Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


II FƏSİL  XX ƏSRİN İKİNCİ YARISINDA NAXÇIVANDA ƏDƏBİ TƏNQİDİN



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə28/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   24   25   26   27   28   29   30   31   ...   68
dis anar (1)

II FƏSİL 
XX ƏSRİN İKİNCİ YARISINDA NAXÇIVANDA ƏDƏBİ TƏNQİDİN 
İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ 
 
2.1. Ədəbi tənqidin yeni inkişaf mərhələsində başlıca istiqamətlər
Naxçıvan regionunda XX əsrin əvvəllərində təşəkkül mərhələsini keçirən, 
1920-1940-cı illərdə enişli-yoxuşlu yollarla irəliləməyə çalışan, daha çox ideoloji 
təbliğat səciyyəsi daşıyan ədəbi tənqid 1950-ci illərdən etibarən inkişafının yeni 
mərhələsinə qədəm qoyur. Burada ədəbiyyatşünaslıq elmi inkişaf edir, söz 
sənətimizin dünəni və bu günü barədə tədqiqatlar aparılır, dəyərli araşdırmalar ortaya 
çıxır. Bu prosesin üzvi tərkib hissəsi kimi ədəbi tənqid də inkişafında yeni mərhələyə
yönəlir, müəyyən ideoloji aspektlərdən azad olmasa da, əvvəlki mərhələ ilə 
müqayisədə xeyli yeni keyfiyyətlər qazanır.
Tanınmış ədəbiyyatşünas, akademik İsa Həbibbəyli “Ədəbiyyatşünaslıq 
elminin Naxçıvan məktəbi” məqaləsində yazır
: “Artıq XX əsrin otuzuncu illərindən 
etibarən, daha doğrusu, repressiya dalğaları ötüb keçdikdən sonra... ölkəmizdə 
paytaxtdan kənarlarda da ümumən ədəbiyyat, o cümlədən ədəbiyyatşünaslıq da 
yenidən cücərməyə başlamışdır”
[94,s.523]. Görkəmli alim fikrini davam etdirərkən 
vurğulayır
: “Müşahidələr göstərir ki, muxtar respublikada ədəbiyyatşünaslıq elminin 
ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbi əlaqələr və folklorşünaslıq 
sahələrində ardıcıl olaraq inkişaf prosesləri davam edir. Və bu sahələrin hər biri 
üzrə geniş tədqiqatlar aparılır, məqalələr və monoqrafiyalar çap olunur, yeni 
tədqiqatçılar yetişib formalaşır”
[94, s.525].
 
1950-1960-cı illərdə müəyyən ləngərlə gedən bu proses ulu öndər Heydər 
Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ilə dərinləşir və geniş əhatə 
qazanır. Ədəbi tənqid hərtərəfli şəkildə inkişaf edir, ədəbi prosesin təhlil olunub 
dəyərləndirilməsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə 
ciddi səy göstərir. XX əsrdə Azərbaycanda, o cümlədən Naxçıvanda ədəbi tənqid 
özünün ən yüksək inkişaf səviyyəsinə ümummilli liderin müstəqil Azərbaycana 


61 
rəhbərliyi dövründə qovuşur. Həmin dövrdə Azərbaycan ədəbi tənqidi həm kəmiyyət, 
həm keyfiyyət baxımından ciddi şəkildə yeniləşir, əsaslı milli mündəricə kəsb edir. 
Deyilənləri ümumiləşdirib iyirminci əsrin ikinci yarısında Naxçıvanda ədəbi 
tənqidin inkişaf yolunu üç yarımmərhələyə ayırmaq mümkündür: 1)1950-1960-cı 
illər; 2)1970-1980-ci illər; 3) Müstəqillik illəri.
Əvvəlcə 1950-1960-cı illərin səciyyəvi materiallarına nəzər salaq.
“Şərq qapısı” qəzetinin 12 oktyabr 1951-ci il tarixli sayında dərc olunmuş 
“Yaradıcılığa ciddi tələbkarlıqla yanaşmalı” adlı məqalədə Naxçıvanda yaşayıb 
fəaliyyət göstərən bəzi şair və yazıçıların sənət axtarışlarına nəzər salınmış, 
ədəbiyyatın yeni yüksəlişi üçün qarşıda duran vəzifələr önə çəkilmişdi. Ədəbi-tənqidi 
məqalədə o dövrün vulqar-sosioloji tendensiyalarının təsiri də görünürdü. Qəzetin 14 
may 1958-ci il tarixli sayında verilmiş “Yaradıcılığa tələbkarlıqla yanaşmalı” adlı 
ədəbi-tənqidi məqalədə də muxtar respublikanın şair, yazıçı və dramaturqlarının son 
illərdəki əsərləri müfəssəl şəkildə təhlil olunmuş, uğur və qüsurlar göstərilmişdir. Bu 
məqalədə ədəbi əsərlərin sənətkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyi də 
məxsusi olaraq vurğulanmışdır. 
Azərbaycan Yazıçılar İttifaqının 1958-ci ilin 15-16 mayında Naxçıvanda
plenum keçirməsi digər sahələrlə yanaşı, ədəbi tənqidə də bir dinamika vermişdi. 
Plenumdakı giriş sözündə tanınmış ədib Mehdi Hüseyn vurğulamışdı ki, 
“bu plenum 
yalnız ədəbi məsələləri müzakirə etməklə qalmayıb, ümumən mədəniyyətimizin 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin