1.Siyasi partiyaların quruluşu Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir. Yuxarıda göstərilən vəzifələri daşıyanların əksəriyyəti dövlət səviyyəsində siyasi partiyanın siyasi baxışlarını müəyyən edən aparıcı təşkilatın – partiya icraediciliyinin üzvləridirlər. Kifayət qədər üzv seçilməzsə, növbədənkənar rəhbərlik seçkilərinin çağırılmasının mümkün olmasına baxmayaraq, müntəzəm olaraq şəxslərin vəzifəyə təyin edilməsi məqsədilə partiya iclasları keçirilir. Bundan əlavə, növbəti ildə üzvlər üçün partiya dəyərlərini təsdiq edilməsi məqsədilə partiya iclasları keçirilir. Partiya üzvlərinin demoqrafik olaraq yerləşməsindən asılı olaraq, üzvlər yerli idarələrə namizədliyini irəli sürmüş şəxslərə kömək etmək üçün regional partiya komitələri yaradırlar. Bu yerli şöbələr, eyni zamanda, dövlət səviyyəsində məmur vəzifələrini təyin edir. Siyasi partiya üzvləri üçün səciyyəvi xüsusiyyətlərdən biri cari və gələcək üzvlər naminə siyasi cinahlar yaratmaqdır. Onların əksəriyyəti iki qrupa bölünür.
Şəxsiyyətə əsaslanan (buraya, məsələn, etnik azlıq tərəfləri daxildir)
Vəzifəyə əsaslanan (buraya namizəd, rəis, tələbə cinahları)
Bunlar partiya etirazları, təlimləri və məşğuliyyətləri üçün faydalıdır.