifadə olunur. Söz vasitəsilə oxuya xas olan bütün əlamət və keyfiyyətləri ifadə etmək mümkündür. Mətni xarakterizə edən əlamətləri iki qrupa bölmək olar: gözlə görülməsi mümkün olan (konkret) və xəyali, yəni görülməsi mümkün olmayan əlamətlər (abstrakt). Məhz bu baxımdan da linqvistikada sözün iki mənası – həqiqi və məcazi göstərilir. Sözün həqiqi mənası konkret surətdə əşya, hadisə, proses və s. bildirirsə, məcazi məna əşyanın əlamətlərinin tutuşdurulmasına əsaslanır. Məcazi mənada işlənən söz və ifadə əşyanın əlamətlərini digərinə ötürür və ona tətbiq edir (bənzədir). Məcazlarda söz əsas mənasını itirir və ikinci – məcazi mənada işlənir. Nominativ məna məcazların yaranması üçün əsasdır. Qeyd edək ki, məcazlarsız bizim nitqimiz çox kasıb olardı. Məhz eyni sözün əsas mənadan əlavə başqa mənalarda işlənməsi bədii mətni və nitqimizi zənginləşdirir.
Bədii mətnlərdə sözün məcazi mənada işlədilməsi, bir əşyaya xas əlamətlərin başqa əşya üzərinə köçürülməsi, oxşar əlamətlərə görə müqayisələr dilə obrazlılıq gətirir və dinləyiciyə emosional-ekspressiv təsir göstərir. Lakin dilimizdə olan bütün məcazlar eyni təsir gücünə malik deyil. Belə ki, elə məcazlar var ki, məişət leksikasına daxil olduğundan emosional-ekspressiv təsir gücünü itirmişdir. Məsələn, günəş batdı, çayın qolu, suyun üzü və s. nümunələr göstərmək olar. Dilimizdə emosional-ekspressiv təsir gücünü itirməyən, bənzətmə, köçürmə, müqayisə və s. yollarla yaranan, təsvir olunan obyektin insan təxəyyülündə canlanmasına imkan verən məcazlar da var ki, bunlar bədii təsvir vasitələri adlanır.
A.Abdullayev obrazlı nitqə tərif verərək yazmışdır: “Obrazlı nitq elə nitqə deyilir ki, o, təkcə aydın olması ilə deyil, eyni zamanda, təxəyyülü canlandıra bilməsi, onda əyani təsəvvürlər yarada bilməsi ilə də fərqlənən bir nitq olsun” [1, s.138].
Deməli, bədii əsərin qeyd olunan keyfiyyətlərə görə fərqlənməsi orada məcazlardan-bədii təsvir vasitələrindən istifadə ilə mümkündür. Başqa sözlə, məcazlar oxuda obrazlılıq yaradan başlıca vasitələrdir. Əşya və hadisələrə xas əlamətəri qabarıq ifadə etməkdə bədii təsvir vasitələri mühüm rol oynayır. Lakin qeyd etmək lazımdır ki, oxuda obrazlılıq yaradan vasitələri məcazlar sistemi ilə məhdudlaşdırmaq olmaz. Çünki dilimizdə obrazlılığın yaranmasına xidmət edən fonetik, leksik və qrammatik vasitələr də var.
Məcazlar sistemi ədəbiyyat nəzəriyyəsində trop adlanır. Trop – bədii və stilistik anlayış olub sözlərin məcazi mənada işlənərək nitqi ifadəlilik və əyanilik baxımdan daha da gücləndirmək üçün istifadə olunur[9, s.520]. Mövcud ədəbiyyatlarda tropların təsnifi müxtəlif verilmişdir. İ.V.Arnold tropları metafora, metonimiya, sinekdoxa, istehza, hiperbola, litota, şəxsləndirmə, alleqoriya və perifraz olmaqla təsnif edir. V.A.Malsev tropun növləri kimi bənzətməni, metaforanı, oksimoronu, hiberbolanı, metonimiyanı götürür. A.Hacıyev məcazın növləri kimi təcəssüm, metafora, epitet, metonimiya, təşbeh, sinekdoxa, alleqoriya, mübaliğə, kinayə, litotanı göstərir. C.X.Hacıyev “Ədəbiyyat nəzəriyyəsi” kitabında məcazları belə təsnif edir: bənzətmə, istiarə, bədii təyin, sərbəst məcaz, simvol, alleqoriya, kinayə, mübaliğə. M. Rəfili məcazlar siteminə təcəssüm, qarşılıqlı surətlər, simvol, alleqoriya, epitet, təşbeh, metafora, metonimiya, sinekdoxa, mübaliğə, perifraz, litota və kinayəni daxil edir[6, s.131-171]. T.Əfəndiyeva bu sistemə metaforanı, metonimiyanı, epitet və sinekdoxanı aid edir [4, s. 81].
İbtidai sinif şagirdlərinin obrazlı nitqinin inkişafına nail olmaq üçün bütün bədii təsvir vasitələrinin üzərində iş aparmaq bu işi çətinləşdirə bilər. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, şagirdlər yuxarı siniflərdə tropun bütün növləri haqqında ətraflı məlumat alacaqlar. Buna görə də metodist-alimlər- A.Rəhimov, Y.Kərimov, М.R.Lvov və b. daha çox praktik şəkildə bəzi məcazlar üzərində işin aparılmasını məsləhət bilir. Prof.A.Rəhimov ibtidai siniflərdə metafora, metonimiya, sinekdoxa, təşbeh, epitet və perifraz üzərində praktik şəkildə işlərin aparılmasının mümkünlüyünü qeyd edir[7, s.34-51]. M.R.Lvov isə ibtidai siniflərdə tropun əsas növləri olan- təşbeh, epitet, metafora və perifraz üzərində işin praktik şəkildə aparılmasını məsləhət görür.
Obrazlılıq üzrə iş bədii mətnin oxusu və məzmununun təhlili zamanı aparılır. Nağıldakı obrazlı ifadələrin aydınlaş­dırılması və emosional qavranması eyni zamanda mətnin şüurlu mənimsənilməsini təmin edir. Obrazlı ifadələr, bədii təsvir vasitələri üzərində müntəzəm təşkil edilən işlər şagirdlərdə əsərləri oxuyarkən oradakı əhval-ruhiyyəyə uyğun həyacanlan­mağı, baş verən hadisələri təxəyyülündə canlandır­mağı, obrazlı təsəvvür bacarığı formalaşdırır. Ümumiyyətlə, kiçikyaşlı məktəblilərin obrazlı nitq inkişafı üzrə iş dedikdə bədii mətnlərin oxusu prosesində obrazlı ifadə və ya sözləri seçmək, onların mənasını izah etmək, cümlədə işlətmək və nəhayət, öz nitqində istifadə etmək bacarığı nəzərdə tutulur.
Məcazi mənada olan sözləri izah edərkən əvvəlcə həqiqi mənanı izah etmək lazımdır. V.V.Vinoqradova hesab edir ki, həqiqi məna sözün onun aid olduğu dilin qrammatik qanunlarına və semantik sisteminə əsasən müəyyən edilmiş maddi-əşyavi məzmunudur[10, s.10]. Məcazi məna müqayisə üsulundan istifadə edildikdə daha yaxşı qavranılır. Məcazi məna bir əşyanın başqası ilə müqayisəsi, assosiasiyası və ya əlaqələn­dirilməsinə əsaslanır. İstər nəzm, istərsə də nəsr əsərlərində işlədilən sözlərin şagirdlərin nitqində özünə yer tapması o zaman reallaşır ki, onların həm leksik, həm də poetik mənaları mənimsənilmiş olsun.
Hər bir ibtidai sinif müəllimi bədii mətnlərin oxusu zamanı obrazlılıq üzrə iş apararkən çalışmalıdır ki, şagirdlər obrazlı ifadələri şifahi və yazılı nitqlərində istifadə edə bilsinlər, hadisə və əşyaları təsvir edərkən müvafiq bənzətmə, bədii təyin, obrazlı ifadə tapmağı bacarsınlar və onların nitqi aydın, ahəngdar, emosional şəkil alsın. Bu məsələlərin reallaşdırılması, şagirdlərdə obrazlı danışmaq, fikrini obrazlı ifadə etmək bacarığı formalaşdırmaq üçün müəllim dərsin bütün mərhələlərində bu işi diqqət mərkəzində saxlamalıdır.
Dərsliklərdəki oxu mətnlərində hansı təsvir vasitələrindən daha çox istifadə olunur?

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin