Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə26/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   22   23   24   25   26   27   28   29   ...   68
dis anar (1)

“Naxçıvanda 27 
nəfər gənc yazıçı və 19 nəfər aşıx vardır ki, bunlarla da heç bir qonqret iş 
aparılmayır. Bu vaxtadək bir dəfə də olsun, iclas, məşqələ, disput və sairə 
keçirilməmişdir. Hələ bir il bundan qabaq seçilmiş heyət üzvləri belə bir yerə yığışıb 
iclas eləməmişlər...”. 
Məqalədə deyilirdi ki, gənclərin yazmış olduqları roman, hekayə, oçerk və 
pyesləri oxuyan, onların müvəffəqiyyət və nöqsanlarını göstərən yoxdur. Naxçıvan 
yazıçılarından Qurban Qurbanov “Ayrım”, Hüseyn Baqi “Xəndan”, Qasım Tağıyev 


55 
“Kultur həyat”, Məmməd İsmayılov “Bizim gənclər”, Hüseyn Hüseynov “Yüksəliş” 
kimi əsərlər yazmışlar. Lakin bunların əsərləri heç bir yerdə müzakirə və tənqid 
edilməmişdir. Vaqtilə yaxşı şeirlər yazan yoldaşlar indi qayğısız iş nəticəsində 
yazıçılıqdan uzaq düşmüşlər. 
Qənbərlinin Naxçıvandan göndərdiyi həyəcan dolu bu tənqidi məqaləyə 
“Ədəbiyyat qəzeti”nin rəhbərliyi də operativ münasibət bildirmiş, “Redaksiyadan” 
başlıqlı qeyddə Azərbaycan Sovet Yazıçıları İtttifaqından və muxtar respublikanın 
yerli təşkilatlarından yazıçılarla işi gücləndirmək, ədəbi mühiti canlandırmaq 
sahəsində lazımi tədbirlər görmələrinin vacibliyi nəzərə çatdırılmışdı. 
1940-cı ildə Bakıda Azərbaycan Sovet Yazıçıları İttifaqı tərəfindən gənc 
yazıçıların respublika konfransı keçirildi. Həmin konfransda Naxçıvandakı ədəbi 
qüvvələri Ənvər Əylisli, Yaqub Məmmədov, Abbasqulu Quliyev, Hüseyn Əzim, 
Miryəhya Seyidov (sonralar ədəbiyyatşünas kimi tanınan Yəhya Seyidov –A.A.), 
Təvəkkül Zeynalov kimi gənclər təmsil edirdilər. Bundan sonra Naxçıvanda da ədəbi
mühitin müəyyən canlanması müşahidə edildiyi kimi, ədəbi tənqid də fəallığını 
artırdı, mətbuatda naxçıvanlı yazıçıların əsərləri barədə bəzi ədəbi-tənqidi materiallar 
dərc olundu.
“Ədəbiyyat qəzeti”nin 28 aprel 1941-ci il tarixli sayında Ə.C. imzası ilə 
verilmiş “Filiallardakı gənc yazıçılar haqqında” adlı məqalədə o dövr Naxçıvan ədəbi 
mühitinin fəal üzvlərindən olan Qurban Qurbanovun və Ənvər Əylislinin 
yaradıcılıqlarına ayrıca diqqət yetirilmişdi. Əvvəllər “Şərq qapısı” qəzetində kiçik 
hekayələr və oçerklərlə çıxış edən Q.Qurbanovun “Ayrım”, həmçinin Nizami 
Gəncəvinin poemasının təsiri ilə yazılmış “Xosrov və Şirin” dramlarına müsbət 
qiymət verilmişdi. Məqalədə Ənvər Əylislinin yaradıcılığı müfəssəl dəyərləndirilmiş, 
onun “Bahar” şeirindən nümunə gətirilmişdi. Şairin poeziyası barədə bəzi tənqidi 
qeydlər də nəzərə çatdırılmışdı: 
“Əylislinin son şeirləri ilə əvvəlki şeirləri arasında 
dil, ifadə və obrazlılıq cəhətincə nəzərə çarpacaq bir fərq görünmür...Əylisli öz 
yaradıcılığına qarşı çox tələbkar olmalı, şeirləri üzərində daha ciddi işləməklə 
özünün siyasi, elmi və ədəbi biliyini artırmağa çalışmalıdır”
[51].
 


56 
Tədqiq olunan mərhələdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ədəbi fikir 
nümayəndələri klassik ədəbi irsə də diqqət yetirirdilər. Bu cəhətdən Lətif 
Hüseynzadənin “Şərq qapısı” qəzetində dərc olunmuş “Qədim əlyazmaları” (16 aprel 
1941), “İsgəndərnamə” (24 iyul 1941) və s. məqalələri xarakterikdir. İlk yazıda Şərq, 
o cümlədən Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti üçün böyük əhəmiyyət 
daşıyan bəzi əlyazmalar barədə məlumat verilmiş, ikinci məqalədə isə o zaman 
təvəllüdünün 800 illk yubileyinə geniş hazırlıq görülən Nizami Gəncəvinin 
“Xəmsə”yə daxil olan sonuncu poeması təhlil edilmişdir. 1940-cı illərdə Lətif 
Hüseynzadə klassik ədəbiyyat barədə bir sıra digər məqalələr də dərc etdirmiş, 
həmçinin satirik şair Əliqulu Qəmküsarın həyat və yaradıcılığı barədə namizədlik 
(fəlsəfə doktorluğu) dissertasiyası üzərində işləmişdir. Yazıçı Əyyub Abbasovun 
Naxçıvanda 1932-ci ildə çapdan çıxmış “Mübarizə” adlı şeirlər kitabına Lətif 
Hüseynzadənin ön söz yazması onun müasir ədəbi prosesə də laqeyd qalmadığını 
göstərirdi.
Böyük vətən müharibəsi illərində ədəbiyyatda olduğu kimi, ədəbi tənqiddə də 
qələbəyə səfərbərlik ovqatı ön plana keçmişdi. Ədəbiyyatşünaslıqda qeyd olunur ki, 
“Müharibə illərində tənqid, publisistika və ədəbiyyatşünaslıq bilavasitə ədəbi 
proseslə qaynayıb-qarışdı, onun yol yoldaşına çevrildi. Bu illərdə ədəbi tənqid 
özünün görüş tədqiq-təhlil məcrasını bir qədər də genişləndirərək adamlarda bədii 
əsərin təhlili vasitəsilə vətənpərvərlik, mübarizlik, düşmənə amansız olmaq kimi 
xüsusiyyətlər tərbiyə edirdi
” [180,s.248].
 
Naxçıvan ədəbi mühitində də analoji mənzərə müşahidə olunurdu. Bu 
baxımdan müharibə illərində bir müddət Naxçıvanda yaşayan tənqidçi Əziz Şərifin 
“Şərq qapısı” qəzetində dərc etdirdiyi bəzi məqalələr maraq doğurur. O, qəzetin 9 
oktyabr 1942-ci il tarixli sayında dərc etdirdiyi “Kəskin silah” adlı məqaləsində şair 
və yazıçıların diqqətini faşizm üzərində qələbə uğrunda mübarizəyə qələmləri ilə 
kömək 
göstərməyə, 
xalqda 
mübarizə 
əzmini, 
vətənpərvərlik 
ruhunu 
qüvvətləndirməyə çağırırdı: 
“Qoy bizim də bədii sözümüz cəbhədəki igid 
döyüşçülərimizi, arxadakı yorulmaq bilmədən işləyən fəhlə və kolxozçularımızı, 
gözünü həsrət və ümidlə döyüş bölgəsinə tikən ana və bacılarımızı ruhlandırsın”


57 
[227].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin