“Ədəbiyyatşünaslıq və ədəbi tənqid də ədəbiyyat işi ilə yanaşı, yaxud da bu
mötəbər işin üzvi tərkib hissəsi kimi həmişə “Şərq qapısı” səhifələrində özünə yer
tapmışdır... Qəzetdə yeni kitablar və tamaşalar haqqında verilən materiallar
regionda ədəbi tənqidin inkişafına şərait yaradır. XX yüzillikdə və çağdaş mərhələdə
Naxçıvanda formalaşmış tənqidçi və ədəbiyyatşünaslar da “Şərq qapısı”na borclu
və minnətdar olmalıdırlar”
[94, s.374].
XX əsrin ikinci yarısında Naxçıvanda ədəbi tənqidin inkişaf xüsusiyyətləri və
tendensiyaları çoxşaxəli, mürəkkəb olmuşdur. Çoxsaylı ədəbi-tənqidi məqalələrin
mühüm qismi ümumən tələbata cavab verir, həsr olunduğu mövzunu, problemi, əsəri
müvafiq səviyyədə təhlil prizmasından dəyərləndirə bilir. Lakin bədii kitabın, əsərin,
yaxud problemin mahiyyətinə varmayıb quru sadalamaya, informativ təsvirə, bədii
nümunənin məzmununun xülasəsinin ifadəsinə əsaslananlar da az deyil. Azərbaycan
MEA-nın üzvü, tənqidçi-ədəbiyyatşünas Təhsin Mütəllimov da müxtəlif resen-
ziyalardakı bəsitlikdən, “təhlil yeknəsəqliyindən” şikayətlənərək yazırdı:
“Nə vaxta-
dək bədii süjetin primitiv nəqlinə məqalələrdə geniş meydan veriləcək?”
[183,s142].
73
O illərin mətbuatını yaxından araşdıranda aydın olur ki, ədəbi-tənqidi
məqalələri, xüsusən yeni nəşrlərlə əlaqədar resenziyaları yazanların heç də hamısı
tənqidçi, ədəbiyyatşünas, yaxud şair, yazıçı deyil. Bir sıra ədəbiyyat həvəskarları da
ayrı-ayrı kitablar barədə resenziyalar dərc etdirmişlər. Mahiyyətcə burada bir qəbahət
olmasa da, belə müəlliflərin qələmindən çıxmış materialların bir qismi (hamısı yox)
elmi-ədəbi səviyyə baxımından bəsit və primitivdir. Məsələn, Fəxrəddin Kərimli
imzalı müəllifin “İllərdən biri” resenziyası (“Şərq qapısı” q., 1970, 27 fevral) şair
Məmməd İbrahimin (Arazın) eyniadlı kitabındakı şeirlər barədə adi təsvirlərdən
ibarətdir, ədəbi təhlil adına bir şeyə rast gəlinmir. Halbuki kitabdakı əsərlərin
ideyabədii dəyəri geniş elmi-ədəbi təhlil tələb edir. A.Adıgözəlov imzalı müəllif
“Həyat eşqi ilə” resenziyasında (“Şərq qapısı” q., 1971, 5 mart) şair Kərim Faiqin
“Həyat eşqi” kitabını təhlil etməyə təşəbbüs göstərsə də müvəffəq olmamışdır.
Murtuz Bağırovun “Yubiley töhfəsi” adlı məqaləsi də bu qəbildəndir (“Şərq
qapısı”, 1974, 3 oktyabr). Naxçıvanda yaşayan şair Əhməd Mahmudun “Qatar gedir”
kitabına həsr olunmuş bu resenziya ümumi məlumat verməkdən önə getmir. Cəfər
Kərimovun “Anama abidə” resenziyası Bakıda yaşayan şair Davud Ordubadlının eyni
adlı kitabını tanıdır (“Şərq qapısı”, 1974, 28 dekabr). Amma ədəbi təhlil yox
dərəcəsindədir, məlumat ovqatı önə keçib. C. Kərimovun “Damcılar” resenziyası da
eyni səpkilidir (“Şərq qapısı” q.,1978, 3 noyabr). Burada isə şair Emil Mehdiyevin
“Damcılar” kitabı primitiv tanıtma obyektidir. Ədəbi tənqid yeni nəşrlər barədə
məlumat verərkən təhlillər yolu ilə əsərin, yaxud problemin mahiyyətini, ədəbi
prosesdə yerini və s. aydınlaşdırmalıdır. Adı çəkilən resenziyalarda isə bu vacib
məqamı görmürük.
Tanınmış imza sahibi olmayan bəzi müəlliflərin resenziyaları isə, əksinə,
özünün dolğunluğu, əsər, ümumən ədəbi proses barədə müəyyən qənaətlərin ifadəsi
ilə razılıq doğurur. Məsələn, 1970-1980-ci illərdə “Şərq qapısı” qəzetində bir sıra
məqalə və resenziyalarını gördüyümüz Əli Rzayevin bəzi yazıları bu qəbildəndir. O,
daha çox yeni nəşrlər barədə müfəssəl xarakterli resenziyalar yazıb. Həmin
resenziyalarda kitabın əsas ideya-bədii xüsusiyyətləri, tematika və problematikası,
müəllifin sənətkarlıq axtarışları yığcam şəkildə nəzərdən keçirilir. İki nümunənin
74
adını çəkməklə kifayətlənirik. “Marallar da duz yeyərmiş” ,- bu yazı Xəlil Rzanın
eyniadlı kitabına həsr olunub (“Şərq qapısı” q., 1981, 04 sentyabr); “İlk kitabın
sevinci”, bu isə naxçıvanlı gənc şair Cavanşir Eloğlunun (sonralar Dərviş Cavanşir
təxəllüsüylə tanınmışdı-A.A.) “Gözümün ilk ovu” kitabının əsas məziyyətlərindən
söz açır (“Şərq qapısı” q., 1981, 9 avqust).
Tədqiq etdiyimiz mərhələdə qələmə alınmış elə ədəbi-tənqidi məqalələr də
vardır ki, onlardakı bəzi mülahizələr mübahisə doğurur. Məsələn, bir sıra
diqqətəlayiq şeirləri ilə tanınan, kitabları nəşr olunan şair Əhməd Mahmud 1974-cü
ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinin o zamankı rəhbəri Müzəffər
Nəsirlinin yeni çapdan çıxmış “İki ürək” kitabına həsr etdiyi resenziyada [156]
müəllifin işlətdiyi: “Ağ örpəkli çöllərim bürünür ağ paltara”, –deyimini irad tutaraq
bildirir ki, paltara bürünməzlər, onu geyinərlər. Halbuki M.Nəsirlinin işlətdiyi obrazlı
deyim təbii və qəbulediləndir.
Müxtəlif vaxtlarda Naxçıvan ədəbi mühitində bəzi nəşrlərlə əlaqədar kəskin
tənqidi münasibətin ifadə olunduğu materiallara da rast gəlinir. Məsələn, Əli
Həsənlinin (Həsənovun) “Sovet Naxçıvanı” qəzetində çıxmış “Araz”a səviyyə
gərəkdir” adlı məqaləsi [115] bu baxımdan səciyyəvi nümunələrdəndir. Məqalə
Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsi tərəfindən hazırlanmış “Araz”
almanaxının 3-cü kitabına (1987) həsr olunmuşdur. Məqalə müəllifi bu almanaxın
muxtar respublikanın ədəbi qüvvələrinin müxtəlif janrlı əsərlərinin nəşri sahəsində
böyük əhəmiyyət daşıdığını qeyd etmiş, əvvəlki almanaxlarla bəzi müqayisələr də
aparmışdır. Resenziya müəllifinin fikrincə, almanaxdakı bir sıra nümunələr göstərir
ki, “çap olunmaq imkanı asanlaşdıqca yaradıcılıq məsuliyyəti yoxa çıxır”.
Ə.Həsənli bir sıra şeirlərə istinadən belə nəticəyə gəlir ki, “ötəri hisslər əlüstü
qafiyələnir, şeir formasına salınır və bu hesaba almanax “şairlərinin” sırası xeyli
genişlənir”. Resenziyada tənqid olunan bəzi parçalara diqqət yetirmək iradların
doğruluğuna şübhə yeri qoymur. Məsələn, Ə.Göydağlının “Gəmiqaya düşüncələri”
şeirindən aşağıdakı misralar bəsitliyinə, primitivliyinə görə tənqid olunmuşdur:
Kəkliyə bax, xınalanıb necə də,
Qaqqıldayır, məni almır vecə də.
75
Qartal uçub ənginlərdən ucalır,
Yorğunluğu belə yerdə dincəlir.
Və yaxud, bir sıra dəyərli şeirlərin müəllifi olan şair Zeyqəm Vüqarın
“Çınqıllı” şeirində eyniadlı bulağa “poetik” müraciətin məntiqsizliyi, qeyri-təbiiliyi
barədə resenziyadakı tənqidlər də haqlıdır:
“Bir dərə döşündə tutmusan qərar,
Özündən yuxarı hələ də qar var.
Seçilməz döşündə lalədən qızlar,
Güldən dəstə tuta-tuta, Çınqıllı.
Dostları ilə paylaş: |