76
sonra ölkədəki söz, fikir, mətbuat azadlığından, demokratiyadan
sui-istifadə edən,
zəif, bəsit cızmaqaraları ilə ədəbiyyat aləminə yön alan bəzi istedadsızlara etirazını
bildirir, belələrinə qarşı obyektiv mövqe göstərməyin vacibliyini ifadə edir, özü də
münasibətini kəskin şəkildə ortaya qoyurdu:
“Keçid dövrü adlandırdığımız son
illərdə ədəbiyyata “yad əllər” uzanır, “yad nəfəslər” nüfuz edir, ədəbi yolumuzun
üstündə təsadüfi yolçular peyda olurlar.... Belələri uzun illərdir öz uğurlu məcrası ilə
sakitsakit axan ədəbi nəhrimizin təmiz sularını bulandıran ədəbi fırıldaqçılardır”
[238].
Təqdirəlayiq haldır ki, ədəbi tənqid muxtar respublikanın rayonlarında yaşayıb-
yaradan şair və yazıçıların əsərlərinə də münasibət bildirmişdir. Hələ 1973-cü ildə
şair-tənqidçi Hüseyn Razi Ordubadda yaşayan, bir sıra
diqqətəlayiq əsərləri ilə
oxucular arasında rəğbət qazanan Hüseyn Əzimin “Dübəndi çayı” adlı şeirlər
kitabına ayrıca resenziya həsr etmişdi (“Şərq qapısı” q., 22 iyun 1973). H. Əzimin
“Mən günəşə borcluyam” kitabına Məşkur Əkbərin 1986-cı ildə həsr etdiyi eyniadlı
resenziyada [71] isə qocaman şairin yaradıcılıq axtarışlarına işıq salınmış, üz tutduğu
əsas mövzular nəzərdən keçirilmişdir. Şairin lirikasında rübai, qəzəl, bayatı kimi
janrlara uğurlu
müraciət, onun ənənəvi poetik formalarda yeni məzmun ifadə etmək
məharəti də resenziyada müvafiq təhlillər yolu ilə nəzərə çatdırılmışdır. Şairin satirik
şeirlərinə də diqqət yetirilmişdir. H.Əzimin ustad Nizami Gəncəviyə həsr etdiyi
“Şahın tələbi” poeması, ikinci dünya müharibəsinin qəhrəmanı Əkbər Ağayevin
rəşadətindən söz açan “Əkbər kimdir?” pyesi
də məqalədə özünün müfəssəl
qiymətini almışdır. Şairin bəzi əsərlərində müşahidə olunan “bədii fikir yoxsulluğu,
qafiyə xətaları, ifadə səhvləri” barədəki tənqidi qeydlər də əsaslıdır. Yeri gəlmişkən,
xatırladaq ki, H.Əzimin həmin kitabına ön söz yazmış şair Xəlil Rza da bu kimi
nöqsanları nəzərə çatdırmışdı.
Son vaxtlarda muxtar respublikanın müxtəlif bölgələrindəki
ədəbi mühitin
öyrənilməsi sahəsində daha sistemli addımlar atılmışdır. Bu baxımdan dosent
Seyfəddin Eyvazovun “Şərur ədəbi birliyi” kitabını [49] qeyd etmək gərəkdir. Kitaba
“Sözün yaddaşı, yaddaşın sözü” adlı ön söz yazmış ədəbiyyatşünas H.Həşimlinin
dediyi kimi:
Dostları ilə paylaş: