Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə70/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

Publisistik mətnlərin oxusu

Publisistika (latınca “publicus” sözündən olub “ictimai” deməkdir)-cəmiyyət həyatının bugünkü aktual problemlərinə və hadisələrinə həsr olunmuş mətn növüdür. İbtidai siniflərdə şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun olaraq belə mətnlərin oxusunun təşkili onların dünyagörüşünün formalaşması və müxtəlif xarakterli mətnlərin oxunması baxımından səmərəlidir. Bu mətnlər ictimai-siyasi ədəbiyyatda, dövri mətbuatda (qəzet­lər, jurnallar), radio və televiziya verilişlərində, sənədli film­lərdə, afişa və bukletlərdə istifadə olunur.


Kütləvi informasiya vasitələrində istifadə olunan publisis­tik mətnlər informasiya mənbəyi kimi bir neçə rol oynayırlar:

  1. bu mətnlərin müəllifləri daha geniş oxucu, dinləyici və tamaşaçı kütləsini cəmiyyət üçün məna ifadə edən problemlə tanış etmək məqsədi güdürlər;

  2. bu mətnlər söylənilənlərə qarşı müəyyən münasibət yaradır və müəyyən davranışın vacibliyini vurğulayır;

  3. kommunikativ funksiya daşıyır.

Publisistikada işıqlandırılan hadisələrin seçimi onların sosial əhəmiyyətinə və ictimai marağa görə aparılır: dövlət rəh­bərlərinin görüşləri, yeni qanunların qəbulu, teatr premye­raları, idman yenilikləri və s. haqqında hər yaşa uyğun olaraq məlu­mat­ların verilməsi sivil vətəndaşların yetişməsi üçün əhəmiy­yətlidir.
Publisistik mətnlərlə tanışlıq şagirdlərdə fakt və ya prob­lem haqqında bədii, obrazlı təsəvvür yaratmaqla, bədii-publisis­tik janrda yazılmış mətnlər (oçerk,esse, felyeton, pamflet) haq­qında ilkin biliklər aşılayır.


Охu dərslərində lüğət üzrə işin təşkili metodikası

Oxu dərsləri şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək baxımından çox mühüm və zəruri mənbədir. Oxu dərslərində lüğət üzrə iş əsasən yeni sözlərin izahı, həmin sözlərin şagirdlərin fəal lüğət ehtiyatına daxil edilməsi, nitqin sinonimlər, çoxmənalı sözlər, antonimlər, obrazlı söz və ifadələr hesabına zənginləşdirilməsi şəklində aparılmalıdır.


Müşahidələr göstərir ki, məktəblərdə oxu dərslərində lüğət üzrə işin təşkili istənilən səviyyədə deyildir. Yəni müəllimlər oxunan mətnin içərisində bir neçə çətin sözü izah etməklə lüğət işini bitmiş hesab edirlər, yaxud əksinə, mətndəki bütün sözləri izah etməyə çalışırlar, oxuya vaxt qalmır.
Oxu dərslərində lüğət üzrə işi düzgün təşkil etmək üçün müəllim nəyi nəzərə almalıdır?
İbtidai siniflərdə lüğət üzrə işə daha geniş yer verilməlidir, çünki lüğətin zənginliyi nitqin zənginliyi üçün zəmin yaradır. Müəllim oxu dərslərində lüğət üzrə iş apararkən aşağıdakıları nəzərə almalıdır:

  • İzah edilən sözün mətnin məzmunu və ideyası ilə bağlılıq dərəcəsi.

  • İzah edilən sözün xarakteri, çətinlik dərəcəsi.

  • İzah edilən sözün izahı yollarının məqsədəuyğunluğu.

  • İzah edilən sözün şagird təfəkkürünün inkişafına təsiri.

  • İzah edilən sözün aktiv və ya passiv lüğətə daxil edilməsi məsələsi və s.

Oxu prosesində sözlərin izahı vaxtını müəllim əvvəlcədən müəyyənləşdirməlidir. Sözlər xarakterindən, mətndəki mövqeyindən və şagirdə tanış olub-olmamasından asılı olaraq oxudan əvvəl, oxu prosesində, oxudan sonra izah edilə bilər. Oxu mətninin anlaşılmasını çətinləşdirən sözlər əvvəlcə, kontekstdə anlaşılan sözlər mətnin oxusu prosesində, mənası asanlıqla izah edilə bilən sözlər mətnin oxusundan sonra izah edilməlidir.
Oxu dərslərində şagirdlərin lüğət ehtiyatını sinonimlər, antonimlər hesabına zənginləşdirməyə ciddi diqqət verilməlidir.
Şagirdin söz ehtiyatında sinonimlər nə qədər çox olarsa, fikirlərini daha dəqiq ifadə edə bilər.
Məsələn, Səməd Vürğunun “Azərbaycan” şeirində işlənən sinonimlərə diqqət yetirək:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan! [31, s.133].
Yaxud, V. Mayakovskinin “Yaxşı nədir, pis nədir” şeirində oxuyuruq:
Çoxlu kitab oxuyan,
Zəhmətkeş, əməksevər
Şagirdə baxıb hər kəs:
-Yaxşı uşaqdır, deyər[31, s. 136].
Göründüyü kimi, hər iki şeir parçasında yeknəsəqlikdən uzaqlaşmaq üçün sinonimlərdən istifadə olunmuşdur. Şagirdlər sinonimlər sırasını seçmək və ondan daha müvafiq olanını ayırmaqla öyrənirlər ki, sinonimlərdən istifadə etmək, fikri daha aydın verməkdə, qəhrəmanın xarakterini dəqiq təsvir etməkdə müəllifə böyük kömək göstərir. Bu isə əsərin məzmununu, ideyasını dərindən başa düşməyə kömək edir.
Əsərin oxusu zamanı qrup işinin təşkili faydalıdır. Qrup daxilində iş zamanı şagirdlər biri digərinin biliklərindən bəhrələnir. Şagirdlər nə öyrənmiş olduqlarını xatırlayır, onları tematik qaydada möhkəmləndirirlər. Yeni öyrəndikləri sözləri təkrarlamaqla fəal lüğətə daxil etmək imkanı qazanırlar. Fəal təlim üsulları ilə keçirilən dərs nümunəsinə nəzər salaq:
Standart:
2.1.3. Sözlərin həqiqi və məcazi mənasını fərqləndirir.
2.1.2.Mətndəki çoxmənalı sözləri fərqləndirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bildirir.
Mövzu: Sinonimlər (Yaxınmənalı sözlər. III sinif).
Məqsəd: a) Mətndə sözlərin həqiqi və məcazi mənasını fərqləndirir.
b) “Kəndimiz” şeirində yaxınmənalı, çoxmənalı sözləri fərqləndirir.
c) Verilmiş mətndəki əsas fikrə münasibətini bildirir.
İş üsulu: əqli hücum, söz assosiasiyası, diskussiya
İş forması: qruplarla iş
Resurslar: əyani vəsait, sxemlər, noutbuk, proyektor, iş vərəqləri və s.
Dərsin gedişi

Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin