13
4. Əsas logistik sistemlər və konsepsiyalar.
4.1. Logistik strategiya
Strategiya
– müəssisənin malik olduğu imkanlar daxilində qoyulan
məqsədə nail olmaq
üçün uzunmüddətli fəaliyyətin ümumiləşdirilmiş modelidir.
Fəaliyyət strategiyası işləyib hazırlayan müəssisələr qarşıya qoyulan məqsəddən asılı
olaraq gələcəkdə yerinə yetirəcəkləri vəzifə və funksiyaların ümumi istiqamətlərini müəyyənləşdi-
rirlər.
“Strategiya” termini yunan sözü olub “stratos” - hərb, “ago” - aparan adlanır, qələbənin
əldə edilməsi üçün düzgün yolun seçilməsində “generalın məharəti” mənasını verir.
Ensiklopediya və lüğətlərdə strategiya ictimai, siyasi mübarizəyə rəhbərlik etmək bacarığı
kimi verilir. XX - ci əsrin ikinci yarısından başlayaraq strategiya iqtisadi
fəaliyyət sahəsində geniş
istifadə olunmağa başladı.
Strategiya geniş anlayışdır. Bu anlayışı tam xarakterizə etmək üçün onun mahiyyətini tam
açıqlayan, tələblərinə dolğun cavab verə bilən aşağıdakı təyinatlardan istifadə olunur:
• son nəticələrin əldə edilməsi vasitəsi;
• vahid məqsəd üçün firma və ya müəssisənin bütün
struktur bölmələrinin birgə
fəaliyyətini təmin edən mexanizm;
• firmada yerinə yetirilən əsas fəaliyyət növlərinin spesifik cəhətlərini əhatə edən
göstərici;
• firmanın bütün planlarının birgəliyinin təminatçısı,
• fəaliyyət planı;
• ətraf mühitdə baş verən dəyişikliklərə firmanın əvvəlcədən hazırlıqlı reaksiya
verməsi
qabiliyyəti;
• fırmadaxili təşkilatı işlərin zəif və güclü tərəflərinin təhlil edilməsi nəticəsi və onun
inkişafı üçün imkan və maneələrin müəyyən edilməsi vasitəsi;
• firmanın ətraf mühitlə qarşılıqlı əlaqəsi və s.
Strategiya arzu və istəklərə deyil, firma və ya müəssisənin
malik olduğu real imkanlara
əsaslanır. Strategiyanın seçilməsi və onun həyata keçirilməsi perspektiv dövr üçün firmanın
inkişafının mahiyyətini təşkil edir. Firmanın gələcək fəaliyyəti və onun əsas istiqaməti məhz
seçiləcək strategiyadan əhəmiyyətli dərəcədə asılıdır.
Strategiyanın müasir anlamda başa düşülməsi müəssisənin maksimum bazar elastikliyinin
qorunub saxlanması zərurətindən doğur. Strategiya gələcək ümumi ideyaları formalaşdırır, onun
ayrı-ayrı hissələrinə toxunmur. Strategiyanın həyata keçirilməsinin təşkili forması
strateji
Dostları ilə paylaş: