Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
dis anar (1)

“1925-1926-cı illərdə Naxçıvanda ədəbi 
mühakimə və ədəbi gecələr təşkil olunurdu”
[193, s. 6]. 
 
Ümumiyyətlə, 1920-ci illərdə Azərbaycan ədəbi mühitində müxtəlif əsərlərlə 
bağlı ədəbi mühakimələr (məhkəmələr) keçirilirdi ki, bunlar da dövrün ədəbi 
tənqidinin təzahür formalarından biri olmaqla yanaşı, ideoloji doktrinalara da xidmət 
göstərirdi. Professor Cəlal Qasımov bu barədə yazır
: “Ədəbi məhkəmələrdə əsərlərin 
gələcəkdə necə və hansı istiqamətdə təhlil edilməsi böyük ustalıqla yönləndirilir və 
ədəbi tənqidin məhz bu istiqamətdə inkişafı müəyyənləşdirilirdi”
[149, s.71]. 
Sosialist ideologiyasına xidmət edəcək ədəbi təşkilatların yaradılması da diqqət 
mərkəzində saxlanılırdı. 1926-cı ildə Naxçıvan Xalq Maarif Komissarlığı yanında 
“Qızıl qələm” ədəbiyyat birliyi fəaliyyətə başlamışdı ki, bu da Bakıdakı müvafiq 
cəmiyyətin təsiri ilə əlaqəli idi. Bununla yanaşı, Əvəz Sadıq, Əyyub Abbasov və 
Abbas Gülməmmədovun təşəbbüsü ilə Naxçıvan komsomol klubu yanında “Gənc 
qələmlər” ədəbiyyat dərnəyi də təşkil olunmuşdu. 1927-ci ildə isə Naxçıvanda yerli 
partiya təşkilatının təşəbbüsü və nəzarəti ilə “Gənc qızıl qələmlər” ədəbi birliyi təşkil 
olundu ki, bu da əslində muxtar respublikada Proletar Yazıçıları Cəmiyyətinin 
rəsmən yaradılması demək idi. Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin 
redaktoru Abbas Gülməmmədov, muxtar respublikanın xalq maarif komissarı 
V.Həsənzadə, mərkəzi icraiyyə komitəsinin sədri M. Babayev, eləcə də gənc yaradıcı 
qüvvələrdən Əyyub Abbasov, Müzəffər Nəsirli, Əsgər Kəngərli, Nemət Hüseynov, 
Səkinə Rzalı birliyin rəyasət heyətinə üzv seçildilər. “Gənc qızıl qələmlər” 
təşkilatının ilk rəhbəri Əyyub Abbasov idi [193, s.6-7].
Belə ədəbi birlik və dərnəklərdə oxunan əsərlər, həmçinin qarşıda duran 
vəzifələr müzakirə olunur, müvafiq ədəbi-tənqidi fikirlər də irəli sürülürdü. Bəzən isə 
geniş əks-səda doğuran müxtəlif hadisələr də baş verirdi. Məsələn, ədəbi gecələrin 
birində Ə.Kəngərli, M.Nəsirli, Ə.Zəbun, N.Axundov və digərləri yeni şeirlərini 
nəzərə çatdırmış, qocaman şair Molla Mahmud Çakər isə ənənəvi üslubda yazdığı 
köhnə ruhlu bir “Saqinamə”sini oxumuşdu. Daha çox mərsiyə şairi və ifaçısı kimi 


45 
tanınan Çakəri əvvəllər də tənqid edən “Molla Nəsrəddin” jurnalı bu dəfə də onu 
diqqətdən qaçırmamışdı. Jurnalın 2 mart 1928-ci il tarixli 9-cu sayında “İki müxbirin 
məktubundan” imzasıyla dərc olunmuş “Qızıl qələmlər cəmiyyətində” adlı yazıda 
Naxçıvan ədəbiyyat təşkilatının həmin yığıncağında oxunan bəzi əsərlərin 
müəlliflərinin müasir tələblərdən uzaq düşməsinə satirik münasibət bildirilmişdi: 
“İclasda ölkəmizin gənc proletar şairlərindən 80 yaşında olan Balabəy çıxışda 
bulunub Şeyx Sədinin firənglərə əsir düşüb Firəngistana əsir getməsindən nağıl edib 
sonra da özünün duzlu və sone üsulunda yazılmış şeirlərindən oxuyub hüzzarı 
feyziyab etdi. Ondan sonra da məşhur ağlaşma şairlərimizdən 65 yaşında cavan 
“futurist” Molla Mahmud Çakər çıxıb özünün yeni inşad olduğu ən son üsulda 
yazılmış: saqi, baqi doldur piyaləni ey, mən nuş eyləyim peydərpey, - mətləli şeiri-
könülqapanını bir musiqi ahənginə uyduraraq oxudu... Ölkəmizə yaxından bələd 
olmayanlar da deyirlər ki, Naxçıvanda şair yoxdur”
[178, s.487]. 
Şair Müzəffər Nəsirli “Molla Nəsrəddin”dəki həmin tənqidi materialın məhz 
Mirzə Cəlil tərəfindən qələmə alındığını bildirərək sonralar bu barədə yazırdı: 
“Bu 
məqalədə Naxçıvanda yaradıcılığa başlayan gəncləri köhnəlik təsirindən qurtarmaq 
istəməsi bizi ruhlandırdı”
[193, s.8
a
]. “Molla Nəsrəddin” jurnalının 6 sentyabr 1928-
ci il tarixli 36-cı sayında “Cız-cızzadə” imzası ilə verilmiş “Elmi müəssisələrimiz” 
adlı yazıda isə Naxçıvanda elmi-ədəbi mühitin zəifliyinə diqqət yönəldilmişdi: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin