Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


və  “Çinarım mənim” adlı ilk kitabına ayrıca məqalələr həsr etməsi [202]



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə40/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   36   37   38   39   40   41   42   43   ...   68
dis anar (1)

 
və 
“Çinarım mənim” adlı ilk kitabına ayrıca məqalələr həsr etməsi [202]
 
H.Razinin bu 
sahədəki ilk təşəbbüslərindən idi. Həmin yazıda H.Razinin qələm yoldaşının 
şeirlərindəki mövzu, ideya məziyyətləri ilə bərabər, bədiiliyə, poetik deyimlərə də 
diqqət yetirməsi maraq doğurur. Əlavə olaraq deyək ki, H.Razi sonralar Bakıya 
köçmüş Z.Vəfanın 1981-ci ildə çapdan çıxmış “Körpələrin xətrinə” adlı kitabına da 
özünün ədəbi-tənqidi münasibətini bildirmişdir [209]. Şairin “Azərbaycan”, 
“Tələsirəm”, “Çörək”, “Həsrət” və digər şeirlərini yüksək qiymətləndirən H.Razi 
onlarda “yaşanmış hisslərin əks-sədası”, “məna dəyəri, məqsəd aydınlığı, bədii 
ümumiləşdirmə” kimi məziyyətləri təqdir etmişdir. Bununla belə, Z.Vəfanın 
“Məhəbbət”, Karusel” və bəzi başqa şeirlərində “bəsit fikirlər”, “təkrar ifadələr” də 
qeydə alan tənqidçi fikrini konkret nümunələr əsasında ümumiləşdirmişdir.
Əliheydər Qənbərin “Ürək” kitabının 1971-ci ildə nəşrini “Ürəkdən gələn 
sözlər” resenziyası ilə qarşılaması, Hüseyn İbrahimovun “Seçilmiş əsərləri” (1974), 
Kəmalə Ağayevanın “Sən olmasaydın” (1974), Elmira Qasımovanın “Axtar, tap 
məni” (1979) kitabları, həmçinin “Araz-1” toplusu (1984) haqqında mətbuatda dərc 
etdirdiyi resenziyalar da H.Razinin yaradıcı mühitin dinamikasına, həmkarlarının 
yeni sənət uğurlarına obyektiv münasibətinin göstəricisi idi. H.Razi haqqında söz 
açdığı əsərləri əksər hallarda Azərbaycan ədəbiyyatının müasir yaradıclıq axtarışları 
kontekstində nəzərdən keçirməyə üstünlük vermiş, gələcək inkişaf naminə tənqidi 
qeydlərini də bildirmişdir. Məsələn, şairə-dramaturq K.Ağayevanın “Sən 
olmasaydın” kitabı haqqındakı məqaləsindən görünür ki, müəllifin “Məhsəti” pyesi 
və bir sıra şeirləri müasir ədəbi inkişafın tələblərinə cavab versə də, bəzi nümunələrdə 
“mövzu yeknəsəqliyindən və statik üslubdan doğan ifadə keyfiyyətləri” tənqidçini 
razı salmamışdır [204].

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin