116
Qeyd etdiyimiz kimi, Y.Axundlu ilk növbədə nəsr tədqiqatçısı olan
professional ədəbiyyatşünasdır, xüsusən Azərbaycan tarixi romanının ən kamil
araşdırıcısıdır. Onun “Azərbaycan sovet tarixi romanı” (1979), “Tarix və
roman”(1988), “Tarixi roman yeni mərhələdə” (1998), “Azərbaycan tarixi romanı:
mərhələlər, problemlər” (2005) adlı irihəcmli monoqrafiyaları nəsrimizdə bu janrın
keçdiyi yol, yaradıcılıq problemləri,
əsas nümunələrinin tematika, problematika və
poetika xüsusiyyətləri barədə əhatəli elmi təhlilləri ilə səciyyələnir.
Burası da məxsusi əhəmiyyət daşıyır ki, həmin monoqrafiyaların elmi
tutumunun bəlli bir qismi həm də ədəbi tənqid materialı sayıla bilər. Belə ki, “Tarix
və roman” kitabında 1970-1980-ci illərdə, “Tarixi roman yeni mərhələdə”
monoqrafiyasında isə 1980-1990-cı illərdə yazılmış tarixi romanları hərtərəfli şəkildə
tədqiq edən professorun bu araşdırmaları janrın inkişaf problemlərinin öyrənilməsi
baxımından ədəbiyyatşünaslığımıza layiqli xidmətdir. Nəzər alsaq ki, bu kitablarda
haqqında söz açılan əsərlərin bir qismi,
necə deyərlər, isti-isti araşdırma predmetinə
çevrilib, onda bu kimi təhlilləri ədəbi-tənqidi yanaşma kimi dəyərləndirmək daha
doğru olardı.
O da təqdirəlayiqdir ki, professor Y.Axundlu 1980-1990-cı
illərdə mətbuatda
yeni çapdan çıxmış bir sıra tarixi romanlar barədə resenziyalar da dərc etdirib. On-
lardan bəziləri haqqında Hüseyn İbrahimovun romanlarından danışarkən söz açdıq.
Digər yazılardan “Azərbaycan” jurnalında çıxmış aşağıdakı məqalələri xatırlatmaq
olar: “Sənətkarın ömür yolu” (1985, № 9). Bu resenziya yazıçı Əlisa Nicatın “Mirzə
Şəfi” romanı barədədir. “Görkəmli inqilabçı haqqında roman” resenziyası (1986,
№10) A.Pənahi-Makulunun “Heydər Əmoğlu” romanına həsr olunub. “Əbədiyyətə
qovuşan ömür” məqaləsində (1987, № 7) isə Altay Məmmədovun “Əlvida, gözəl
dünya” tarixi romanı təhlil edilir. Tənqidçinin tarixi nəsrlə bağlı bəzi qəzet məqalələri
də bu baxımdan diqqəti çəkir. ”Qətl günü” məqaləsi (“Azərbaycan müəllimi q., 1988,
15 yanvar) Y.Səmədoğlunun eyniadlı romanına həsr edilmişdir.
Belə məqalələrdə irəli sürülən ədəbi mülahizələr, aparılan təhlillər alim
tərəfindən
daha da dərinləşdirilmiş, sistemləşdirilmiş və monoqrafik tədqiqatların
tərkib hissəsinə çevrilmişdir. Biz təsəvvür aydınlığı üçün Y.Axundlunun xalq yazıçısı
117
Hüseyn İbrahimovun bədii nəsri, xüsusən tarixi romanları barədəki məqalələrini
geniş şəkildə təhlil etdik. Onu da deyək ki, alimin digər tarixi romanlara yanaşması
da
analoji xarakterdədir, oxşar elmi prinsiplərə əsaslanır. Bunu, həmçinin müxtəlif
kitab, məqalə və resenziyalarda Y.Axundlunun tarixi romanlarla bağlı
tədqiqatlarından geniş söz açıldığını nəzərə alıb əlavə təfərrüata varmadan alimin
ötən əsrin son rübündə qələmə alınmış tarixi romanları əhatəli şəkildə araşdıran iki
monoqrafiyası barədə müfəssəl məlumat verməklə kifayətlənəcəyik.
Ədəbiyyatşünas Y.Qarayev “Tənqid və ədəbi proses” məqaləsində yazırdı:
Dostları ilə paylaş: