Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə69/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Məlumatlandırıcı mətnlərin oxusu

Məlumatlandırıcı mətnin “süjeti” spesifikdir: burada müəl­lif oxucunu həqiqət axtarışı prosesinə cəlb edir. Oxucu müəllifin ardınca bütün yolu qət edib gözlənilən nəticəyə gəlməlidir. Bu cür mətnin kompozisiyası elmi tədqiqat mərhələlərinin ardı­cıllığını əks etdirir:



  • giriş hissəsi-(poblemin (sualın) dərk edilməsi və məq­sədin müəyyənləşdirilməsi);

  • əsas hissə-(problemin həlli yollarının axtarışı, mümkün variantların nəzərdən keçirilməsi və fərziyyələrin irəli sürül­məsi);

  • nəticə-(cavabın alınması və onun yoxlanması).

Məlumatlandırıcı mətn oxuyarkən aşağıdakı ardıcıllığa əməl edilir:

  • Başlıq və birinci abzası oxuyun və qərar verin: bu mətni oxumaq üçün sizin kifayət qədər məlumatınız varmı? Əgər sizə əlavə hazırlıq lazımdırsa, başqa mənbəyə müraciət edin.

  • Əsas ideyaları nəzərdən keçirin, başlıq və yarımsərlöv­hələri təhlil edin. Mühüm fərziyyələri qeyd edin, şəkil, sxem və diaqramları öyrənin.

  • Terminləri müəyyənləşdirin. Əgər oxu zamanı na­məlum sözlərə rast gəlirsinizsə, lüğətə baxın.

  • Dərketmənizi yoxlayın. Ara-sıra dayanıb özünüzdən so­ru­şun: “Mən nə anladım?” Bunu artıq bildiklərinizlə əlaqə­ləndirin.

  • Əgər ideyanı anlamamışsınızsa, mətni yenidən oxuyun. Mürəkkəb fikirləri öz sözlərinizlə söyləyin.

  • Axıradək oxuyun. Oxuduqca ideyalar aydınlaşa bilər. Oxuyub qurtardıqdan sonra mətni yenidən nəzərdən keçirin, anlamadığınız ideyaları bir də oxuyun

  • Oxu zamanı qeydlər aparın. Vacib fikirlərin altından xətt çəkin, konspekt hazırlayın, nəticələri yazın. Bütün bunlar fikrinizi material ətrafında cəmləməyə kömək edəcək.

Məlumatverici mətnlərin“süjeti” spesifikdir: burada oxucu həqiqət axtarışına cəlb edilir. Bu cür mətnin kompozisiyası elmi-tədqiqat işinin mərhələlərini əks etdirir.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin