Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə33/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   29   30   31   32   33   34   35   36   ...   68
dis anar (1)

illərdə “Naxçıvan 
ədəbi mühitində də azərbaycançılıq milli ədəbiyyat siyasətinin əsasını təşkil etmişdir”
[94, s.462]. 
Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan Şöbəsinin 1998-ci ildə Naxçıvan 
Yazıçılar Birliyinə çevirilməsi regionda ədəbiyyatın da, ədəbi tənqidin də inkişafına 
yeni stimul vermişdir. Birlik nəzdində ədəbi tənqid seksiyasının fəaliyyəti (rəhbəri 
İ.Həbibbəyli) yeni dönəmdə ədəbi fikrin aktual problemlərinin diqqət mərkəzinə 
çəkilməsində əhəmiyyətli rol oynamışdır. Ədəbiyyatşünaslıqda qeyd olunduğu kimi: 
“1990-cı illərdə ədəbi tənqid yeni təfəkkürə yiyələnməyin yolunu başlıca olaraq
milli-mənəvi dəyərləri qiymətləndirməkdə, təhrif və əyintiyə məruz qalan bədii 
həqiqətlərin tarixi haqqını bərpa etməkdə, ictimai-ədəbi fikri milli məzmuna, türk 
təfəkkürü məcrasına doğru yönəltməkdə görürdü”
[181,s.841]. 


71 
Müstəqillik dövründə ölkədə olduğu kimi, Naxçıvanda da ədəbi tənqid yeni 
yaradıcılıq axtarışlarını məhz milli ideologiya üzərində qurmuş, əvvəlki mərhələlərin 
gərəksiz tendensiyalarından xilas olmuşdur. Elmi fikirin: 
“tənqid və 
ədəbiyyatşünaslıqda kütləvi-populyar məqalə, resenziya və qeydlərdən başqa, 
monoqrafik tədqiqlər xeyli güclənmişdir”
[180,s.383]qənaəti 1990-cı illər Naxçıvan 
ədəbi mühitinə də aid edilə bilər.
 
1990-cı illərdə müasir ədəbi prosesə dair çoxsaylı 
məqalələr yazılmaqla yanaşı, bir sıra toplular, kitablar, monoqrafik tədqiqatlar da 
ortaya çıxmışdır.
Bu illərdə nəşr olunmuş müvafiq toplulardan birinə diqqət yetirək. Xalq şairi, 
çağdaş poeziyanın ustadlarından sayılan Məmməd Arazın 60 illiyi ilə əlaqədar 
Naxçıvanda keçirilmiş respublika elmi konfransının “Millilik və bəşərilik” adıyla çap 
edilmiş materialları muxtar respublikada yaşayan ədəbiyyatşünasların müasir ədəbi 
prosesə elmi baxışının ifadəsi kimi kimi maraq doğurur [171]. Toplunu tərtib edib 
çapa hazırlayan görkəmli alim İsa Həbibbəylinin, tənqidçi və ədəbiyyatşünaslardan 
Yavuz Axundlunun, Məhərrəm Cəfərlinin, Vəliyəddin Əliyevin, Arif Əliyevin, 
Əbülfəz Amanoğlunun, Akif İmanlının, Əbülfəz Muxtaroğlunun, Hüseyn Həşimlinin, 
İman Cəfərovun və digərlərinin məqalələri M.Arazın əsrarəngiz sənət dünyasının 
müxtəlif aspektlərini işıqlandırır, onun müasir ədəbi prosesdə rolunu dəyərləndirir.
Aparılan tədqiqat göstərir ki, XX əsrin ikinci yarısında, xüsusən 1970-1990-cı 
illərdə Naxçıvanda ədəbi tənqidin inkişafında professionallığın artması, elmi dərəcəli, 
yüksək hazırlıqlı ədəbiyyatşünas alimlərin ədəbi tənqidlə məşğul olmaları mühüm və 
səmərəli faktor kimi qiymətləndirilməlidir. Naxçıvanda yaşayıb fəaliyyət göstərən 
ziyalılardan Lətif Hüseynzadənin 1950-ci ildə dissertasiya müdafiə edərək filologiya 
elmləri namizədi (fəlsəfə doktorluğu) alimlik dərəcəsi almasından sonra bu sahəyə 
maraq xeyli qüvvətlənmiş, nəticədə 1960-cı illərdə Yavuz Axundov, İzzət Maqsudov 
və Arif Əliyev də alimlik dərəcələri qazanmışdılar. Muxtar respublikada elmi dərəcəli 
filoloq kadrların hazırlığı işi 1970-ci illərdə ardıcıl diqqət mərkəzində olmuş, 1980-
1990-cı illərdə də ciddi uğurlar qazanılmışdır. Artıq 1990-cı illərin ortalarında 
Naxçıvanın elm və ali təhsil müəssisələrində Yavuz Axundlu, İsa Həbibbəyli, Əjdər 
İsmayılov kimi filologiya üzrə elmlər doktorları, Məhərrəm Cəfərli, Əsgər Qədimov, 


72 
Əbülfəz Əzimli, Fərman Xəlilov, Yusif Səfərov, Cabbar Cəlilov və bir sıra digər 
elmlər namizədləri (fəlsəfə doktorları) fəaliyyət göstərirdi. 
Uzun illər Naxçıvanın elmi-ədəbi mühitində xüsusi fəallığı ilə seçilən tanınmış 
alim İsa Həbibbəylinin rəhbərliyi altında dissertasiya müdafiə etmiş yeni nəsil 
ədəbiyyatşünaslardan Hüseyn Həşimli, İman Cəfərov, Hikmət Mehdiyev və başqaları 
XX əsrin sonları, yeni əsrin əvvəllərində ədəbiyyatşünaslıq sahəsində uğurlu 
addımlar atmışlar. Sonrakı illərdə bu istiqamət daha da geniş vüsət almışdır. Bütün 
bunlar muxtar respublikada ədəbi tənqidin inkişafına da ciddi təsir göstərmiş, onun 
həm kəmiyyət, həm də keyfiyyət baxımından əsaslı yüksəlişinə rəvac vermişdir. 
İyirminci əsrin birinci yarısı ilə müqayisədə ikinci yarısında naxçıvanlı tənqidçi 
və ədəbiyyatşünasların imzaları həm muxtar respublika, həm də Bakı mətbuatında 
ardıcıl olaraq görünür, onlar ədəbi prosesin müxtəlif problemləri barədə diqqətəlayiq 
əsərlər dərc etdirirlər. Muxtar respublikada ədəbi tənqidin inkişafında Azərbaycan 
Yazıçılar İttifaqının Naxçıvan şöbəsi ilə yanaşı, zaman-zaman “Şərq qapısı” qəzeti də 
əhəmiyyətli rol oynamış və oynamaqdadır. Akademik İsa Həbibbəyli haqlı olaraq 
yazır: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin