46
redaksiya məqaləsində ədəbi həyatdakı nöqsanlara, qarşıda duran vəzifələrə diqqət
yetirilmişdi. Ədəbi-tənqidi xarakterli həmin yazıda gənc yaradıcı qüvvələrin
qarşısında duran vəzifələr kimi ilk növbədə yeni sosializm cəmiyyətinin ideyalarını
təcəssüm etdirmək önə çəkilmişdi. Bir müddət sonra “Şərq qapısı”
qəzetində
ədəbiyyat səhifələri müntəzəm yer tutmağa başladı. Həmin səhifələrdə bədii
nümunələrlə yanaşı, muxtar respublikanın ədəbi həyatına dair yazılar da verilirdi ki,
bu, ədəbi tənqidin inkişafına da müsbət təsir göstərdi.
1933-cü ildə tanınmış yazıçılar Mirzə İbrahimov və Əli Vəliyev Naxçıvana
işləməyə göndərilmiş, onlar bir müddət muxtar respublikanın
ədəbi-mədəni
mühitində fəallıq göstərmişdilər. Belə ki, Ə.Vəliyevin muxtar respublikanın mətbuat
orqanı olan “Şərq qapısı” qəzetinə, M.İbrahimovun isə Naxçıvan MTS-nin siyasi
şöbəsinin orqanı olan “Sürət” qəzetinə redaktorluq etməsi, akademik İsa
Həbibbəylinin (Həbibovun) vurğuladığı kimi:
“burada ədəbi-mədəni mühitin
canlanmasına, mətbuat, teatr və dramaturgiyanın inkişafına təkan vermişdir”
[108,
s.54].
M.İbrahimov və Ə.Vəliyev yerli qələm sahibləri ilə bir sırada muxtar
respublikada ədəbi tənqidin də inkişafında əhəmiyyətli rol oynamışlar.
Ədəbiyyatşünas Lətif Hüseynzadə “Naxçıvan teatr tarixindən” kitabında yazır:
”1933-1934-cü illərdə Naxçıvanda ...tez-tez gənc yazıçıların yığıncaqları keçirilir.
Bu yığıncaqlarda onların ədəbi yaradıcılıqları təhlil və müzakirə edilir”
[127,s.51].
Alimin 1971-ci ildə yazdığı bir məqaləsindən öyrənirik ki, Mirzə İbrahimovun
Naxçıvanda təşkil etdiyi ədəbi müzakirələr, müsamirələr də ədəbi tənqidin inkişafına,
bu yöndə fikir mübadilələrinin aparılmasına müəyyən şərait yaratmışdır:
“Mirzə
İbrahimov Naxçıvanda müxbirlərin, şair, aşıq, nağıl deyənlərin konfranslarını
keçirir,ədəbi müsamirələr təşkil edirdi”
[237]. Şair Müzəffər Nəsirli isə xatırlayırdı:
“M.İbrahimov, Ə.Vəliyev Naxçıvanda öz çətin və məsul vəzifələrini yerinə yetirməklə
bərabər, muxtar respublikada Azərbaycan ədəbiyyatını təbliğ edir, gənclərə
ədəbiyyat aləmində baş verən yenilikləri çatdırırdılar”
[
193,s.19-20].
1934-cü ilin 23-24 aprelində Naxçıvanda yazıçıların konfransı keçirildi.
Konfransda Mirzə İbrahimov “Yazıçılar qurultayına hazırlıq”, Əli Vəliyev isə
“Sosialist kəndi və onun ədəbiyyatda bədii şəkildə ifadəsi haqqında” adlı məruzələrlə
47
çıxış etmişdilər. Həmin məruzələr o dövrün ədəbi tənqid faktı kimi maraq doğurur.
“Şərq qapısı” qəzetinin 5 may 1934-cü il tarixli sayında dərc olunmuş “Ədəbiyyat
xronikası”ndan öyrənirik ki, Mirzə İbrahimov məruzəsində o zamankı ədəbi prosesin
bir sıra məqamlarına toxunmuş, xüsusən “Azərbaycan ədəbiyyatında
əmələ gələn
dönüş və müvəffəqiyyətlər üzərində” dayanmış, şair və yazıçılardan Qantəmir (Qafur
Əfəndiyev-A.A.), Cəfər Cabbarlı, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun,
Əbülhəsən Ələkbərzadə, Mehdi Hüseyn və digərlərinin yeni əsərlərindən söz açmış,
onları sosialist ideologiyasının ədəbi ifadəsi aspektində dəyərləndirmişdi. Maraqlıdır
ki, M.İbrahimov bu sırada romantik ədib Hüseyn Cavidin də adını çəkmişdi [232].
Ə.Vəliyevin məruzəsində isə o illərin ədəbiyyatında kənd həyatı
mövzusunun
aktuallığı, kənddə gedən kolxoz quruculuğunun bədii təcəssümünə diqqəti artırmaq
kimi məsələlər təhlil olunmuşdu. Bunlarla yanaşı, məruzələrdə cari ədəbi prosesin
sənətkarlıq axtarışlarına da müəyyən diqqət yetirilmişdi.
1932-ci ildə proletar yazıçıları cəmiyyəti ləğv edildikdən sonra yazıçıların
yeni təşkilatının yaradılması istiqamətində hazırlıq işləri başlanıldı. 1934-cü ildə
Naxçıvanda da sovet yazıçılar ittifaqının yerli təşkilatı yaradıldı. “Şərq qapısı”
qəzetinin 1 may 1934-cü il tarixli sayında bu barədə verilmiş məlumatdan öyrənirik
ki, Naxçıvan Sovet Yazıçılar İttifaqı təşkil olunmuş, Mirzə İbrahimov sədr, Əbdül
Kazım isə müavin seçilmişdi. İttifaqın
heyətində Qurban Qurbanov, Əli Vəliyev,
Baqi Hüseynov, Lətif Hüseynzadə, Rza Şərifzadə kimi üzvlər və üzvlüyə namizədlər
təmsil olunmuşdu. M.İbrahimov, Ə.Vəliyev və B.Hüseynov Naxçıvan yazıçılar
təşkilatından Azərbaycan yazıçılarının birinci qurultayına nümayəndə seçilmişdilər.
Bu faktları M.Nəsirli də xatırlatmışdır [193, s.21-22].
Tanınmış yazıçılardan Mirzə İbrahimovun və Əli Vəliyevin 1930-cu illərin
əvvəllərində bir müddət Naxçıvanda yaşayıb fəaliyyət göstərmələrinin muxtar
respublikada “ədəbi gəncliyin inkişafı üçün ciddi əhəmiyyətə malik olduğunu”
vurğulayan professor Yavuz Axundlu bir fakta da diqqət yönəltmişdir:
Dostları ilə paylaş: