108
Ordubad bağlarının xoş ətrini duyur,”Qızlar bulağı”nın misilsiz gözəlliyinə heyran
olur”
[12]. “Ədəbiyyat və incəsənət” qəzetindəki məqaləsində isə alim naxçıvanlı
müəlliflərin müasir həyatdan bəhs edən bədii əsərlərinə daha çox diqqət yetirmişdir.
Yavuz Axundov şair-dramaturq Müzəffər Nəsirlinin “Laləli dağlar” adlı kita-
bına (1965) həsr etdiyi eyniadlı resenziyada [15] müəllifin müharibə mövzusunda
yazdığı “Qafqaz oğulları” poemasında Azərbaycan və gürcü xalqları arasındakı
dostluğun tərənnümünün inandırıcı verildiyini müsbət qiymətləndirmişdir.
Azərbaycanlı döyüşçü Kamalın fədakarlığının bədii təcəssümü tənqidçini razı
salmışdır. Buhenvaldın əfsanəvi qəhrəmanı, həmyerlimiz Əkbər Ağayevə həsr
olunmuş “Əkbər haqqında ballada” poemasını da təqdirəlayiq sayan Y.Axundov
yazırdı ki, əsər çox maraqlıdır, bir sıra yaddaqalan hadisələr var. Poemanın dili axıcı
və rəvandır. Bununla belə, tənqidçi şairə iradlarını da bildirərək nəzərə çatdırırdı ki,
M.Nəsirli Əkbərin igidliyini, ümumən obrazını daha ətraflı və mükəmməl təsvir edə
bilərdi.
1970-1990-cı illərdə Y.Axundovun ədəbi-tənqidi
fəaliyyəti daha da
genişlənmişdir. Onun “Naxçıvanda ədəbi yüksəliş” məqaləsi (18) muxtar respub-
likada ədəbi mühitin əlli illik inkişaf yoluna həsr olunmuşdur. Məqalədə 1960-1970-
ci illərin ədəbi prosesi barədəki təhlillər və dəyərləndirmələr də diqqəti çəkir.
Tənqidçi müasiri olan şair, yazıçı və dramaturqlardan Hüseyn İbrahimov,
Hüseyn
Razi, Əliyar Yusifli və digərlərinin yaradıcılıq axtarşılarını təqdir etmişdir.
Y.Axundovun həmin illərdə yazdığı ədəbi-tənqidi məqalələrinin bir neçəsi
Naxçıvanda yaşayan yazıçı Möhsün Möhsünovun əsərləri barədədir. Yazıçının “Baş
tutmadı” kitabına həsr etdiyi “İkinci kitabın sevinci” (“Şərq qapısı” q., 1979, 23
oktyabr), “Səadət özü gəlmir” kitabı haqqında eyniadlı resenziyası (“Ədəbiyyat və
incəsənət” q., 1985, 15 mart), “Leyləklər yenə gəldi” kitabı barədə “Yeni kitab, yeni
uğur” məqaləsi (“Sovet Naxçıvanı” q., 1989, 23 mart) bu baxımdan xatırladıla bilər.
Həmin resenziyalarda yazıçının lirik və satirik səpkili hekayələrinin,
həmçinin
povestlərinin əsas mündəricəsinə, başlıca qayəsinə diqqət yetirilib.
Y.Axundovun H.Həşimovla ilə birgə yazdığı “Ürək parası” resenziyasında
[27] tanınmış pedaqoq Əkbər Əkbərovun çətin tərbiyə olunan uşaq və yeniyetmələrin
109
həyatından bəhs edən povestlərinin əsas ideya-sənətkarlıq məziyyətləri təhlil
olunmuş, iradlar (bəzi obrazların sxematikliyi və s.) da nəzərə çatdırılmışdır. Həmin
müəlliflərin "Könül səsi” resenziyasında isə (“Şərq qapısı” q., 1992, 21 oktyabr) isə
xalq-aşıq şeiri tərzində əsərlər qələmə almış Firidun Şimşəyin “Ürəyimdən keçənlər”
kitabındakı şeirlər, həmçinin “Şahmat” poeması müfəssəl təhlilini tapmışdır.
Y.Axundovun “Sökülən danın sevinci” adlı resenziyasında (H.Həşimovla
birgə) isə [26]
Mənsur Qasımzadənin “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Dan
söküləndə” adlı şeirlər kitabçasından söz açılmış, müəllifin “həssas, poetik müşahidə
qabiliyyəti” vurğulanmışdır ki, bu, o qədər də inandırıcı səslənmir.
Belə zəif
materiallar barədə söz açarkən ədəbi tənqid diqqətli olmalı, pisə pis, yaxşıya yaxşı
deməlidir. Xalq yazıçısı, professor Elçinin vaxtı ilə “Poeziyamızın bəzi yaradıcılıq
problemləri” məqaləsində haqlı olaraq yazdığı kimi
Dostları ilə paylaş: