114
Kimə öz kimliyini göstərib? Padşaha...Belə oğul anası ağlasa, el-oba onu qınayar...
Mən ağlasam, onun öz qəbri də, atasının qəbri də od tutub yanar”
[5,s.77].
Y.Axundlu əsərlə bağlı bəzi tənqidi mülahizələrini də nəzərə çatdırmışdır.
Görkəmli alimin bir iradı budur ki, Əcəminin romanda yer alan ateist fikirləri on ikin-
ci əsrin reallıqları kontekstində o qədər də inandırıcı görünmür. Başqa sözlə deyilsə,
tənqidçi
tarixi
mövzulu
əsərlərdəki
süni
müasirləşdirmə
epizodlarının
qəbuledilməzliyini vurğulamışdır. Alimin başqa bir iradı isə tarixi gerçəkliyə sədaqət
prinsipi ilə bağlıdır:
“Romanda Nizaminin “İsgəndərnamə”sindəki Nüşabənin adı
çəkilir. Bu obraz barədə də danışılır, halbuki əsərdə təsvir olunan hadisələr baş
verən zaman “İsgəndərnamə” hələ yazılmamışdı”
[1].
Professorun bu iradları ilə
razılaşmaq lazım gəlir. Onun başqa bir tənqidi qeydi isə, fikrimizcə, mübahisəlidir.
Belə ki, alimin qənaətinə görə, yazıçı romanda Əcəminin memarlıq sənətinin sirlərini
harada
və kimdən öyrənməsini, eləcə də Naxçıvanda Möminə xatun məqbərəsinun
ucaldılmasını ətraflı təsvir etməyib... Halbuki romanda Əcəminin ucaltdığı Möminə
xatun məqbərəsinin tikintisi ilə bağlı təsvirlər geniş, sistemli və əhatəlidir. Xatırladaq
ki, H.İbrahimov yaradıcılığı haqqında monoqrafiya yazmış dos. Mətanət Saraclı da
professor Y.Axundlunun bu iradını əsaslı saymamışdır [216,s.95-96].
Y.Axundlu bu məqalədə H.İbrahimovun
mövzusu Böyük Vətən
müharibəsindən götürülmüş “Qu quşları öləndə oxuyurlar” povesti, eləcə də 1937- ci
ildə həbsə alınaraq 1941-ci ildə Uzaq Şərqdə, İrkutsk vilayətində sürgündə
məhbusluq çəkərkən ömrünü başa vurmuş məşhur
ədibimiz Hüseyn Cavidə həsr
olunmuş “Böhtan” tarixi romanı barədə qısa qeydlərlə kifayətlənmişdir. Tarixi nəsrin
tanınmış tədiqatçısı olan professor Yavuz Axundlu həmin romana ayrıca məqalələr
həsr etmişdir (“Ədəbiyyat qəzeti”, 1998, 18 sentyabr; “Şərq qapısı” q., 1998, 17
oktyabr). Daha təkmil variant isə “Azərbaycan” jurnalında verilmişdir [8]. Mətbuatda
müəyyən ixtisarla dərc olunan həmin məqalələri
professor ümumiləşdirərək
“Hüseyn Cavid haqqında ilk roman” adı ilə “Ədəbi mühit və sənətkar” kitabına daxil
etmişdir [9, s.110-120].
Tənqidçi “Böhtan”da tarixi faktlara istinadla yanaşı, müəllif təxəyyülünün
məhsulu olan hadisə və obrazların varlığını da nəzərə çatdırmışdır ki, bu, tamamilə
115
təbii haldır. Y.Axundlu yazırdı ki,
romanda tarixi sənədlərlə, faktlarla, canlı
xatirələrlə bir sırada müəllif təxəyyülündən doğan səhnələr qaynayıb qarışır. Təbii ki,
bunlar yazıçı ustalığı, məharəti sayəsində bir-birini tamamlayır. Xatırladaq ki,
Hüseyn İbrahimov özü də romanın kitab halında ilk nəşrinə yazdığı “Müəllifdən”
adlı ön sözdə bu məsələyə toxunaraq fikrini belə izah etmişdir:
“Mən şair-
dramaturqun (Hüseyn Cavidin
– A.A.)
zəngin və orijinal ədəbi irsini dəfələrlə
araşdırandan, onunla bir yerdə sürgün həyatı yaşamış şahidlərdən bəzilərinin
dediklərini saf-çürük edəndən, onun həbs olunması üçün “düzəldilən” xüsusi
Dostları ilə paylaş: