69
Naxçıvan şöbəsində müstəqil tənqid bölməsi fəaliyyətə başlamışdır. Bölmənin
üzvlərindən İsa Həbibovun romantik şeir irsimizə və müasir ədəbi prosesə, Fərman
Xəlilovun klassik və bugünkü satira problemlərinə, Əsgər Qədimovun milli-
beynəlmiləl əlaqələrə, Məhərrəm Cəfərovun poeziya-folklor münasibətlərinə həsr
etdiyi son yazılar buradakı ciddi yaradıcılıq ab-havasından və ədəbi axtarışlardan
xəbər verir. İsa Həbibovun Naxçıvanda yaşayıb-yaradan yazıçıların yaradıcılığı
barədə yazıları xüsusi maraq doğurur”
[147, s.418-419].
Tanınmış alim İsa Həbibov
(Həbibbəyli) da Yazıçılar İttifaqının Naxçıvan təşkilatında ədəbi tənqid bölməsinin
fəaliyyətinə yüksək qiymət verərək hələ 1985-ci ildə yazırdı:“
Bu bölmənin fəaliyyəti
muxtar respublikada bədii prosesin özünəməxsus meyl və qanunauyğunluqlarının
üzə çıxarılmasına, yeni ədəbi yüksəlişin təmin olunmasına yaxından kömək edir”
[108, s.63].
1970-1980-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsi xətti ilə
keçirilən bir sıra
ədəbi müzakirələr, kitab təqdimatları da tənqidi fikirin inkişafına
rəvac vermişdir. Çoxsaylı faktlardan birini xatırladırıq.11 iyul 1987-ci il tarixdə yeni
çapdan çıxmış üç kitabın şöbədə müzakirəsi keçirilmiş, müvafiq məruzələr
dinlənilmişdir: Elman Həbib “Yoluma çıx”, Rafiq Babayev “Axırıncı axşam” və
“Araz-3” almanaxı. İlk kitab barədə şair Hüseyn Razi, ikinci haqqında şair Əliyar
Yusifli, almanax barədə isə yazıçı Möhsün
Möhsünov məruzələr etmiş, nəşrlərdəki
bədii nümunələrin əsas məziyyətləri, uğur və qüsurları diqqətə çatdırılmış, geniş
ədəbi fikir mübadiləsi aparılmışdır. Onu da deyək ki, müzakirənin keçirilməsi barədə
“Sovet Naxçıvanı” qəzetinin 3 iyul 1987-ci il tarixli sayında
əvvəlcədən elan da
verilmişdi. O illərdə belə müzakirələrin təşkilinə diqqət artmışdı.
1980-ci illərdə “Şərq qapısı” qəzeti redaksiyası müxtəlif yaradıcılıq
problemlərinə dair “dəyirmi masa”lar da keçirmiş, materiallar qəzetdə dərc
olunmuşdu. Məsələn, 1988-ci ildə gənc şair və yazıçıların yaradıcılıq axtarışlarına
həsr edilmiş “dəyirmi masa”dakı müzakirələr maraqla qarşılanmışdı. O zamankı
ictimai-siyasi və ədəbi reallıqlar kontekstində müşahidə olunan enişli-yoxuşlu inkişaf
xüsusiyyətləri Naxçıvan ədəbi mühitində də özünü göstərmişdir. Bütövlükdə isə
70
1950-1980-ci illərdə Naxçıvan Muxtar Respublikasında
ədəbi tənqid özünəməxsus
inkişaf yolu keçmiş, müasir ədəbi prosesin öyrənilməsinə diqqət xeyli artmışdır.
1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşduqdan sonra yaradıcılıq
sahələrində, o cümlədən ədəbi tənqidin inkişafında da milli düşüncənin ön plana
keçməsi ədəbi prosesin təhlil olunub dəyərləndirilməsi istiqamətində də yeni üfüqlər
açdı. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev bütün digər sahələrlə yanaşı,
ədəbi-mədəni mühitin dirçəlişinə də böyük qayğı göstərmişdir. Təkcə bir faktı
xatırladaq ki, 1992-ci ilin soyuq oktyabr günlərində blokada şəraitində yaşayan
Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunmuş, ulu öndər çıxış edib
mütəfəkkir ədibin sənətinə yüksək qiymət vermişdir. Bu,
ədəbiyyata, sənətə böyük
ehtiramın ifadəsi idi.
1995-ci ildən Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Ali Məclisin
Sədri cənab Vasif Talıbov ədəbi mühitə də böyük qayğı göstərir. Muxtar
respublikada ədəbiyyatın müxtəlif problemlərinə və görkəmli ədəbi simaların
yaradıcılığına həsr olunmuş möhtəşəm elmi tədbirlərin keçirilməsi, elmi jurnalların
nəşri, ziyalılar üçün hər cür şəraitin yaradılması və s. bu baxımdan ayrıca qeyd
olunmalıdır. Akademik İsa Həbibbəylinin
sözləri ilə desək, bu
Dostları ilə paylaş: